Mənim zarafat tərzim doğrunu söyləməkdir. Doğru dünyadakı ən gülməli zarafatdır.
Mübarizə mənim həyatımdır.
Məni öldürməyən şey məni daha güclü edir.
Mənim arzu və qorxularım var idi. Arzularımın vasitəsilə qorxularıma qalib gəldim.
Mənimlə ömür keçərmi? dedim. Sənlə keçirməyə ömür yetərmi?" dedi. Bu mənə bir ömür bes etdi.
Qəbul eləyirəm! Ən böyük səhvim, üzümə gülən hər kəsi özüm kimi bilmişəm.
İlk üzr istəyən ən cəsur, ilk bağışlayan ən güclü, ilk unudan ən xoşbəxtdir.
İnsanlardan nifrət etmirəm. Lakin onlar ətrafımda olmadığında özümü daha yaxşı hiss edirəm.
Mənim həyatım; mənim seçimlərim; mənim səhvlərim; mənim problemlərim; mənim yalnızlığım... Yəni xülasə, sizi maraqlandırmaz.
Uğur istədiyini əldə etməkdir. Xoşbəxtlik isə əldə etdiyini sevməkdir.
Güclü o şəxs deyil ki başqalarına güc ilə qalib gəlir, güclü o şəxsdir ki qəzəbləndiyi zaman özünə nəzarət etsin.
Öz-özümlə danışdığım qədər heç kimlə danışmıram. Səbəb dəlilik deyil. Sadəcə bilirəm ki, insanı ən yaxşı özü dinləyər.
Dostumsansa yanımda, düşmənimsənsə qarşımda ol. Ortada bir yerdəsənsə; Məndən uzaq ol.
Yanında olduğum zaman dəyərimi bilməzsən; dəyərimi bildiyin gün məni yanında tapmayacaqsan..
"Kaş ki tanımasaydım" dediyim heçkimim olmadı mənim. "Kaş ki məni tanımasına icazə verməsəydim" dediklərim oldu.
Mənim söz xəzinəm çox genişdir, deyərdim. Sənin bir sözünə çata bilmədim; "Get" nə deməkiydi sevgilim?
Əgər işinizi sevirsinizsə, ondan zövq alırsınızsa, deməli siz artıq uğura nail olmusunuz.
Gerçək uğur, uğursuzluq qorxusuna qalib gələ bilməkdir.
Məğlubiyyətdən qorxanlar deyil, mübarizə aparanlar uğur qazanacaqlar.