Sponsor 2
Trend Mövzular
Bu dəfə Sizlər üçün Mənalı Atalar Sözləri adlı yazımızı hazırladıq. Bəyənib paylaşa, şərhlərdə sevimli sözlərinizi digər oxucularla bölüşə bilərsiniz.
Baş bədənin tacıdır, gözlər onun qaş-daşıdır.
Dil ürəyin açarıdır.
İki eşit, bir danış.
Özü getdi, sözü qaldı.
Göz sevəni könül də sevər.
Kədəri bölüşəndə azalır, sevinci bölüşəndə – artır.
Dost yolunda boran olar, qar olar.
Yalan danışan hamını qanmaz bilər.
Tamahkarı yalançı aldadar.
Dostluğun telini kobudluqla qırma, bir də bağlasan düyünü qalar.
Artıq tamah daş yarar, daş qayıdıb baş yarar.
Menali Atalar Sozu
Kitab bilik xəzinəsidir.
Yaxşı oğul ata malını neylər, pis oğul ata malını neylər!
Ədəb bazarda satılmaz...
Dərdsiz könüldə məhəbbət yuva açmaz.
Min bilsən də bir bilənə danış.
Könül sevən gözəl olar.
Vaxtsız açılan gül tez solar.
Yalançının yaddaşı olmaz.
Vaxtını itirən baxtını itirər.
Vaxt atlı, biz piyada.
Asta gedən usta gedər.
Menali Atalar Sozleri
Tələsən tərsə düşər.
Ümid üzülməsə, hər iş çözülər.
İşə başlamaq işin yarısıdır.
Balıq vermə, balıq tutmağı öyrət.
Hesabı doğru olanın alnı açıq olar.
Ağacı qurt yeyər, insanı dərd.
Hirsli başda ağıl olmaz.
Yellə gələn sellə gedər.
Atı atın yanına bağlasan rəngini dəyişməsə də xasiyyətini dəyişər.
Anqıran eşşək, öz tayın tapar.
Qadınsız evdə hörümçəklər tor qurar.
Adam var ki, adamların naxşıdır,
Adam var ki, heyvan ondan yaxşıdır,
Adam var ki, dindirərsən "can" deyər,
Adam var ki, dindirməsən yaxşıdır.
Ərkəsöyün böyüyən oğul avara olar.
Təmiz hava girməyən evə həkim girər.
Oğul meyvədir, ata – bağban.
İş bədənin cövhəridir.
İşlənməyən dəmir paslanar.
Boş oturmaqdansa, boşuna işləmək yaxşıdır.
Ağıl çox - pul yox, ağıl yox - pul çox.
Yaman arvad, deyingən olar.
Minnətli plovdan, minnətsiz pendir-çörək yaxşıdır.
Paydan pay ummazlar.
Yaxşı dostu yaman gündə sına.
Toxun acdan xəbəri olmaz.
Ac toyuq yuxusunda darı görər.
Yaxşı yoldaş gec tapılar.
Öz ağlını özgə ağlına vermə.
Qüvvə hər şeyi, ağıl qüvvəni sındırar.
Güclü gücsüzdən qisas almaz.
Ölmüş aslana dovşanlar da hücum eylər.
Atın izi itin izinə qarışmaz.
Ey öz-özünü bəyənən, qoy səni el bəyənsin.
Sən ağa, mən ağa, inəkləri kim sağa.
Dəliyə yüz öyrət, öz bildiyini eylər.
Baş olmayan gövdə leşdir.
Can deyən çox olar, can verən az.
Meydan bizim, söz sizin.
Qaraya sabın, dəliyə öyüd neyləsin?
Qanan düşmən qanmaz dostdan yaxşıdır.
Yaş olma, – sıxarlar, quru olma, - sındırarlar
Yaxşı gün cənnətdir, yaman gün cəhənnəm.
Gülmə gülünc olana, xəmiri linc olana, özün gülünc olarsan, xəmiri linc olarsan.
Kimsənin ahı kimsəyə qalmaz.
Hər kəs necə olsa, başqasını da, özü kimi bilər.
Sarsaq yaşamaq ömrə yamaqdır.
Sadə yaşasan – yüz yaşaya bilərsən.
Hər damcı qüvvətdir bir daşqın selə.
Savadsız adam kor kimidir.
Susmaq - biliklinin bəzəyi, biliksizin pərdəsidir.
Adam soruşub öyrənməklə alim olar.
Elm bir xəzinədir, nə qədər sərf edərsən, o qədər artar.
Haqq yandıran şamı söndürmək olmaz.