Sponsor 2
Trend Mövzular
Oğul meyvədir, ata – bağban. - Atalar Sözü
Ata olmaq asandır, atalıq etmək çətin.
Ana - gəzindiyin bağdır,
Ata - yaslandığın dağdır. - Türk Atalar Sözü .
Ana, Ata yaxşı tərbiyə almışlarsa, uşaqlar da tərbiyəli olar. -Yohann Volfqanq Höte
Ata-ananın mehriban münasibəti övlad üçün ən yaxşı tərbiyədir. -Demokrit
Yaxşı atanın verdiyi tərbiyəni heç bir məktəb verə bilməz.
Yaxşı Ata yüz müəllimə əvəzdir.
ataya aid gözəl sözlər |
Ata-ananın ən dəyərli mirası tərbiyədir.
Qız üçün ən gözəl cehiz ana-atadan öyrəndiyi tərbiyə və təcrübədir.
Çalışmaq lazımdır ki, hər kəs öz ata-babasının görüb-bildiyindən çox bilsin. - Anton Çexov
Allah-təala ata və anaya yaxşılıq edən insanın ömrünü uzadar.
- Məhəmməd Peyğəmbər
Atalarınızla yaxşı rəfdar edin ki, uşaqlarınız da sizinlə yaxşı rəfdar etsin. -İbn Sina
Atanın duası, ananın ahı yerdə qalmaz. - Atalar Sözü
Dayça at olanda at rahatlayır, uşaq adam olanda ata rahatlayır.
- Atalar Sözü
Oğul günahsız olmaz, ata – mərhəmətsiz. - Ata Sözləri
Ata olarsan, ata qədrini bilərsən! - Atalar Sözü
İnsan atasına borclu olduğu hörməti ancaq ata olduğu zaman anlayar.
- Yohann Volfqanq Höte
Yalnız həyat verən deyil, həyat verib haqq edən, ata adını daşıya bilər. - Fyodor Dostoevski
Ata övladının ancaq maddi ehtiyaclarını deyil, həm də mənəvi ehtiyaclarını ödəməlidir; Mənəviyatsız bir övlada sahib olmamaq üçün.
Bir ata yeddi oğulu dolandırdı, yeddi oğul bir atanı dolandırmadı. - Atalar Sözü
Həyatımızda ən uca, ən güclü, ən faydalı dayağımız ana ata evindən qalan xatirələrimizdir. -Fyodor Dostoyevski
Ataya Aid Sözlər, Ata Haqqında Sözlər
Yaxşı oğul ata malını neylər,
pis oğul ata malını neylər!
- Atalar Sözləri
Atasız uşaq tavansız ev kimidir.
- Afrika Atalar Sözü
Ən son atalar eşidər, ən son qərarı da atalar verir.
- Erkan Cantürk
Heç bir reseptdə yazılmaaz amma, sənin "Balam" sözü də bir dərmandır ATAM..
Nəyə görə ata oğulu daha çox sevir, nəinki oğul atanı? Çünki oğul onun əsəridir. Hər kəs öz yaratdığına meylli olur. - Aristotel
Bir atanın uşaqlarına edə biləcəyi ən böyük yaxşılıq onların analarını sevməkdir.
- T.Hesburq
Övlad bir cövhər, ata-ana isə o cövhərə şəkil verən zərgər kimidir. Əsəri dəyərli edən zərgərin bilik və bacarıqlarıdır.
Ata-ananın övlada məhəbbəti təbii, övladların ata-anaya məhəbbəti isə iradidir. -Nəsirəddin Tusi
Ata olduqdan sonra görəcəksiniz ki, öz xoşbəxtliyinizdən çox, uşağınızın xoşbəxtliyi ilə xoşbəxt ola bilərsiniz. -Onore de Balzak
Ata torpağı ələk-vələk edir, oğul əkir, nəvə varlanır. - Fin Atalar Sözü
Hər bir ata istəyir ki, onun edə bilmədiklərini oğlu həyata keçirsin.
-Yohann Volfqanq Höte
Ataya Aid Sözlər, Ata Haqqında Sözlər |
Atanın fəzilətləri, uşaqların sərvətidir. - Anatol Frans
Oğul atasının etdiyi səhvləri təkrar etməmək üçün onun həyat təcrübəsini mənimsəməli və gələcək nəsilə ötürməlidir.
- Səbuhi Quluzadə
Ata çalışmalıdır ki, öz atasından daha yaxşı atalıq etsin.
Oğul isə layiqli bir övlad olmaqla bərabər həm də ona çalışmalıdır ki, atasından daha yaxşı ata olsun. -Səbuhi Quluzadə
Ataların pis vərdişləri övladların qüsurlarına çevrilir.- Deni Didro
Ataların günahını, anaların fəzilətini uşaqların simasında görmək olur.
P. Burje
Atanın gizlədiyi şey, oğuldan ortaya çıxar. - Nitsşe
Dünya atalığa layiq olmayan insanlarla doludur... - Murat Menteş
Bir adam atasına oxşamağa başladığı anda yaşlandığını anlar.
-Qabriel Qarsiya Markes
Axtarış sözləri: Ataya Aid Sözlər, Ata Haqqında Sözlər, ata ana haqqinda gozel sozler,
ataya aid gözəl sözlər,ataya aid menali sozler
ataya aid gözəl sözlər,ataya aid menali sozler