-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Dövlət Haqqında Aforizmlər Və Sözlər

 Bir sözü heç ağılınızdan çıxarmayın: Dövlət. Dövlətin nə qədər əhəmiyyətli olduğunu hamımız idrak etməliyik. Dövlətsiz bir millət boşluğa düşər, küləkdə sovrulub gedər. -Aliya İzzetbeqoviç


Dövlətin əsası ədalətdir. - Ömər ibn əl-

Xəttab


Ədalət dövlətin məqsədidir. Vətəndaş cəmiyyətin məqsədidir. Ədalət üçün daim mübarizə ediləcək. - Aleksandr 

Hamilton


Qanun dövlətin canıdır. Cansız bədən ölü olduğu kimi qanunsuz dövlət də məhvə məhkumdur. - Demosfen


Dövlət ədalət üzərində qurulur. - Qanuni Sultan Süleyman


Qanunlar - dövlətlərin hökmdarlarıdır. - Alkimdamant


Ədalət ilkin dövlətdən gəlməlidir. Çünki hüquq, dövlətin ictimai nizamıdır. - Aristotel


İnsanı yaşat ki, dövlət də yaşasın. - Şeyx Ədəbalı


Dövlətlər də insanlar kimidir, çünki onlar da insan xarakterindən yaranırlar. -Platon


Dövlət Vətəni təcəssüm etdirəndə vətəndaşla Vətən arasında əks əlaqə münasibəti yaranır ki, bu da övlad-valideyn münasibətini xatırladır. - Əbu 

Turxan


Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır. - Heydər Əliyev


Xalqı millətə çevirən dövlətçilik şüurudur. - Əbu Turxan


Ən yaxşı dövlət nədir? Bizə özümüzü idarə etməmizi öyrədəndir. - İohann Volfqanq Höte


Dövlətin xəzinəsi ədalətdir. - Konfutsi 

dovlet-haqqinda-aforizmler-dovletler-edalet-dovlete-aid

Əgər bütün insanlar eyni məntiqlə düşünməsəydilər, nə cəmiyyət, nə dövlət, nə də sivilizasiya olardı. - Tur 

Xander


Dövlət xadiminin ən ali vəzifələrindən biri xalqın maarifləndirilməsidir. - Teodor Ruzvelt


Dövlət xadiminin siyasi xadimdən fərqi odur ki, siyasətçi gələcək seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri düşünərək fəaliyyət göstərir. - Uinston Çörçill


Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz. 

- Heydər Əliyev


Sürətlə öz siyasi süqutuna yaxınlaşan xalqın taleyini yalnız dahi şəxs dəyişə bilər.

- İ.Kant.


Türklər elə bir millətdir ki, həyatda bir dənə belə qalsa, dövlət qurub intiqamını alar! 

- Adolf Hitler


Yalnız güclü dövlət öz vətəndaşlarının azadlığını təmin edə bilər.

- Jan Jak Russo


O dövlət qüdrətlidir ki, onun vətəndaşları şaha itaət edir, şahları isə qanunlara. - Süleyman peyğəmbər


Aktiv gücü əlində tutan yalnız dövlət olmamalıdır. Əgər insanlar mədəni olmaq istəyirlərsə, təşkilat qurma sənəti inkişaf etdirilməli və genişlədilməlidir. - Aleksis de Tokvil


Dövləti filosoflar idarə etməyənə qədər dövlət öz dərdlərindən xilas ola bilməyəcək.

- Platon


O dövlət yaxşıdır ki, orda natiqlərdən daha çox qanuna qulaq asırlar. - Xilon


Dövləti maliyyə qıtlığı deyil, istedadlı şəxsiyyətlərin azlığı zəif salır. - Volter


Bir millətin malını, dövlətini və hətta vətənini əlindən alsan ölüb itməz, amma dilini alsan fot olar, ondan bir nişan qalmaz.

- Firudun Bəy Köçərli


Dövlət iki şeydən sarsıla bilər: 

günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə. - Heydər 

Əliyev


Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar. - Heydər Əliyev


Dövlət müəyyən ideologiya əsasında fəaliyyət göstərir. Bu ideologiya milli ruha uyğun gəlirsə, deməli, o, milli dövlətdir, gəlmirsə, millətlə dövlət arasında qarşıdurma labüddür. - Tur 

Xander


Siyasətdə boşboğazlıq dövləti məhv edə bilər. - Pyer Büast


Vətən azadlıq olmadan, azadlıq fəzilətsiz, fəzilət isə vətəndaşsız mövcud ola bilməz. Əgər siz vətəndaş yetişdirsəniz, tərbiyə etsəniz, o zaman sizin hər şeyiniz olacaq, əks təqdirdə hamı, hətta dövlət başçısı belə miskin bir kölə olacaq.

- Jan Jak Russo


>
To Top