Dünyada ən böyük xoşbəxtlik, əmin olmaqdır ki, sizi sevirlər, sizin özünüzə görə sevirlər, daha dəqiq desək, sizə rəğmən sevirlər. - Viktor Hüqo
Biz nə qədər çox seviriksə, bizim həyatımız bir o qədər geniş, dolu və sevincli olur.- Tolstoy
Əsl sevgini tapmaq çox çətindir, amma əsl dostluğu əldə etmək ondan da çətindir. - Fransua de Laroşfuko
Həqiqi sevgi səhər şəfəqi kimi işıqlı, qəbir kimi laldır.- Hüqo
sevgi haqqinda aforizmler |
Hər cür sevgi həqiqi və özünəxas olduğu üçün gözəldir, yetər ki, o ürəkdə ola, başda yox. - Vissarion Belinski
Əgər güvən varsa bir qəlbdə. O qəlbdə sevgi də tapılar, dürüstlük də! - Honore de Balzak
Sevgi bir inanc davranışıdır, İnancı az olanın sevgisi də azdır. - Erix Fromm
Cəhənnəm insan həyatında sevginin bitdiyi yerdir. - Dostoyevski
Sevginin əsl gözəlliyini əxlaqsız qadın yox, sədaqətli həyat yoldaşı dərk edə bilər. - Taqor
Külək qum təpələrinin formasını dəyişdirsə də, səhra əvvəlki kimi dəyişilməz qalar. Bizim məhəbbətimiz də əvvəlki kimi qalacaq. -Paulo Coelho
Bir-birini çox və ciddi şəkildə sevən insanları başqalarının fikirləri az maraqlandırır. Onlar sevirlər və bu da onlara bəs edir!- Teodor Drayzer
Həqiqi sevgi bütün əzablara dözməyə kömək edir. - Fridrix Şiller
Sevgi İlə Bağlı Aforizmlər
Bir-birinizi sevin, amma məhəbbəti buxova çevirməyin. Qoy o, könüllərinizin sahilləri arasında axan dəniz olsun. - Cübran
Sevgi insanlığın, şiddət heyvanlığın qanunudur. - Qandi
Mələklər bunu ilahi zövq, şeytanlar cəhənnəm əzabı, insanlar isə sevgi adlandırdılar.
Sevgi – xeyirxah, ali, güclü, isti və işıqlı olan hər şeyin yaradıcısıdır.- Feliks Dzerjinski
Sevgi – ali sözdür, yaradılışın harmoniyası onu tələb edir, onsuz həyat yoxdur və ola da bilməz. - Gertsen
İnsan sevgisiz yaşaya bilməz. Ruh ona sevilə bilməsi üçün verilir. - Maksim Qorki
Günəşsiz güllər açılmır, sevgisiz xoşbəxtlik yoxdur, qadınsız sevgi yoxdur, anasız nə şair, nə qəhrəman var. - Maksim Qorki
Qorxaq sevgi göstərməyə qadir deyil, bu, cəsurlara xas olan xüsusiyyətdir.- Qandi
Necə qəribədir? Sevdiyimiz insanın hər yalanında bir dogru, sevmədiyimiz insanın hər dogrusunda bir yalan axtarırıq.
Əgər sevgi, sevginin qoyun dərisinə bürünmüş eqoizm canavarı yox, sevgi olsa, o, ziyanlı ola bilməz. - Tolstoy
Sevginin əvvəlində sevənlər gələcək haqqında danışırlar, sonunda isə keçmiş haqqında. - Andre Morua
Dünyanın hər neməti yalnız sevənlərindir, Sevənlər üçün əzab da, iztirab da şirindir. - Corc Bayron
Qəzəbə sevgiylə, pisliyə yaxşılıqla, haqsızlığa əfv etməklə, yalana doğru ilə cavab ver. - Frensis Bekon