Elə kobud insanlar vardır ki, ayı belə onlardan daha nəzakətlidir..
Dürüst ol, amma kobud olma!
Kobud sözlər yanan oda bənzər. Ağızdan çıxdıqdan sonra öncə səni yandırar!
Dostluğun telini kobudluqla qırma, bir də bağlasan düyünü qalar.
Qəlb qırmayın! Qəlb qırmaq Kəbəni dağıtmaq qədər böyük bir günahdır.
Öz dilinə nəzarət etməyi bacarmayan adamın ən böyük düşməni elə özüdür.
Dilini tərbiyə etmədən əvvəl ürəyini tərbiyə et; çünki söz ürəkdən gəlir, dildən çıxır.
Söz ağızdan çıxmadan öncə 3 qapıdan keçməlidir: Yaxşılıq, nəzakət və lüzum.
İkinci dəfə qəlbi qırdıqdan sonra gələn üzr, doyandan sonra süfrəyə gələn duz kimidir; "ehtiyac" qalmaz.
Sənə dəyər verməyən insanın sevgisini nə qədər çox qazanmağa çalışsan, onun laqeydliyi səni bir o qədər incidəcək. Onu unutmağa çalışmaq – həmişə onu xatırlamaqdır.
Ağacdan düşən necə qurumağa məhkumdursa, könüldən düşən insan da elə unudulmağa məhkumdur.
Parçaları itmiş "puzzle" kimidir artıq insanlar. Kiminin ruhu, kiminin beyni və bir çoxunun bir ürəyi yoxdur.
Bəzən ala biləcəyin ən böyük intiqam bağışlamaqdır və bəzən də veriləcək ən yaxşı cavab gülüb keçməkdir.
İki şeyi unut; etdiyin yaxşılığı və sənə edilən pisliyi. İki şeyi unutma; Allahı və ölümü.