-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Zəka Haqqında Aforizmlər və Sözlər

bilgideryasi

zekaya-aid-sozler-zeka-haqqinda-aforizmler-zekali (1).jpg

 Zəkanın kamilliyi üç şeydədir: təvazökarlıq, doğru-dürüstlük və az danışma. - Cəfər Sadiq


İnsan dünyası üç təməl üzərində qərar tutur: söz, zəka və əməl. - Dədə Turxan


Söz, bilik zəkaya əsaslanarsa, inci kimi hamı onu qulağına taxar.- Əhvədi


Elm hələ zəka və ya istedadın dəlilik olub olmadığını öyrətməyib. - Edqar Allan Po


Elm soyuq ağlın, tarix ilıq xatirələrin, fəlsəfə yanar zəkanın məhsuludur. - Dədə Turxan


Zəka mömünün bələdçisidir. - Cəfər Sadiq


Maddi dünyamızı zəkamızla, mənəvi dünyamızı isə qəlbimizlə dərk edirik...- Səbuhi Quluzadə


Göz üçün işıqlı və qaranlıq sahələr olduğu kimi, zəka üçün də işıqlı və qaranlıq sahələr vardır.- Dədə Turxan


Ağıl və zəkanın nə olduğunu çox araşdırdım. Sonda, bunun düşüncəli cürətdən başqa bir şey olmadığını anladım. - Napoleon Bonapart


Cəsarət təhlükə qarşısında ağıl və zəkadan istifadə edə bilməkdir. - Platon


Bir uşağın tərbiyə edərkən ilk düşüncən onun namuslu bir insan olmasıdır. Bunun üçün də əvvəlcə gözəl ürək, sonra zəkalı baş lazımdır. - Deni Didro


Zəka ona deyilir ki, çoxlu hadisə və xüsusiyyətlər içərisindən ilk baxışda, dərhal, ani surətdə (şimşək sürəti ilə) özünə lazım olanı seçə, asanlıqla düzgün nəticə çıxara bilsin. - Nəsirəddin Tusi


“Hikmət”in yeddi növü var: birinci, zəka; ikinci, dərk sürəti; üçüncü, zehin aydınlığı; dördüncü, öyrənmə asanlığı (diqqət); beşinci, ağıl gözəlliyi; altıncı, hafizə; yeddinci, hazırcavablıq. - Nəsirəddin Tusi


Sadə qadın gözəl olmağı ağıllı olmağa seçər. Çünki sadə kişidə zəkanı anlayacaq baş deyil, gözəlliyi görəcək göz vardır. - Anton Çexov


Bütün zəkamı, qabiliyyətimi, şöhrətimi, əsərlərimi axşam evə vaxtında gəlib gəlməyəcəyimlə maraqlanan bir qadın üçün fəda edə bilərəm. - Corc Bernard Şou


Alimin yaradıcılığı universal zəkanın məhsuludur, filosofun yaradıcılığı isə onun öz “mən”inin açılışıdır. - Dədə Turxan


Xatırladığım qədəriylə, müqəddəs kitablarda zəkanı tərifləyən tək bir söz belə yoxdur. Bertran Rassel


Zəkanın arxasında qaçmayın, axmaqlığı tutarsınız. Şarl Lui Monteskyö


Hikmət və nadanlıq insan zəkasının iki nəhayətsiz qütbüdür. - Dədə Turxan


Zəka insana onun əsl təyinatını, həyatının mənasını açır. - Georq Vilhelm Fridrix Hegel


İlahi həqiqətlər zəkadan qəlbə deyil, qəlbdən zəkaya doğru gedər. Allahı hiss edən qəlbdir. Blez Paskal


Zəka o zaman bizi idarə edir ki, faktı düşüncələrimizin predmetinə çeviririk. - Emerson


Xarakter zəkadan daha üstündür... Dahi qəlb yaşamağa güclü olacaqdır, həmçinin düşünməyə də.-  Ralf Uold Emerson

>
To Top