Dost İki bədəndə yaşayan bir ruhdur.
Əsl dostlar ulduzlar kimidir - qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq saçarlar.
Səmimiyyət və Dostluq ən çətin tapılan nemətdir. - Napolyon Bonapart
Yaxşı dost xoş gündə çağırılanda, pis gündə çağırılmamış gələndir.
Həqiqi dostluq bu həyatda unudulmayacaq qədər gözəl və hər kəslə yaşanmayacaq qədər özəldir.
Dostluq Haqqında Mənalı Sözlər
Həyat sevməyi, sevgi layiq olmağı, dostluq sadiq qalmağı bilənlər üçündür..
Dostluq iki ürək arasında axan çay kimidir. Gəldiyi yeri də təmizləyər, getdiy yeri də..
Ən yaxşı dost, dostunu yadlara möhtac etməyəndir!
Bir düşmən çox, min dost azdır.
Dost qazanmağın tək yolu dost ola bilməkdir. - Emerson
Dostluq Haqqında Mənalı Sözlər |
Dost olmağa tələsməyin, amma dost olduzsa, bu dostluğa xəyanət etməyin. - Sokrat
Nöqsansız Dost axtaran Dostsuz qalar.
Dostluq gül olmaqdır yarpağı ilə də tikanı ilə də.
Biz dostun köməyindən çox, bu köməyi ala bilmək inamına ehtiyac duyuruq. - Sokrat
Səmimiyyət dostluğun məhək daşıdır. - Əbu Turxan
Əsl dostlar yan-yana olanlar deyl, qəlbdən bir-birlərinə bağlı olanlardır.
Önümdən getmə səni itirə bilərəm, arxamdan da gəlmə yol göstərməyə bilərəm; yanımda get və yalnız Dostum qal. - Alber Kamyu
Dostumun qüsurları haqqında yalnız özüylə danışıram.
Cahil və nadan dostdan ağıllı düşmən yaxşıdır. - Teymurləng
Müdriklikdən sonra insanlara edilmiş ən gözəl hədiyyə – məhz Dostluqdur.
İnsanın pulu artdıqca düşməni, elmi artdıqca dostu çoxalar.
Sən yüksələndə dostların bilir sən kimsən,
Sən düşəndə sən bilirsən dostların kimdi - Naməlum
İt sənə dost olar, bir sümük atsan,
Namərd qədir bilməz, olsan da qurban.
Əsl dostlar, mənfəətlərinə bitənə qədər deyil, ömürləri çatana qədər sizi sevənlərdir.
Güvən itdiyi yerdə, dostluq da itir. - Kiçik Seneka
Hörmət etmədiyiniz insanla heç vaxt dost olmağa çalışmayın. - Çarlz Darvin
Başqalarını pisləməyi xoşlayanlarla dostluq etməyə dəyməz. - Demokrit
Çox az adam, yaxşı talehli bir dostun müvəffəqiyyətlərini qısqanclıq etmədən təbrik edə bilər. - Esxil.
Bir-birinin zəif cəhətini bağışlaya bilməyən iki şəxs heç vaxt dost ola bilməz. Jan de la Bruyere
Dostluq – özünə arzuladığının digərinə arzuladığındır; Sevgi – özünə arzuladığından digərinə daha çox arzuladığındır. - I.Şevelev
Dostluq var - məqsədi xeyir üçün, dostluq var – məqsədi xoş vaxt keçirtmək üçün. - Aristotel
Bir insana tamamilə güvəndikdə iki nəticədən birini əldə edər insan :
Ya bir ömür davam edəcək bir dostluq, ya da ömür boyu unutmayacağı bir dərs.
Insanlarla elə yaşa ki, gələcəkdə dostun düşmənın olmasın, düşmənın isə dostun olsun. - Pifaqor
Məhəbbətin ömrünü dostluq uzadır. - Əbu Turxan
Adi dost sizin göz yaşlarınızdan xəbərsizdir.
Əsl dostun isə çiyni göz yaşlarınızla islanar.
Çox gözəl olsa da eybi gizlətmək
Dost Dostun eybini örtməsin gərək.
Yolları eyni olmayanlar yoldaş ola bilmədikləri kimi, zövqləri, məqsədləri, amalları eyni olmayanlar da dost ola bilməzlər. - Əbu Turxan
Yalnız ağıllı insanlarla dostluq edin, çünki bəzən axmaq dost, ağıllı düşməndən də təhlükəli ola bilər. - Cəlaləddin Rumi
Yaxşı kitablar, ən yaxşı dostlarımızdır. - Frensis Bekon
Heç vaxt ac göz olanla dost olma. Cünki, vəfa bilməz, vicdan bilməz , doymaq bilməz!
Ancaq riyakarlar hamı ilə dostluq edə bilər. - Əbu Turxan
Tədbirləri baş tutmayanda düşmən dostluq fikrinə düşər və dostluqla elə işlər görər ki, onu heç bir düşmən bacarmaz. - Sədi Şirazi