-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Danışmaq Haqqında Aforizmlər

bilgideryasi

danismaga-aid-sozler-danismaq-haqqinda-aforizmler-danis-de (1).jpg


 Danış ki, səni görüm. - Sokrat


Yaxşı danışmağı yaxşı yazan müəllifləri oxumaqla öyrənmək olar. - Volter


Dolaşıq danışmağı hamı, aydın danışmağı isə çox az adam bacarır. 


Danışmaq ehtiyac ola bilər, amma susmaq bir sənətdir. - İohann Volfqanq Höte


Deməyə sözü olmayan hamıdan çox danışar. - Lev Tolstoy


İnsan nə qədər az düşünsə, o qədər çox danışar. - Şarl Lui Monteskyö


İnsanlar adətən malik olduqlarından həzz almaq əvəzinə, malik olmadıqlarından danışırlar. - Vissarion Belinski


Elə danış ki, başa düşməyə bilməsinlər. 


Düşünmədən danışanın cəzası sonradan düşünməyə məhkum olmaqdır.


Yersiz danışmaq axmaqlıq olduğu kimi, yeri gələndə danışmamaq da axmaqlıqdır. - Sədi Şirazi


Gözəl danışan natiqin çox danışdığı hiss olunmur. - J.Renar


Heç vaxt demə ki, bilirsən, amma nə danışdığını həmişə bil. - Klavdiy


Elə xatirələr var ki, danışsan gözəlliyi gedər. - Jorj Sand


Uşaqlarına susmağı öyrət, danışmağı onlar özü də öyrənə bilər. - Bencamin Franklin


Doğma o adamdır ki, onunla öz ruhunun dilində danışa bilirsən. - Dədə Turxan


Düşünmək – öz-özünlə danışmaq, özün-özünü eşitmək deməkdir... -İmmanuel Kant


Ucadan danışmaq lazımdır ki, səni eşitsinlər, astadan danışmaq lazımdır ki, sənə qulaq assınlar. - Pol Klodel


Danışaraq izah edilməz hər şey, bəzən susmaq yetər əslində. Unutma; danışmaq bir ehtiyac ola bilər, amma susmaq cavabdır anlayana. - Qabriel Qarsia Markes


Ləyaqətli adamla danışmamaq adamı, ləyaqətsiz adamla danışmaq isə sözləri itirməkdir. - Konfutsi


Az bilib çox danışan bədxərclik edən yoxsula oxşayır. - Napoleon Bonapart


Çox danışana ancaq lal həsəd aparır. - Cübran


Başqalarına özümüz haqqında danışmaq çox təbiidir; başqalarının özləri haqqında söylədiyi şeyləri, onların demək istədiyi şəkildə anlamaqsa bir mədəniyyət məsələsidir. - İ.V. Höte


Zəkanın kamilliyi üç şeydədir: təvazökarlıq, doğru-dürüstlük və az danışma. - Cəfər Sadiq


Möminin adəti əvvəl düşünüb sonra danışmaqdır. Münafiq isə əvvəl danışar, sonra düşünər. - Əbdülqədir Gilani


Əgər sussan danışmağın daha işıqlıq olar.Çünkü sükutda həm səssizliyin işığı, həm də danışmağın faydası gizlidir. - Şəms Təbrizi


Adamlar öz ixtisaslarına aid mövzuda ehtiyatla danışır. Bilmədikləri mövzularda isə daha ürəkli olurlar və onlara elə gəlir ki, bu – fəlsəfədir. - Dədə Turxan


Tək özün danışsan həmişə haqlı olacaqsan. - Onore de Balzak


Arxandan vurana hirslənmə, ona güvənib arxanı dönən sənsən. Arxandan danışana da incinmə, onu insan yerinə qoyan yenə sənsən. - Çarlz Bukovski


Yüngül iztirablar danışa bilər, amma dərin iztirablar dilsizdir. - Kiçik Seneka


Bu həyat mənə, insanların çoxunun gülə bilmədiyi üçün ağladığını, susa bilmədiyi üçün danışdığını və söz olsun deyə yaşadığını öyrətdi. - Çak Palanik


Əgər danışsaydı, ölümlə də dil tapmaq olardı.

- Dədə Turxan


Təbiət ancaq o adama tabe olur ki, o təbiətin dili ilə danışır. - Frensis Bekon


Vətənpərvərlik haqqında danışırlar, hər halda nə isə oğurlayıblar - Mixail Sаltıkоv-Şеdrin


Vəzifəli şəxslər öncə ətrafındakı yaltaqların xoş yalanlarına birtəhər dözür, sonra onlara vərdiş edir və tək-tük düz danışanlara birtəhər dözür. - Dədə Turxan


Əsl siyasətçi susaraq nə isə deməyi və danışaraq heç nə deməməyi bacarmalıdır. - Dədə Turxan


>
To Top