-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Ana Haqqında Atalar Sözləri və Məsəllər

bilgideryasi

 Anadan əziz yenə anadır. -Atalar sözü

Qız anadan öyüd alar. -Atalar sözü

Ağac - kökdən, insan - anadan. -Atalar sözü

Anasına bax, qızını al. -Atalar sözü

Bugünkü qız, sabah anadır. -Atalar sözü

Çayın mənbəyi - bulaq, ailənin mənbəyi - anadır. - Monqol atalar sözü

Bu dünyada şirin şey, bir anadır, bir Vətən. -Atalar sözü

Bala qədrini ana bilər, igid qədrini - el. - Tatar atalar sözü

Hər kəs ağlar, amma analar başqa cür ağlar. -Atalar sözü

Bala üçün ananın ürəyi ağrıyar, atanın biləyi ağrıyar. - Tatar atalar sözü 

Ağlarsa anam ağlar, başqası yalan ağlar. -Atalar sözü

Anaya Aid  Atalar Sözləri,Ana haqqinda atalar sozleri,Anaya aid Atalar Sozleri,

Ehtiyatlı oğulun anası ağlamaz. -Atalar sözü

Oğulun igidliyi ananı cavannaşdırar. -Atalar sözü

Qızsız - ana, duzsuz ana. -Atalar sözü

Qız anadan görməyincə ögüd almaz. -Atalar sözü

Lalın dilini anası bilər. -Atalar sözü

Öz anasını sevən, özgə anasını söyməz. -Atalar sözü

Bir adam, ən çox sevgilisini, ən yaxşı şəkildə ailəsini, ən uzun da anasını sevər. -Atalar sözü

Qoca ana evdə üç kilid kimidir - Viyetnam atalar sözü

Pis oğula ana cavabdehdir, pis nəvəyə - nənə. - Viyetnam atalar sözü

Ana o deyil ki - doğub, ana odur ki - böyüdüb. - Rus atalar sözü

Hər işləyən - kişi olmaz, Hər doğan - ana olmaz. -Atalar sözü

Uşağı oxudan - atanın kisəsi, ananın kasası. -Atalar sözü

Ata olmayan - ata, ana olmayan - ana qədrini bilməz. -Atalar sözü

Bir ananın yeddi uşağa çəkdiyi qayğı, yeddi uşağın bir anaya çəkdiyi qayğıdan çox olur. - Rus atalar sözü

Bir ana duası yeddi kişi qarğışını heç edər. - Kürd atalar sözü

Mən ölürəm çiçəkdən, ört üzümü milçəkdən, yad gələr yalan ağlar, anam ağlar gerçəkdən. -Atalar sözü

Analı uşağın ürəyində yağ, anasız uşağın ürəyində dağ olar. -Atalar sözü

Ana Haqqında Atalar Sözləri,Anaya Aid  Atalar Sözləri,Ana haqqinda atalar sozleri,
Ana Haqqında Atalar Sözləri 


Uşaq atadan yox, anadan yetim qalar, Uşaq, atasını hamıdan güclü bilər. -Atalar sözü

Yetim qızın daşı ağır olar, ögey ananın sözü. -Atalar sözü

Ata, ana tərbiyə etməyəni həyat tərbiyə edər. -Atalar sözü

>
To Top