Pul yaxşıdır, ağıl ondan da yaxşıdır.
Vaxtın qiyməti puldan bahadır.
Paltarı geyib öyrəş, pulu sayıb öyrəş.
Pulluya bə'li, pulsuza dəli, diyərlər.
Pullu evin bülbülü, kasıb evin bayquşu.
Pul can yonqarıdır.
Pul əl çirkidir.
Pulsuz atın dişinə baxmazlar.
Varlı borcunu pulla ödəyir, kasıb - öz dərisiylə.
Kasıb pul tapdı, qoymağa yer tapmadı.
Pul pulla qazanılar.
Pul pul gətirər.
Zaman pul deyil, onu qaytarmaq olmaz.
Ağıl çox - pul yox, ağıl yox - pul çox.
O qədər pulu var ki, toyuq dənləsə qurtarmaz.
Cavanlıqda pul qazan, qocalıqda – qur qazan.
Su çuxurda durar, pul qıtmırda.
Heç vaxt pul üçün evlənməyin. Pula sahib olmaq daha asandır.
Keçəl halva yeyər, puluna minnət.
Pul olsaydı, minnət olmazdı.
Soruşmaq pulnan deyil ki.
Təzə varlanandan pul borc alma.
Pul və gözəllik olan yerdə doğrunu yalandan ayıra bilməzsən.
Paltar tikandan qoruyur, pul biyabırçılıqdan.
Siçana dedilər: - Bu deşikdən çıx, gir o deşiyə, beş min altun verək sənə! Siçan dedi; - Bunda nə var, mənzili yaxın, pulu çox?!.
Pulsuz ət ancaq tələdə olur.
Pul kəsəni qılınc kəsməz.
Pul danışanda - doğru susur.
Lotunun pulu qurtaranda soğan-çörək də səlamətdir.
Tərləməmiş pul qazanmağ olmaz.
Pul verməz, can verər.
Adam özgə cibinin pulunu saymaz.
Ölü cəhənnəmə, təki mollaya pul olsun.
Yoxpulun (yoxsulun) yoxsulluq, bəyin toxluq dərdi var.
(Kasıbın dərdi yoxluq, bəyin dərdi bolluq)
Dövlətli yanına qaşıyanda, kasıb elə bilər ona pul verir.
Kasıb çıraq yandırar, dövlətlinin pulunu sayar.
Söz məndə, pul ingilisdə.
Rüşvətxorun amalı da, imanı da puldur.
Pulun sayəsində axmaq da ağadır.
Xəsisə zəhər versən, pulsuzdur deyə içər.
Qumarbaz - pulu qurtaranda tövbə elər.
Əgər sizə maraqlıdırsa, Allah pul barədə nə düşünür, sadəcə pulun kimlərə daha çox düşdüyünə diqqət yetirin.
Dünyada üç şey saxlana bilməz: eşq, tüstü və pulsuzluq!
Cavanlıqda qocalığa güc saxla, pullu gündə - Atalar sözü.
Elm yolunda xərclənən pul gələcək üüçün qoyulan ən böyük sərmayədir.
Vardır pulun – hamı qulun, yoxdur pulun açıqdır yolun.
Vardır pulun, yetən qulun.
Yoxdur pulun, dardır yolun.
Adam adamdır, olmasa da pulu, heyvan heyvandır, atlas olsa da çulu.