Sponsor 2
Trend Mövzular
Bizi bilən bilir, bilməyən də özü kimi bilir.
Cahil birinin yanında kitab kimi səssiz ol.
İnsanda gözəl olan üzdür, üzdə gözəl olan gözdür.
Amma insanı insan edən, ağızdan çıxan sözdür...
Ağıl sonradan ah çəkmək üçün deyil, əvvəlcədən düşünüb tədbir görmək üçündür.
Həyat bir nəfəsdir - aldığın qədər.
Həyat bir qəfəsdir - qaldığın qədər.
Həyat bir həvəsdir - daddığın qədər.
Biz bu torpağa sevgidən başqa heç bir toxum əkmərik.
Xoşbəxtliyi səndə tapan sənindir.
Qalan hər kəs həyatında yalnızca bir qonaqdır.
Könül almağı bilməyənə ömür əmanət edilməz.
Sən yerdə olanlara mərhəmət et ki,göydə olanlar da sənə mərhəmət etsin.Səndən aşağıda olanın halına acı ki,səndən üstün olan da sənə acısın.
İki şeyi unut; etdiyin yaxşılığı və sənə edilən pisliyi. İki şeyi unutma; Allahı və ölümü.
Bir çətinliyin olduğu zaman Rəbbinə dönüb, "Mənim böyük bir çətinliyim var" demə. Çətinliyinə dönüb, "Mənim böyük bir Rəbbim var" de!
Biz Allahdan gələnə razı olsaq, Allah da bizdən razı olar.
Məni bir mən bilirəm, bir də yaradan. Mənə bir mən lazımam, bir də anlayan.
Dilini tərbiyə etmədən əvvəl ürəyini tərbiyə et; çünki söz ürəkdən gəlir, dildən çıxır.
Dedilər ki: Gözdən iraq olan könüldən də iraq olar. Dedim ki: Könülə girən gözdən iraq olsa nə olar...
Uzaqlıq deyib də dərd etdiyin nədir ki, ey sevgili. Biz yaradanı görmədən sevmədikmi?
Allah ilə olduqdan sonra ölüm də, ömür də xoşdur.
Aclığa səbr edərsən adı oruc olar, ağrıya səbr edərsən adı mətanət olar, insanlara səbr edərsən adı xoşgörüş olar, istəyə səbr edərsən adı dua olar, duyğulara səbr edərsən adı gözyaşı olar, darıxmağa səbr edərsən adı həsrət olar, Sevgiyə səbr edərsən adı eşq olar.
Dərdimi sevirəm.. Bilirəm ki, dərdimi verən də məni sevir.. Sevən, sevdiyinin nazını ölçür.. Sevilən çəkməsin də neyləsin.
Eşq sözə sığmaz. Eşq dibi görünməyən dənizdir.
Sev səni sevəni dağda çoban olsa da, sevmə səni sevməyəni misirdə sultan olsa da!
Bir insan bilmirsə nə istədiyini, həm səni ziyan edər, həm özünü. Dibini görmədiyin suya dalmadığın kimi, əmin olmadığın sevgiyə təslim etmə özünü.
Ey can; heç kimə layiq olduğundan çox dəyər vermə; ya onu itirərsən, ya da özünü məhv edərsən..!
Kədərlənmə! Bir şey olmursa ya daha yaxşısı olacağı üçün, ya da həqiqətən də olmaması lazım olduğu üçün olmurdur.
Hirs külək kimidir, bir müddət sonra dayanır; amma bir çox budaq qırılmışdır artıq.
Sanmasınlar yıxıldıq, sanmasınlar çökdük, bir başqa bahar üçün yalnız yarpaq tökdük.
Qəlb dəniz, dil isə limandır.
Dənizdə nə varsa, limana da o vurar.
Qəlbini təmizləməmisənsə , dəstəmaz almağın faydası yoxdur.
Quru duanı burax, ağac istəyən toxum əkər.
Dənizdə incilər dərində olur. Çör-çöp sahildə olur.
Qarğa gül bağçasında gəzməklə bülbül olmaz.
Sevənlə seviləni ayrı varlıqlar sanırdım. Məgər onlar bir imişlər. Mənsə biri iki görmüşəm.
Külək atəş üçün necədirsə, ayrılıq da eşq üçün elədir: kiçik eşqləri söndürür, böyük eşqləri isə alovlandırır.
Könül aynası saf olmalıdır ki, həqiqət sirlərini görsün.
Bəzən öz səsini eşidə bilməyin üçün susmağın lazımdır.
Korlar bazarında ayna satma, karlar bazarında qəzəl atma.
Bu dünya tələdir, yemi isə istəkdir..
İnsanlar günahları ilə öyünüb savablarıyla lağ edirlərsə, şeytan ürəklərində təvaf edir deməkdir.
Öləndən sonra məni torpaqda deyil, ariflərin qəlbində axtarın.