Sponsor 2
Trend Mövzular
Yaxşı insan, gözəl söz söyləyən deyil, söylədiyini edən və edə biləcəklərini söyləyən adamdır.- Konfutsi
Düşünmədən danışmağın cəzası sonradan düşünməyə məhkum olmaqdır.
Axmaqlıqdan başqa günah yoxdur.
-Oskar Uayld
Mənə qulaq ver ki, sənə səs verə bilim.- Cibran
Vaxtınızı izahatlara sərf etməyin, insanlar yalnız eşitmək istədiklərini eşidirlər. - Paulo Koelyo
Sənə baxmaq bir möcüzəni anlamaqdır. -Yılmaz Ərdoğan
Gedənin arxasından baxmayın, yoxsa gələni görə bilməzsiniz..- Paulo Koelyo
Dənizə ilk dəfə girən uşaq saflığı ilə sevirəm səni. Boğulacağammış kimi. -Camal Süreya
Yüz adamın içində aşiq, göydə ulduzlar arasında parıldayan ay kimi seçilər.
-Mövlana Cəlaləddin Rumi
Əsl böyüklük, özünə hakim olmaqdır. -Daniel Defo
Qüsur deyil, çarə tap.
- Henri Ford
Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil.- Konfutsi
Dəyərli Sözlər, Dəyərli Kəlamlar
Qarğa gül bağçasında gəzməklə bülbül olmaz. - Mövlana Cəlaləddin Rumi
Bəzı insanların danışacaq qədər ağıla, ya da susacaq qədər mədəniyyətə sahib olmamağı; Həyatdan soyumam üçün kafi bir səbəbdir. -Bob Dilan
Göz yaşı ilə yuyulan üzdən daha təmiz bir üz ola bilməz. - Uilyam Şekspir
Ağlamaq üçün gözdən yaş mı axmalı ?
Dodaqlar gülərkən, insan ağlaya bilməz ? - Viktor Hüqo
Unutmaq mümkün olmasaydı, həyat işgəncəyə çevrilərdi.- Konfutsi
Sabah tam başqa bir insan olacağını deyirsən. Niyə bu gündən başlamırsan?.
Yaxşı bəhanələr tapmağı bacaranların, başqa şeylər bacara bildiyi çox nadir olaraq görülür.
- Benjamin Franklin
Yalanla özünü aldatmaqdansa gerçəklə üzləşmək yaxşıdır.
- Xalid Hüseyni
Almaz kimi ol. Yandığın zaman, nə yerdə külün, nə də göydə tüstün qalsın. -Arif Nihat Asya
Ömür səhifəsinə gözəl əməllərdən başqa heç nə yazmayın. -Əbdürrəhman Cami
Pullu insanlar üç cürdür: pulunun köləsi olanlar, pulunun dostu olanlar və pulunun ağası olanlar. - Deyl Karnegi
Qadınlar onları dinləməyi bacaran kişini varlı kişidən üstün tuturlar.
- Corc Herbert
Qadın ilk dəfə sevəndə ancaq sevgilisini, daha sonra isə sevgisini sevir. - Fransua de Laroşfuko
Bəzilərinin sevgilisi var, amma sevdiyi yox. Bir çoxunun da bir sevdiyi var; amma sevgilisi yox.
-Pol Oster
Var-dövlətə görə evlənən öz azadlığına "əlvida" deyir.
- Corc Herbert
Eşq bəzən yeni çıxan bir filmin fraqmenti kimidir. Görə biləcəyin bütün gözəlliklər sadəcə təqdimatda verilir. -Bob Dilan
İnsanlara daha az, fikirlərə daha çox maraqlı olun. -Mariya Küri
Həyat yoldaşı seçmək, kitab seçməyə bənzəyir; Yaxşı hazırlanmış bir üz qabığı və cild marağınıza səbəb ola bilər, amma məzmunu sağlam deyilsə,sonunu gətirmək çətindir. - Konfutsi
Bilikli bir axmaq cahil bir axmaqdan daha da axmaqdır. - Molyer
Əsl dost o kəsdir ki, əlindən tutub qəlbini hiss edəcək. -Qabriel Qarsiya Markes
Qorxaq dost düşməndən də qorxuludur, çünki düşməndən ehtiyat etdiyin halda, dosta bel bağlayırsan.
- Lev Tolstoy
Həyata qarşı ilk küskünlüyümüz; yanımızda sandığımız kəsləri, qarşımızda görməmizlə başlar. - Anton Çexov
Həyat nə qədər gözəl olardı; insan həm 'aşiq', həm də 'sadiq' olmağı bacara bilsəydi. - Can Dündar
Dəyərli Sözlər |
Artıq ikiüzlü insanları sevməyə başladım. Çünki yaşadıqca iyirmiüzlü insanlar görməyə başladım. - Mehmet Akif Ərsoy
Güclü olmağa məndən daha çox ehtiyacın var, çünki haqsız olduğunu ürəyinin bir yerində bilirsən.
- Murathan Mungan
Cəmiyyətin düşüncəsi ülgüc kimidir: gücsüzlər ondan qorxar, savadsızlar onunla əlini kəsər, ağıllılar isə istifadə etməyi bacarır.
-Con Milton
Sevdiyiniz peşəni seçin. Beləcə bir gün belə işləmək məcburiyyətində qalmazsınız.
- Konfutsi
Bundan 20 il sonra etdiklərinə görə yox, edə bilmədiklərin üçün kədərlənəcəksən; ona görə kəndirləri aç, etibarlı limandan uzaqlara yelkən aç, küləyi tut, araşdır, arzula, kəşf et.
- Oldos Haksli
Həyatda mövcud uğursuzluqların səbəbi; bacaracaqları halda, uğura az qalmış bir zamanda istəklərindən imtina edən insanlardır.
Elə şəkildə yaşamalısan ki, öldüyün zaman tabutçu belə matəm tutsun.
- Mark Tven
Heç bir şeyə mənimdir demə, yalnız yanımdadır de. Çünki nə qızıl, nə torpaq, nə sevgili, nə yoldaş, nə həyat, nə ölüm, nə hüzur, nə də kədər həmişə səninlə qalmaz.
-David Lavrens
Özümüz üçün etdiklərimiz bizimlə birlikdə ölər. Başqaları və dünya üçün etdiklərimizsə sonsuza qədər yaşayar. - Albert Payk
Quşlar kimi uçmağı, balıqlar kimi üzməyi öyrəndik, amma qardaşcasına yaşamağı öyrənə bilmədik.
- Martin Lüther Kinq
Təhlükəli bir dövrdə yaşayırıq, insan özünə hökm etməyi öyrənmədən təbiətə hökm etməyi öyrəndi.
- Albert Şveyster