Ailə həyatının gözəlliyi kimi heç bir şey yoxdur. - Oskar Uayld
Kiçik bir dünyadır Ailə.
Xoşbəxt bir ailə həyatı, dünyada qovuşulmuş cənnətdir.
Ata-ananın mehriban münasibəti övlad üçün ən yaxşı tərbiyədir. -Demokrit
Ancaq böyük məhəbbət ailə həyatındakı anlaşılmazlıqları aradan qaldıra bilər. - Drayzer
Ata-ananın ən dəyərli mirası tərbiyədir.
Ailə kişi üçün bir malikanə, qadın üçün isə bir istehkamdır.- Lev Tolstoy
Gözəl bir ailəyə sahib olan kişiyə, var dövlət lazım deyil. Onun var-dövlətini artıq Allah verib..
Qız üçün ən gözəl cehiz ana-atadan öyrəndiyi tərbiyə və təcrübədir.
Ata-ananın borcu övladlarına, hər şeydən əvvəl, vicdanlı olmağı öyrətməkdir.
Övlad bir cövhər, ata-ana isə o cövhərə şəkil verən zərgər kimidir. Əsəri dəyərli edən zərgərin bilik və bacarıqlarıdır.
Uşaq xəyalların,arzuların ümid tumurcuğu,ailə qalasının misilsiz sevinc qaynağı,cənnətin qoxusunu dünyada yayan yeganə gül,millətin övladı və ilahi əmanətdir.- Füyuzat jurnalı
Ən yaxşı əxlaq məktəbi ailədir. - Samuel Smayls
Arvad nə qədər ağıllı olsa, ailə o qədər güclü olar. - Atalar sözü
Təhsilin ilk və ən yaxşı mərkəzi ailə evidir. - Samuel Smayls
Övlad bir cövhər, ata-ana isə o cövhərə şəkil verən zərgər kimidir. Əsəri dəyərli edən zərgərin bilik və bacarıqlarıdır.
Xoşbəxt ailələrdə böyüməyən gənclər üçün ədəbiyyat ən gözəl sığınacaqdır. - Əlif Şəfəq
Hər bir insan,dünyaya yaxşı tərbiyə olunmuş ailə qədər önəmli bir miras qoya bilməz.
Kasıb ailələrdə Ana həmişə tox olur, Ata isə həmişə unutqan...
Fərdi mahiyyət ailə məhəbbətində, ictimai mahiyyət vətən sevgisində üzə çıxır. - Dədə Turxan
Çalışmaq, özümüzə, ailəmizə, millətimizə olan vətən və namus borcudur. - Əziz Sancar
Bəşəriyyət üçün dahi olan insan da öz ailəsinin adi üzvü olmağı bacarmalıdır.
Ailə mərhəmət yurdu, əxlaq məktəbi, millətin sinəsində vuran ürək və mənəviyyat qalasıdır. - Füyuzat jurnalı
Ata-ananın övlada məhəbbəti sövq-təbii, övladların ata-anaya məhəbbəti isə şüurludur.- Nəsirəddin Tusi
Bərabərlik iddiası ailəni sarsıdır.
Ailəni dayanıqlı edən qadın ilə kişi arasındakı eyniyyət yox, fərqdir. Məhəbbət özü də bu fərqin sayəsində mümkün olur. - Dədə Turxan
Sivilizasiyanın əsasında əmək bölgüsü dayandığı kimi, ailəni də mümkün edən kişi ilə qadın arasında əmək bölgüsüdür. - Dədə Turxan
Mənfəətpərəstlik insanı ən gözəl duyğulardan - vətənə məhəbbətdən, ailə sevgisindən, təmizliyə, düzlüyə hörmətdən məhrum edir. - Q. K. Sallyusti
Tanrı heç bir uşağı pis olsun deyə yaratmaz! Onu pis edən pis təhsil və tərbiyədir.
Pis ana-ata, pis ətraf və pis idarə etmək bir bataqlıq kimidir; yazıq uşaqları da özünə çəkib məhv edər.
Əgər istəyirsən ölümündən sonra da yaşayasan və gələcək nəslin hörmətini qazanasan, özündən xeyirxah ailə və yaxşı bir kitab yadigar qoy. - Pifaqor