Ev doğulmaq və ölmək üçündür, həyat yollardadır.
Heç bir uğura çiçəkli yollarla gedilməz.
Düzgün yol məqsədə çatmaq üçün ən yaxın yoldur.
Bəzən biz yolu seçirik, bəzən də yol bizi.
Yolların ən mübarəki insanı özünə çatdıran yoldur.
Ulduzlara toxuna bilməzsiniz, amma qaranlıq gecələrdə onlar sizə yol göstərər.
Səndən soruşsalar ki müvəffəqiyyətin açarı nədədir? de ki özü-özünlə yola getməkdə.
Əgər getdiyiniz yolda çətinlik və maneələr yoxdursa, bilin ki, o yol sizi heç yerə çatdırmaz.
İnsanın ləyaqəti onun məqsədə çatıb-çatmaması ilə yox, hansı məqsədə və hansı yolla getməsi ilə müəyyən olunur.
Önümdən getmə səni izləməyə bilərəm, arxamdan da gəlmə yol göstərməyə bilərəm; yanımda get və yalnız dostum qal.
Yolları eyni olmayanlar yoldaş ola bilmədikləri kimi, zövqləri, məqsədləri, amalları eyni olmayanlar da dost ola bilməzlər.
Səhv yoldan getməyin birdən çox yolu vardır. Amma doğru yoldan getməyin tək bir yolu vardır. Səhv etmək buna görə asan,doğrunu tapmaq isə buna görə çətindir.
Məqsədə gedən yolda çox qurbanlar vermək olar; məqsədin özündən başqa!
Unudulmaz el yolunda canı qurban olanlar; Vətən mülkü abad yaşar vəfadarı görəndə.
Eyni yolu birlikdə getdiyimizi sandığımız insanlar, əslində bizə sadəcə gedəcəkləri yerə qədər yoldaşlıq edir.
Həyatda qarşıma iki yol çıxdı. Mən ən az istifadə edilmiş olanı seçdim.
Həyatı yaşamanın iki yolu var. Biri heç bir şey möcüzə deyilmiş kimi yaşamaq... Digəri hər şey möcüzəymiş kimi yaşamaq.
Bir məqsədə bağlanmayan ruh, yolunu itirər. Çünki hər yerdə olmaq, heç bir yerdə olmamaqdır əslində.
Yol Haqqında Statuslar |
Yolu düzgün seçə bilsən, düşmənin silahı özü üçün yükə çevrilər.
Nəfsdir səni yarı yolda qoyan, yolda qalır nəfsə uyan.
Dağlar nə qədər yüksək olursa olsun,yol onun üstündən keçir...
Zirvəyə gedən yol insan qəlbinin dərinliyindən keçir.
Sübhə yalnız gecənin cığırı ilə gedərək çatmaq olar.
Güclü olmanın müxtəlif yolları vardır, dürüst olmanın bir tək.
Haqqa çatmağın yolu haqq aşiqliyindən keçir.
Vicdan - yaxşı yolu işıqlandıran mənəvi çıraqdır amma nə vaxt ki, pislik edirlər, onu məhv edirlər.
Düzlüyü çox sevər taleyi yazan,Görmədim düz yolda yolunu azan.
Dünyada məqamı bilməyən bir kəs
Pərdəli yolları düz gedə bilməz.
Axına düşənlər başqa yolların mümkünlüyünü heç ağlına da gətirmir. Müdrik adam isə fərqli yolları görür və özü seçim edir.