Yamanlığa Aid Atalar Sözləri |
Yaxşıya yaxşı deyərlər, yamana – yaman.- Atalar sözü
Yaxşının sözü dilində, yamanın kini ürəkdə. - Atalar sözü
Yaman günün ömrü az olar.- Atalar sözü
Yamanlığa yamanlıq eləmə. - Atalar sözü
Yaxşıya yaxşı de, yaxşılığı artsın, yamana yaxşı de, yamanlığı qayıtsın. - Atalar sözü
Yaxşı gəlməyincə, yaman gedməsin.- Atalar sözü
Yaxşı dostu yaman gündə sına.- Atalar sözü
Dost yaman gündə tanınar.- Atalar sözü
Yaman olmasa, yaxşılığın qiyməti bilinməz. - Atalar sözü
Dost dosta yaman gündə gərəkdir. - Atalar sözü.
Dil yarası qılınc yarasından yamandır. - Atalar sözü
Yaman dil başa bəladır.- Atalar sözü
Yamanlığa Aid Atalar Sözləri
Yanan da mən - yaman da mən.- Atalar sözü
Sevgi od deyil, amma oddan yamandır. - Atalar sözü
Yaman arvad, deyingən olar. - Atalar sözü
Yaxşı qadın ömür balı, yaman qadın can zuvalı.- Atalar sözü
Yaxşılıq bilməyən, yamanlıqdan qalmaz. - Atalar sözü
Yaxşı yoldaş yaman gündə tanınar.- Atalar sözü
Yaxşı ilə dost olsan səni əzizlər, yaman ilə dost olsan dalınca pislər.- Atalar sözü
Yaxşı yoldaş Özgənin yaman gününə gülən öz gününə ağlayar.- Atalar sözü
Üzün qaralığı yaman deyil, qəlbin qaralığı yamandır. - Atalar sözü
Yaman arvad, tez kişini qocaldar, əsil arvad dərdlərini azaldar.- Atalar sözü
Yaxşı arvad ərini bəy eylər, yaman arvad – zay.- Atalar sözü
Yaman yeyənin olsun, yaman deyənin olmasın.- Atalar sözü
Yamana aş versəndə, iş vermə. - Atalar sözü
Yaxşı günün döş ağrısı, yaman günün diş ağrısı?- Atalar sözü
Yaxşı - yaxşılığın deyilir, yaman - sənin nəyin deyilir?- Atalar sözü
Yaxşıya yaxşı desən çəkinər, yamana yaxşı desən öyünər. - Atalar sözü
Oğrunun yavuzu (yamanı) söz oğurlayandı.- Atalar sözü
Yamanı pullu deyib yaxın durma, yabını yallı deyib satın alma. - Atalar sözü
Yaxşı ata bir qamçı, yaman ata - min qamçı.- Atalar sözü
Yaxşını yada vermə – hayıfdır, yamanı yada vermə – ayıbdır. - Atalar sözü
Ha uzaq ola - yol yaxşı, ha yaman ola - el yaxşı.- Atalar sözü
Yaxşılığa yamanlıq olmasaydı, qara öküzə bıçaq olmazdı. - Atalar sözü
Yaxşılarla vuruşma, yamanlarla duruşma.- Atalar sözü
Yaxşılıq yaxşılıq gətirər, yamanlıq nəyə gərəkdir? - Atalar sözü
Yamanlığa yaxşılıq mərd kişinin işidir.- Atalar sözü
Yaxşı gündə düşmən gələr dost olar, igid odur yaman gündə dayansın. - Atalar sözü
Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq nər kişinin işidir.- Atalar sözü
Getməsin o yaman ki, yerinə yaxşı gəlməyəcək.- Atalar sözü
Yaxşı ki, dünyada yaxşı varmış, yoxsa dünya tərk olardı yaman əlindən.- Atalar sözü
Yaxşı-yaman, keçdi karvan.- Atalar sözü