-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Vəfa Haqqında Aforizmlər və Sözlər

bilgideryasi

 

L


Vəfa və səmimiyyət ilk prinsiplərimiz olmalıdır. - Konfutsi


Qəlbin də vəfa adlı bir yaddaşı var. - Kaan H.Ôkten


Ağıllıdan gələn cəfa cahillərin vəfasından yaxşıdır.


Həm gözəl həm də vəfalı olmaq böyük xoşbəxtlikdir. - Qətran Təbrizi


Vəfalı dost yad olmaz, görməsə yüz il səni.- Atalar sözü



Ən vəfakar dostumuz kölgəmizdir, amma unutma ki, o da yoldaşlıq etmək üçün günəşli havanı gözləyir.


Bülbüldən çox da vəfa ummayın, çünki hər dəm başqa bir gülün üzərində ötər.


Hər kəs sevə bilər ancaq hər kəs vəfalı ola bilməz.

Vəfa elə bir eşqdir ki, hər ürək dözə bilməz.


Anlamayanlar üçün dilimi, vəfasızlar üçün ürəyimi yordum. - Yılmaz Güney


Xəyanət dostluq zəncirini qaraldar, ancaq vəfa onu hər zamankından daha parlaq edər.


İti vəfalı bir dosta çevirən vəfası və sədaqətidir. İnsanı insanlıqdan çıxarıb itdən də aşağı salan sədaqətsizlik və vəfasızlığıdır.


Kitablar insanların ən vəfalı dostlarıdır.


Tez bezəndə vəfa və yalançıda isə igidlik olmaz.


Kimsədən vəfa görməsəm belə, vəfa göstərməyə davam edəcəm.. Hz. Əli


İncitdiyin bir insanda səmimiyyət arama.

Aldatdığın bir insandan vəfa gözləmə! - Əli-ən Nəqi


Həyat, dəyərini bilənlərlə yaşanacaq qədər gözəl və vəfasızlarla israf edilməyəcək qədər dəyərlidir.


Qula vəfası olmayanın Haqqa da vəfası olmaz.


Xainlərə vəfa etmək Allaha xəyanətdir. - Hz. Əli


Vəfasızın məclisində badə içilməz. - Ziya Paşa


Gördük bəyü bəyzadələrin yoxdu vəfası;

Çox-çoxdu cəfası. - M. Ə. Sabir


Hər qapıya can atıb səba kimi cumma sən,

Alçaqlardan sədaqət, dostluq vəfa umma sən.- Nizami Gəncəvi


Mərdlər ilə gəz ki, Vəfadar olur,

Nakəslərə yoldaş olan xar olur,

Namərd olur yaxşı gündə yar olur,

Yaman gündə baxmaz, ötən yan ilə. - Molla Pənah Vaqif


>
To Top