Dərd etmə, Dua et...
Susmaq 'Ya Səbr' deyə bilməkdir. Elə bir duadır ki, ürəklərdə çalxalanar..
Sanma ki dərd tək səndə var Səndəki dərdi nemət sayan var
Həyatda ola biləcəyiniz ən gözəl yer, bir duanın içidir.
Ən böyük xəzinə, Allah sevgisiylə dolu olan qəlbdir.
Vicdan Allahın içimizdəki səsidir. Onu dinlə ki, Haqqın yolunu tapasan..
Allahın ən gözəl əsəri könüldür. Qalan hər şey ancaq əsərin əsəridir.
Ən Gözəl Dini Sözlər və Statuslar
Allah min dərd verib, min bir də dərman..
Ümidsizlik yoxdur, çünki dua vardır. Tələsmək yoxdur, çünki səbr etmək vardır. Mümkünsüz deyə bir şey yoxdur, çünki Allah vardır.
Bir çətinliyin olduğu zaman Rəbbinə dönüb, "Mənim böyük bir çətinliyim var" demə. Çətinliyinə dönüb, "Mənim böyük bir Rəbbim var" de!
"Allah xeyirlisini nəsib etsin" deməli. Çünki, biz bilmərik bəzən nəyin xeyir, şər olduğunu... Allah bilər biz bilmərik..
Allahım bizlərə dəyişə biləcəyimiz işləri dəyişməyə cəsarət, dəyişə bilməyəcəyimiz işləri qəbul edəcək səbr və bunları bir birindən ayıracaq ağılı ver.
Biz Allahdan gələnə razı olsaq, Allah da bizdən razı olar.
Ən Gözəl Dini Sözlər və Statuslar |
Allah Duaya 3 şəkildə cavab verir;
1. "Bəli" deyər və istədiyini verər
2. "Xeyr" deyər və daha yaxşısını verər
3. "Səbr elə" deyər və ən yaxşısını verər!
Xeyirlisi deyə bir söz var. Bütün Aminlər, Bütün inşAllahlar, bütün dualar onun içində..
Ən Gözəl Dini Sözlər
Dünya nəfslərin, axirət ürəklərin, Allah isə sirlərin sevgilisidir.
Sevmək bu qədər gözəlsə, kim bilir sevməyi yaradan nə qədər gözəldir...
Bağışla Allahım .. Ruhumda Sən varkən, mən bu bədəndə qalmışam .
Bir insan Allahdan başqa kimsəyə ehtiyacı olmadığına inanırsa, Allah da onu başqasına möhtac etməz.
Dərdimi sevirəm.. Bilirəm ki, dərdimi verən də məni sevir.. Sevən, sevdiyinin nazını ölçür.. Sevilən çəkməsin də neyləsin.
Eşitdim ki, qiybətimi etmisən, üzümə söyləməkdən qaçmısan! Mənim kimi bir Allah bəndəsindən qorxmuş, Allahdan qorxmamısan.
Ümidini qırma; Yusufi(ə.s) xatırla. Ayağın qırıldı deyə kədərlənmə. Allah sənə bəlkə qanad verəcək. Quyu dibində qaldın deyə üzülmə, bəlkə oradan belə bir qapı açılar. Yusif (ə.s) quyudan sultan oldu.