Sponsor 2
Trend Mövzular
Səhv etməkdən qorxan heç bir işə başlaya bilməz.
Heç nə etməyən səhvə yol verməz; əslində bu, onun elə əsas səhvidir.
Heç səhv etməyən insan, heç bir şey etməyən insandır. Və həyatda ən böyük səhv, özünü səhvsiz sanmaqdır.-Yunus Əmrə
Əgər səhv etməsəydim, çox az iş görə bilərdim.
Ən böyük səhv özünün heç vaxt səhv etmədiyini düşünməkdir.
Kiçik nöqsanlar böyük səhvlərə aparır.
Köynəyin ilk düyməsi səhv düymələnsə, digərləri də səhv gedər.
İnsanlar səhvlərini xoşbəxtkən deyil ancaq bədbəxtkən anlar.
Öz səhvlərindən nəticə çıxarmağı bacaran şəxs xoşbəxtliyə çata bilər.
Təcrübə insanların səhvlərinə verdiyi addır.
Məktəbdə səhv etməyin, hiylə etməkdən çox daha şərəfli olduğunu öyrət ona.
Namusla yaşamaq üçün insan öz səhvlərini görüb düzəltməlidir.
Səhvi düzəltməmək ən böyük səhvdir.
Bir səhvi iki dəfə təkrar etməyən ən mükəmməl insandır.
Xidmətçim belə olsa, səhvlərimi düzəldən əfəndim olar.
Əsl səhvlər düzəldilə bilməyən səhvlərdir.
Sevilənin səhvi görünməz, sevilməyənin görünüşü səhvdir.
Bütün ehtiraslar bizə cinayət törədir amma, bizi ən gülünc səhvlərə salan eşqdir.
Bilmədən səhvə yol verəni bağışlamağa çalışmaq lazımdır.
Səhv eləmək qəbahət deyil, qəbahət onu düzəltməməkdir.
Mənim həyatım; mənim seçimlərim; mənim səhvlərim; mənim problemlərim; mənim yalnızlığım...
Yəni xülasə, sizi maraqlandırmaz.
Ümumiyyətlə bütün böyük səhvlərin altında qürur yatar.
Etiraf et bağışlan, səhvini qan alqışlan.
Səhv yoldan getməyin birdən çox yolu vardır. Amma doğru yoldan getməyin tək bir yolu vardır. Səhv etmək buna görə asan,doğrunu tapmaq isə buna görə çətindir.
Həmişə etibarsızlıq göstərmək, həmişə güvənmək qədər böyük bir səhvdir. -İohan Volfqanq Höte
Doğru insan, səhv zaman. Doğru zaman, səhv insan.. Həyat belə oyunlar oynayar hər zaman!
Tək olmaq, səhv bir ürəkdə olmaqdan yaxşıdır.
Qəbul eləyirəm! Ən böyük səhvim, üzümə gülən hər kəsi özüm kimi bilmişəm.
Bəlkə də Tanrı uyğun adamı tanımandan əvvəl səhv kəslərlə tanış olmağını, onu tanıyanda minnətdar olmağın üçün istədi.
Səhvlərdən yalnızca heç bir şey etməyən kəslər yayına bilər. Səhv etməkdən qorxmayın, səhvi təkrarlamaqdan qorxun.
Səhvlərlə dolu bir həyat, heç bir şey etmədən keçirilən bir həyatdan daha şərəflidir.
Başqalarının həyatlarından dərs alın. İnsan bütün səhvləri özü edəcək qədər uzun yaşamır. - Tolstoy
İnsan səhvini bir başqasına etiraf etdiyində unudar onu; amma çox zaman o biri adam bunu unutmaz.
Başqalarının etdiyi səhvlərdən ötəri hirslənsəniz, onları deyil özünüzü cəzalandırmış olarsınız.
Mübahisə edərkən öz səhvini boynuna almaq, filosoflara məxsus nadir, qiymətli keyfiyyətdir.
İşinizi bu günə qədər həmişə eyni şəkildə etmişsinizsə, böyük ehtimalla səhv etmisiniz.
Böyük insanlar çox vaxt böyük əməllərinə görə deyil, buraxdıqları səhvlərə görə xatırlanırlar.
Bilik düz tətbiq olunanda xeyir, səhv tətbiq olunanda ziyan verir.
Bilməkdən qorxma, səhv bilməkdən qorx! Çünki bütün fəlakətlər ondan baş verir.
İstəsəniz səhv düşünün, amma hər vəziyyətdə öz başınızla düşünün.
Səhv anlayanlar tərəfindən söylənilən bir doğrudan daha pis heç bir yalan yoxdur.
Bir çoxu səhv düşünür, bəziləri heç düşünmür, qalanları düşünənləri pisləyir.