Sponsor 2
Trend Mövzular
Axmaq adam sussa yaxşıdır.
Amma o, bunu bilsəydi, axmaq olmazdı.
Ağıllı adamlar söyləyəcək sözləri olduğu üçün, axmaqlar mütləq danışmaq məcburiyyətində olduqları üçün danışarlar.
Yersiz danışmaq axmaqlıq olduğu kimi, yeri gələndə danışmamaq da axmaqlıqdır.
Hətta dahiliyin də sərhədləri var, axmaqlıq isə heç bir sərhəd tanımır.
Danışıb da axmaqlığınızı ortaya qoyacağınıza, danışmayın da heç olmazsa hər kəsin şübhəsi qalsın. - Avraam Linkoln
Özgəsinin sirrini demək satqınlıq ,öz sirrini açmaq isə axmaqlıqdır.
Şükür ki, yüz dənə axmaq bir araya gəlsə bir dənə ağıllı adam etməz.
Axmaq axmağı tapar.
Axmaq axmaq olduğunu bilsəydi axmaq olmazdı.
Ağıllı adamın axmaq qarşısında susması təəccüblü deyil, çünki nağara səsi tar səsinə, sarımsaq iyi ənbər qoxusuna həmişə üstün gəlir.
Ən sadə yalanları gözümə baxaraq söyləyən axmaqlar gördüm. Mənsə onların cahil cəsarətlərinə və quş beyinlərinə heyrandım.
Əsl axmaq odur ki, öz inandığın qoyub, özgələrin dediklərinə inanır.
Ağıllı adamlara gülmək axmaqlara verilmiş imtiyazdır.
Axmaq İnsanlara Aid Statuslar
Axmaq yüksək vəzifədə olanda hamı onu dahi zənn edir.
İnanılması ən çətin dedi-qodular, axmaqların yaddaşında ən uzun müddət qalanlardır.
Nə qədər ağıllı danışsan da uzunçuluq eləyən kimi dediklərin axmaq sözlərlə bitəcək.
Təəssüf edirəm, axmaqlığa qarşı allergiyam var.
Bəxtindən şikayət etmə, bunu axmaqlar edər.
Elə uğursuz vəziyyət yoxdur ki, ağıllı ondan nəsə bir xeyir götürməsin, elə uğurlu durum yoxdur ki, axmaq onu öz əleyhinə çevirməsin.
Pul ağıllı adam üçün vasitə, axmaqlar üçünsə məqsəddir.
Axmaq ilə pul uzun zaman bir yerdə dayana bilməz.
Siz mənə axmaq xəyallar arxasında qaçmayan bir ürək göstərin, mən də sizə xoşbəxt bir insan göstərim.
Sadəcə axmaqların ciddiyə alındığı bir dünyada yaşayırıq. O halda məni anlamırlar deyə kədərlənmək niyə?
Axmaqlıq kiçiklik deyil; axmağın da böyüyü-kiçiyi olur.
Gənclər qocaların axmaq olduqlarını hesab edirlər. Halbuki, qocalar da gənclərin axmaq olduqlarını hesab edirlər.
Ağıllılar həmişə şübhə içindəykən axmaqlar həyasızca özündən əmindir.
Mümkün deyil ifadəsi axmaqların lüğətindən götürülüb.
Əsl bir dahini tanımaq heç də çətin deyildir. Dünyanın bütün axmaqları ona qarşı birləşirlər.
Niyə uşaqlar belə ağıllı, böyüklərsə belə axmaqdı? Ola bilər problem təhsildədir.
Axmaq öndə dayanır ki, hamı onu görə bilsin, ağıllı həmişə arxada dayanır ki, hamını görə bilsin.
Birlikdə qardaş kimi yaşamağı öyrənməliyik, yoxsa birlikdə axmaq kimi öləcəyik.
Ağıllı insanlar başqalarının problem və çətinliklərindən ibrət alırlar, axmaq insanlar isə heç öz səhvlərindən də nəticə çıxarmaq istəmirlər.