Su Haqqında Aforizmlər və Sözlər

 

Su Haqqında Aforizmlər,Su Haqqinda Aforizmler su həyatdır suya aid

Su harada – dirilik orada.

Həyat hərəkət deməkdir, su da axmayanda iylənir. - Aristotel

Su suyu tapar, su da çuxuru. - Atalar sözü

Su kimi əziz və saf ol.

Su kimi aləmə həyat ver, can ver,Hər rəngə uyğunlaş, dərdə dərman ver. - Nizami Gəncəvi

Dərin su bulanmaz. - Atalar sözü

Su suya qarışanda güclü olar.

Suyun rəngi qabının rəngidir. - Bistami

Su hər şeyi pak eylər, üz qarasından qeyri. - Atalar sözü

İnək su içsə süd, ilan su içsə zəhər əmələ gələr

Su tökülməz quyuya, çəkilər su quyudan. - El Hikməti 

Əgər su da təmiz deyilsə, yuyunmağın nə faydası? - Əbu Turxan

Su axsa çay, düşsə şəlalə, dayansa göl olar.

Yumşaq bərkdən daha güclüdür. Su qayadan, sevgi isə nifrətdən daha güclüdür. - Herman Hesse 

Hər su olan yerdə qurbağa yoxdur, amma qurbağa səsi olan yerdə su vardır. - Höte

Dəmir işləməyəndə paslanır, su bir yerdə qalanda iylənir, insan ağlı isə tətbiq edilmədikdə kütləşir. - Da Vinçi

İçimizdəki kiri su deyil, ancaq göz yaşı təmizlər. - Mövlana

 Daşı deşən suyun qüvvəti deyil, damlaların davamlılığıdır.

Yalnız bir dəli suyun dərinliyini iki ayağı ilə ölçməyə səy göstərər. - Atalar sözü

Gələcəyənizi qorumaq istəyirsinizsə, bugünkü suyunuzu qorumalısınız.

Bir damla suyu belə israf etməyin! Çünki, bu dünyada bir damla suya belə möhtac olan insanlar var!

Suyun dəyəri, quyu quruduqdan sonra bilinər. - Tomas Fuller

Sözün də su kimi lətafəti var
Hər sözü az desən daha xoş olar
Bir inci saflığı varsa da suda
Artıq içiləndə dərd verir su da.
 - Nizami Gəncəvi

Buludtək damcıyla su al dənizdən, Verəndə bol-bol ver əsirgəmədən. - Nizami Gəncəvi

Cömərtlikdə və yardımsevərlikdə axar su kimi ol. - Mövlana

Su oddan üstündür, ancaq bir qaba qoysan od onu qaynadıb yox edər. - Mövlana

Sudan daha yumşaq və incə bir şey yoxdur. Ancaq önünə çıxan hər şeyi  süpürüb aparacaq və dağıdacaq qədər güclüdür.- Lao Tzu

Su basanda qarışqalar balıqlara yem olur, çəkiləndə qarışqalar balıqları yeyər. - El hikməti

Düşüncəni boşalt. Şəkilsiz, nizamsız ol, su kimi. İndi suyu bir kuboka doldursan, o zaman kubok olar. Onu çay dəmliyə doldur, o zaman su çay dəmliyi olar. Bax , su axar, .... . Su ol yoldaş. - Brüs Li

Elmi olmayan bir bədən suyu olmayan bir şəhərə bənzər.- Şəms Təbrizi

Yaxşı müəllim susuz torpağa can verən yağışdan da qiymətlidir, yağışla torpaq dirçələr, müəllimlə bütün bəşəriyyət. - Anonim 


Daha yeni Daha eski