-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Yaxşılıq Haqqında Aforizmlər

Sponsor 2

Trend Mövzular
Yaxşılıq insanları bir-birinə bağlayan qızıl zəncirdir. - İohann Volfqanq Höte

Bir insanın həqiqi sərvəti bu dünyada etmiş olduğu yaxşılıqlardır. - Hz. Məhəmməd

Yalnız yaxşılıq etmək yetməz, yaxşılığı incəliklə də etmək lazımdır ...- Deni Didro 

Yaxşılıq etməyə gücün çatmırsa, pislik etmə. - Aristotel

Yaxşılıq da, pislik də gec-tez adamın özünə qayıdır. Sadəcə pisliyi kimə edibsənsə, ondan gözlə, yaxşılığı - Haqqdan. - Dədə Turxan

Yaxşılıq yeganə libasdır ki, heç vaxt köhnəlmir. - Henri Toro.

Söz ağızdan çıxmadan öncə 3 qapıdan keçməlidir:
Yaxşılıq, nəzakət və lüzum.- Münir Üstün

Sadəlik, yaxşılıq və dürüstlük olmayan yerdə böyüklük yoxdur. - Lev Tolstoy

Yaxşılıq insanın ən ali vəzifəsidir.

Yaxşılıq əbədidir, həyatımızn ali məqsədidir. Yaxşılığı necə başa düşməyimizdən asılı olmayaraq, həyatımız yaxşılığa can atmaqdan ibarətdir. - Lev Tolstoy


Əmək dünyada bütün yaxşılıqların başlanğıcı, bütün sevinclərin mənbəyidir.
- Maksim Qorki

Pisliyə ədalətlə, yaxşılığa yaxşılıqla cavab ver. - Lao Tzu

Öz qayğına qalmırsansa, başqasınının qayğısına necə qalacaqcan? Özünü pis hiss edirsənsə, başqalarına necə yaxşılıq edəcəksən? Sən özünü sevmədən başqasını sevə bilməzsən. - Robin Şarma 

Hər cür pisliyi etməyə müqtədir ikən, pis bir şey etməmək: Budur yaxşılıq. - Andre Jid
yaxsiliq-haqqinda-aforizmler-yaxsiliga-aid-sozler-yaxsi

yaxsiliq-haqqinda-aforizmler-yaxsiliga-aid-sozler-yaxsi


Nə pis adamlardan yaxşılıq gözlə, nə də yaxşı adamlardan pislik. - Xaqani Şirvani.

Allah-təala ata və anaya yaxşılıq edən insanın ömrünü uzadar. - Hz. Məhəmməd

Bir atanın uşaqlarına edə biləcəyi ən böyük yaxşılıq onların analarını sevməkdir. - T.Hesburq

Gələcəyimiz üçün ən yaxşı sərmayə etdiyimiz yaxşılıqlardır.  - Şekspir 

Dinin özü yaxşılıq etmək, pislikdən qaçınmaqdır. - Əhməd Tanər Qışlalı.

Və bəzən yaxşı şeylər bitər ki, daha yaxşıları başlasın. - Marilyn Monroe
yaxsi-haqqinda-aforizmler-menali-sozler-yaxsi-seyler-yaxsiliq.jpg


Düşməninə yaxşılıq et ki görsün və utansın.

Biz yaxşıları mükafatlandırmaqla pisləri cəzalandırırıq. - Didro

Ləyaqətli adamlar – yaxşılığı, naqislər isə – pisliyi unutmurlar. - Dədə Turxan

Mən yaxşılıq edəndə özümü yaxşı hiss edirəm. Pis hərəkət edəndə özümü pis hiss edirəm. Budur mənim dinim. - Avraam Linkoln 

Yaxşılıq, sadə pislik isə çox istiqamətlidir. · Aristotel 

Xeyirxahlıq səmimilikdən, yaxşılıq düzgünlükdən ayrılmazdır. - Lev Tolstoy

Sükut hikmət qapılarından biridir. Sükut məhəbbət gətirər, sükut insana hər bir xeyrin və yaxşılığın yolunu göstərər. - İmam Rza

Yaxşılıqlarda yarışın və mənəvi qənimətləri əldə etməyə çalışın. - İmam Hüseyn

Və yaxşılıq etməyi unutmayın. Təvazökarlığın kiçik bir hissəsi ətrafınızdakı insanlar ilə möcüzələr yarada bilər.- Barie Davenport

Yaxşı iş görməkldə əziyyət çəksən, əziyyət keçəndən sonra yaxşılıq qalar; pis iş görüb ləzzət çəksən, ləzzət gedər, pislik qalar.  - Nəsirəddin Tusi

Quyuya salsan da yaxşılığı bil,
Yenə qayıdacaq, o itən deyil. - Nizami Gəncəvi 

Yamanlara yaxşılıq etmək, yaxşıların haqqında pislik etmək kimidir.

Alçaq insanlara yaxşılıq etmək dənizə su atmaq kimidir. - Migel de Servantes

Yaxşılıq etməyə davam et.
Qarşındakı o yaxşılığa layiq olmasa belə, sən bu yaxşılığa layiqsən. - Ernesto Çe Qevara

Pisliyə son qoymağın yalnız bir yolu var- pis adamlara yaxşılıq etmək. - Lev Tolstoy

Unudansansa iki şeyi unut: kiməsə etdiyin yaxşılığı, kiminsə sənə etdiyi pisliyi. - Həzrəti Əli

İki şeyi unut; etdiyin yaxşılığı və sənə edilən pisliyi. İki şeyi unutma; Allahı və ölümü. - Loğman Həkim

Yaxşı da, yaman da, keçər dünyada,
Çalış yaxşılıqla düşəsən yada. - Sədi Şirazi.
yaxsiliq-haqqinda-aforizmler-yaxsiliga-aid-sozler-yaxsi


Kol kola söykənibdir, Gülsə tikan üstədir. Yaxşılar ayrı düşüb, Yamanlarsa dəstədir. - Əbu Turxan

Qəzəbə sevgiylə, pisliyə yaxşılıqla qalib gəl. Acgözlülüyü səxavətlə, yalanı həqiqətlə yen. - Budda 

Hər insan etmədiyi bütün yaxşılıqlara görə günahkardır. - Lev Tolstoy 

İstəyirəm ki hər kəs doğruluğu, yaxşılığı, qardaşlığı , sülhü rəhbər tutsun. - Müslüm Gürses

>
To Top