Sponsor 2
Trend Mövzular
Quyuya salsan da yaxşılığı, bil
Yenə qayıdacaq, o itən deyil.
- Nizami Gəncəvi
Ürəkdən gələn söz həmişə ürəklərə yol tapar.
- Nizami Gəncəvi
İncitək sözlər seç, az danış, az din,
Qoy az sözlərinlə dünya bəzənsin.
- Nizami Gəncəvi
Söz gözəl olursa-olsun nə qədər,
Pis əda o sözü tamam məhv edər.
- Nizami Gəncəvi
İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti, malı.
- Nizami Gəncəvi
Amandır ağlını unutma ki, sən
Gülü tikana dəyişməyəsən.
- Nizami Gəncəvi
Çox gözəl olsa da eybi gizləmək,
Dost dostun eybini örtməsin gərək.
- Nizami Gəncəvi
Yaxşılıq etməsən əgər insana,
Böyüklük şərəfi verilməz sana.
- Nizami Gəncəvi
Sirrini bilməsin evdə divarlar,
Divar arxasında da çünki qulaq var.
- Nizami Gəncəvi
Bulud ağlamasa, çəmən gülməz.
- Nizami Gəncəvi
Nizami Gəncəvi Sözləri
Varlıq eşq üzərində qərar tutur.
- Nizami Gəncəvi
Eşqdən başqa bir şey könlümə yaddır,
Ömrümün quşuna sevgi qanaddır.
- Nizami Gəncəvi
Yamanlıq etməkdən uzaq ol, uzaq,
Pisliyin əvəzi pislik olacaq.
- Nizami Gəncəvi
Yaşa ki, dünyaya işıq verəsən,
Torpağa göz dikmə ilan kimi sən.
- Nizami Gəncəvi
İnsandan insana fərq var: bir dəmirdən həm nal, həm də qılınc düzəldirlər.
- Nizami Gəncəvi
Gündüzün yanında gecə olarmı? Onları bir yerdə heç görən varmı?
- Nizami Gəncəvi
Hər əqlə sığışan hünər, bilikdən
Bir məna çıxarır mənanı bilən.
- Nizami Gəncəvi
Sözün qanadları var, quş kimi incə-incə,
Dünyada söz olmasa, nəyə gərək düşüncə.
- Nizami Gəncəvi
Bir cizgi naxışdan çıxarsa kənar, Başqa cizgilər də bütün pozular.
- Nizami Gəncəvi
Hər çətin düyünün bir əlacı var,
Səbirlə, tədriclə açılar onlar.
- Nizami Gəncəvi
Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
- Nizami Gəncəvi
Hər uca rütbədən biliniz,fəqət
Alimin rütbəsi ucadır, əlbət!.
- Nizami Gəncəvi
Yeri yaradanın öz yeri olmaz.
- Nizami Gəncəvi
Eşqsiz olsaydı xilqətin canı,
Dirilik sarımazdı böyük cahanı.
- Nizami Gəncəvi
Dumanla doldurub dünya üzünü, Yatırtdım eşq ilə ağlın gözünü.
- Nizami Gəncəvi
Göylər yaransaydı eşqdən azad,
Düşün, olardımı yer üzü abad?
- Nizami Gəncəvi
Səadət kamalla yetişir başa,
Xalqa hörmət elə, ədəblə yaşa.
- Nizami Gəncəvi
Belə məsəl çəkmiş aqil bir insan:
Qurd girməz sürüyə yatmasa çoban.
- Nizami Gəncəvi
Çox iti zehinlər yatan oldular
Axırda saxsı qab satan oldular.
- Nizami Gəncəvi
Dəmiri aynatək parladan insan
Pası silməlidir öz vicdanından.
- Nizami Gəncəvi
Zülmün toxumundan göyərməz nəbat.
- Nizami Gəncəvi
Qəlbini çalmasın bu mal, bu dövlət,
Azı bir zillətdir,çoxu fəlakət.
Göydə ol, yerdə ol, fərqi yox bunun,
Torpaqsan, yenə də torpaqdır sonun.
- Nizami Gəncəvi
Açar sözlər:Nizami Gəncəvi aforizmləri,Dahiler,Nizami,Nizami gencevi sozleri,müəlliflər,Nizami Gəncəvi qəzəlləri,Nizami Gencevi,Nizami Gəncəvinin şeirləri,Nizami Gencevi qezelleri,Nizami Gəncəvi,