Həyatın Mənası Haqqında Aforizmlər və Sözlər


 Həyatın mənası nədir? İnsanlara xidmət və hörmət etmək. - Aristotel

Həyatında iki önəmli gün var: biri anadan olduğun gün, biri də ki nə üçün doğulduğunu anladığın gün. - Mark Tven

Arzular, həyata məna verir. - Anatol Frans

Həyatı onun mənasından artıq sevmək lazımdır. - Fyodor Dostoyevski

Mən həyatın mənasını yorulmadan işləməkdə və çətinliklərlə döyüşməkdə görürəm.  - A.Bek

Həyata məna verən  anın dəyərləndirilməsidir. 

Həyatın mənasını onun gözəlliyində aramaq və onu daha gözəl məqsədlərə yönəltmək lazımdır. ... - Maksim Qorki

Yalnız böyük ağrıları çəkənlər xoşbəxtliyin mənasını bilərlər. - Paul Auster

Ancaq başqaları üçün yaşanılan həyat,yaşamağa dəyər həyatdır. - Albert Eynşteyn

Həyat başlar və bitər. Necə başlayıb necə bitdiyi önəmli deyil. Önəmli olan ikisi arasına nələr sığdıra bildiyindir.. 

Ancaq məhəbbətlə yaşanan günlər ömürdəndir.  - Hafiz Xarəzmi

Hamımız məhəbbət üçün doğuluruq, bu varlığın əsas prinsipi və yeganə məqsədidir. - Anri Barbüs

Həyatın bütün sevinci yaradıcılıqdadır. - Romen Rollan

Həyat naminə həyatın mənasını itirmək olmaz.  - Yuvenal

Həyatı itirməkdən daha acı bir şey vardır: "Həyatın mənasını itirmək."

Həyatın mənasını bilməyən insan bədbəxtdir. - Blez Paskal

Bir saatlıq bir vaxtı belə itirməyə cəsarət edə bilən bir kimsə həyatın mənasını qavraya bilməmiş deməkdir.  - Çarlz Darvin

Böyük insanlar həyatın mənasını   özündə, kiçik insanlar isə özgələrində axtarır. - Sufi hikməti

Hamımız həyatımızda bir məna axtararıq. Qundaq ilə kəfən arasındakı şeyin adı ömürdür, həyat deyil. Həyatı bir az da özümüz edirik. - Murathan Mungan

Həyatda bir tək adam belə, siz yaşadığınız üçün rahat nəfəs alırsa, siz müvəffəqiyyətli və məqsədinə çatmış bir insansınız.  - Ralf Uold Emerson

Məhəbbət ölümdən və ölüm qorxusundan güclüdür. Həyat ancaq məhəbbət üzərində dayanır və onunla hərəkətə gəlir. - İ.S.Turgenev

Kamil insan üçün sevmək və öyrənmək həyatın əsas amalı və mənası olduğu halda, cahil üçün bu əylənmək, yemək və digər heyvani ehtiyaclar ola bilər. - Səbuhi Quluzadə

Keçmişi bilmədən müasir dövrün əsl mənasını və gələcəyi anlamaq qeyri-mümkündür. - Maksim Qorki

Doğarkən sən ağladın ətrafındakılar güldü,elə bir həyat yaşa ki öldükdən sonra ətrafındakılar ağlasin sən gül.

Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən- həyatın məqsədi məhz budur. - Cəlil Məmmədquluzadə

Əgər istəyirsən ölümündən sonra da yaşayasan və gələcək nəslin hörmətini qazanasan, özündən xeyirxah ailə və yaxşı bir kitab yadigar qoy. - Pifaqor


Daha yeni Daha eski