Keçmiş Haqqında Aforizmlər və Sözlər

Keçmiş Haqqında Sözlər,kecmis haqqinda aforizmler,kecmise aid sozler,keçmişə aid sözlər

 Keçmiş – xatirələrdə, gələcək isə xəyallarda yaşayır. - Əbu Turxan

Keçmişini bilməyən bu gününü anlaya bilməz və sabahını qura bilməz. - Barış Manço

Bu günü anlamaq üçün keçmişi bilməlisiniz. - Karl Saqan

Keçmişi də, gələcəyi də ancaq indinin işığında görmək olar. - Əbu Turxan

Keçmişdə kim olduğunu bilmək istəyirsənsə, bu an kim olduğuna bax. Kim olacağını bilmək istəyirsənsə, nə etdiyinə bax.

Heç kim keçmişini geri ala biləcək qədər zəngin deyil. - Oskar Uayld

Davamlı keçmişə dönüb baxsan boynun tutular. - Murathan Mungan

Keçmiş bir dost üçün şikayətlənmək yeni dərdlər əldə etməkdir. - Uilyam Şekspir

Hər kəs öz keçmişini qəlbi ilə bildiyi bir kitabın səhifələri kimi bağlı saxlayar və dostları, sadəcə onun ön sözünü oxuya bilər. - Virciniya Vulf

İnsan gələcəyə öz keçmişinin çiynində gedir. - Əbu Turxan

Bu günü daha yaxşı görmək üçün keçmişi bilməliyik. - Ömər Xəyyam

Keçmişini unudan onu təzədən yaşamağa məhkumdur. - Santayana

İnsan - keçmişin həsrətini çəkən, gələcəyi üçün darıxan, yaşadığı andan şikayət edən varlıqdır. - Çarlz Bukovski

Məhəbbət elə bir ehtirasdır ki, nə keçmişi, nə də gələcəyi tanıyır. - Onore de Balzak

Qadın üçün keçmişin xatirələri və gələcək haqqında xəyallar önəmlidir; amma onu hərəkətə gətirən bu günün duyğularıdır. - Əbu Turxan

Biz tez-tez gələcək günlərdən borc götürürük ki, keçmiş günlərin borclarını qaytaraq. - Cübran

Mən keçmişimi bükdüm və qaldırıb zibilə atdım, bu zibilləri isə ancaq; pişiklər və itlər qarışdırar!- Nəcib Fazıl Qısakürək

Keçmişi dəyişmək olmaz, deyirlər; amma biz dəyişdikcə keçmiş sanki dəyişir və qarşımızda hər dəfə yeni bir keçmiş canlanır. - Əbu Turxan

Ən çətin əldə olunan azadlıq insanın öz keçmişindən azad olmasıdır. - Əbu Turxan

Əgər sən istəsən, keçmiş unudula bilər. Amma etdiyin hər seçimdə bir daha düşün. Çünki, gələcək, keçmiş qədər insaflı olmaya bilər. - Pol Oster

Getmə zamanı gəlmişsə "dayan" demənin; vaxt keçmişsə "dön" demənin; və eşq bitmişsə "yenidən" demənin heç bir mənası yoxdur. - Qabriel Qarsia Markes

Bilirsiniz onun adını niyə məhz keç­miş qoymuşlar? Keçmişin adını hər bir olanları özündə dəfn etdiyi və acı-şirin hadisələrin səhifələrini öm­­rümüzdən vərəqləyərək bizi bu gün adlı yeni bir sə­hi­­fəyə keçirdiyinə görə bu cür qoymuşlar. - Rövşən Abdullaoğlu

İnancın üç günü vardır: gəlib-keçmiş olan dünəni, nəqd olan bu günü və xəyal olan sabahı. - Rövşən Abdullaoğlu

Yaxşı kitablar oxumaq keçmiş əsrlərin ağıllı adamları ilə söhbət etmək deməkdir. - Rene Dekart

Keçmişi olmayan xalqın gələcəyi də yoxdur. - Oljas Süleymenov

Keçmişimizin izlərini tarixin qaranlıqlarında deyil, bu günümüzün iç qatında axtarmalıyıq. - Əbu Turxan

Əgər keçmişə atəş açsan, gələcək səni topa tutacaqdır. - Otto fon Bismark

Tarixşünaslar keçmişi, ideoloqlar gələcəyi saxtalaşdırırlar. - Jarko Petan

İdeya zaman hüdudlarını keçərək nə vaxtsa yeni bir iradə ilə birləşir və keçmiş yenidən canlanır. - Əbu Turxan

Keçmiş nəsillər bizim üçün sualların hazır həllini deyil, özünü qoyub gediblər. - Kiçik Seneka

Həyat cavanların gözündə sonsuz gələcək, qocaların gözündə – qısa keçmişdir. - Artur Şopenhauer

Keçmişin təhlükəsi əsir olmaq idi, gələcəyin təhlükəsi isə robot olmaq. - Erix Fromm

Gələcək nəsillər sizdən öyüd götürməmişdən qabaq, siz öz keçmişlərinizdən öyüd götürün. - Əli bin Əbu Talib

Daha yeni Daha eski