-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Yorğunluq Haqqında Statuslar və Sözlər

bilgideryasi

,Yorgunluq Haqqinda Statuslar,yoruldum heyat statuslar,yoruldum statuslari yorulmaq

 Ürək yorulduqda, tər gözdən axar.


Zaman qısa, yol uzun, mənsə yorğun..

Bəzən yar yorar, bəzən yol yorar...

Nə qədər yorulsaq da doğru yoldan dönmərik!

Əgər yolun doğrudursa, əziyyət və yorğunluq belə gözəldir.

Əyri yolun sevincindənsə, doğru yolun əzab və əziyyətini seçirəm!

Həyat məni yorduqca daha çox gücləndim. Və güclənfikcə həyat daha çox yordu. 

Bəzən insanı ən çox yoran boş insanlara olan boş gözləntilərdir.

Niyə yorğunsan sualına cavab axtarmaqdan və bunu soruşmasınlar deyə gülümsəməkdən yoruldum.

Bəzən bizi yoran yol deyil, təkrardır. Bəlkə də artıq həyatımızda fərqli bir yenilik etməyin zamanıdır.

Dərdini bölüşəcək insan tapdadıqda ürəkdə qalan sözlər yorar insanı.

Yenilə-yenilə, yorula-yorula qazanmağı öyrəndik.

Qələbə günü yorğunluq hiss olunmaz. 

Zirvənin həzzini yaşamaq üçün öncə yorulmalısan.

Uğura gedən yolda yorğunluq da olacaq, uğursuzluqda. Məhz bunlar göstərək ki, kim uğura layiqdir, kim yox!

Çox vaxt insanları yoran həyatın özü deyil, o insanların üzlərində daşıdıqları maskalardır.

Günün sonunda özünü bir küçə iti qədər yorğun hiss edirsənsə, bu bəlkə bütün gün hürdüyün üçündür.

Getmək lazımdır bəzən çox yormadan. Daha çox bezdirmədən, əgər vaxtıdırsa ardına belə baxmadan..

Bir kitab, bir musiqi və bir qəhvə bütün günün yorğunluğunu silib süpürər.

Bəzi yaralar vardır ki, görünməz və bilinməzdir ancaq yorar bəzən insanı. Və bil ki, bugünkü yaran sabahı gücündür sənin!

Uşaq deyiləm artıq, böyüdüm. Biraz yorğun, biraz inciyəm yenə də. Yetər artıq! Gedən yolunu, qalan yerini bilsin sadəcə.

Yoruldum; ayağımın deyil, ürəyimin apardığı yerlərə getməkdən. Susdum; dilimdəkiləri deyil, ürəyimdəkiləri söyləyə bilməməkdən.

Bacarsan hamının yükünü sən çək
İnsana ən böyük şərəfdir əmək.
Sən də əldən düşüb yorulsan əgər
Sənin də yükünü bütün el çəkər.


>
To Top