Peşmançılıq Haqqında Aforizmlər və Sözlər

bilgideryasi

 

Peşmançılıq Haqqında Aforizmlər Peşmançılıq statusları peşman

Peşman olmaq istəmirsənsə, pis vərdişlərdən çəkin. - Volter 


Tez mühakimə edən, sonra uzun müddət peşman olur. - Atalar sözü


Xoşbəxtlik, peşmançılıq çəkmədən həzz almaqdır. - Lev Tolstoy


Qəzəbinə hakim olmasan, heç nədən başına iş açıb peşman olarsan. - Konfutsi


Ağlın başına gəlincə peşman olacağın bir işi əsla etmə. - Mövlana


Utanmaz nə bilsin peşmançılıq nədir? - Naməlum


Pis adamlarla oturub-durmayın, onlar sizi peşman etməsələr də, xoşbəxt də edə bilməzlər.- Jan de Labrüyer 


Gedən sevgilinin getdiyi yerdə axtardığını tapmayıb “darıxdım” deməyi darıxdığından deyil, it kimi peşman olduğundandır. - Əziz Nesin


Birisini bağışladığın zaman peşman olma. Cəzalandırdığın zaman da sevinmə.


İntiqam alıb peşman olmaqdansa, əfv edib peşman olmaq daha yaxşıdır. - Cəfər Sadiq


Peşman olmuş bir günahkarın göz yaşları yüz möminin duasından daha artıq sevinc gətirir. - Viktor Hüqo


Qisas alan adam bəzən etdiyi hərəkətə görə peşman olar, bağışlayan adam isə heç vaxt.- Aleksandr Düma


Tək peşmanlığım sözlərimə belə layiq olmayan insanlara, saatlarla cümlələr qurmağımdı. - İlhan Bərk


Ən çox peşman olduğum şey; peşman olacağam deyə edə bilmədiklərim və toxuna bilmədiklərimdir. - Uilyam Şekspir


Peşman deyiləm yaşadıqlarıma! Əsəbiyəm bəlkə də yaşaya bilmədiklərimə! - Nazim Hikmət


Heç vaxt özün üçün təəssüflənmə. Bunu axmaqlar edər. - Haruki Murakami


Etdikləri yaxşılıqlardan belə peşman olanlar iyrənc insanlardır. - M. T. Siseron 

Peşmançılıq Haqqında Aforizmlər və Sözlər


Kim ki, qılınc çəkib etsə yamanlıq, Əlini dişləyib çəkər peşmanlıq. - Sədi Şirazi


Gələcəkdə peşman olmaq istəmirsənsə, öz ailəni təhsildən məhrum etmə. - Aleksandr Puşkin


Gənclik səhvlər edir, yetkinlik bu səhvlərlə mübarizə aparır, qocalıq bu səhvlərin peşmanlığını çəkir.  -B.Dizraeli 


Sonrakı peşmançılığın belə faydası varmış. Peşman olsam da səhvlərimdən nəticə çıxarıb doğrunu tapdıqdan sonra anladım..


Madam ki, özündə bir dərd və ya peşmanlıq hiss edirsən, bu Allahın-ın sənə olan yardımının və sevgisinin bir dəlilidir.- Mövlana


Peşman deyiləm! Yalnız dön bax arxana; Nə üçün, nələrdən imtina etdin? Nələr varkən, sən nəyi seçdin. - Nazim Hikmət


Qəbirdəkilərin peşman olduqları şeylər üçün, dünyadakılar bir-birlərini yeyirlər! - İohann Volfqanq Höte

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top