Kin, zəif insanların qəzəbidir.
Dərin bir kin, dərin bir yaralar açar.
Sevgidən yoxsul olanlar, kin içində boğular..
Məndən nifrət etdiyini eşitdim. Əgər səni düşünəcək vaxtım olsa, mən də səndən nifrət edərdim.
Nadanın ağıllıya nifrəti daha çoxdur, nəinki ağıllının nadana.
Kinlə dolu ürəklərdə axtarma həqiqi sevgini..
Kinlə dost olanın dostu olmaz.
Ancaq kindən azad olmuş sevgi dolu ürəklər Sevgi nədir bilərlər.
Olmadığın insan olaraq sevilməkdənsə olduğun insan olaraq nifrət edilmək daha yaxşıdır.
Dünyada heç bir şey insanı kin saxlama duyğusu qədər köhnəltməz.
Üzündə saxta gülümsəmə və sevinc, içində kin və nifrətlə dolu olanlarla birgə yalan bir dünyada yaşayırıq.
Hər hansı birinin səndən nifrət etməsinin əsl səbəbi; sənin kimi olmaq istədiyi halda əsla sənin kimi ola bilməyəcəyini bilməsidir.
Qəzəbin alovu ilk əvvəl sahibini yandırar. Sonrakı qığılcımı düşmənə ya çata, ya çatmaya...
Düşmənlərinizi hər zaman bağışlayın. Heç bir şey onlara bunun qədər pis təsir edə bilməz.
Yemək-içmək orucu tutmazdan öncə içinizi qəzəb, kin, nifrət və intiqam hisslərindən qurtarın..
BONUS : Bizdən nifrət edənlərdən nifrət etmədən yaşayaq. Gəlin, bizdən nifrət edənlər arasında nifrətdən xilas olmuş olaraq yaşayaq