-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Ağıl Haqqında Aforizmlər

Sponsor 2

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti, malı.
-Nizami Gəncəvi

Kədər ağıllı adamların müəllimidir.
- Corc Bayron

İnsanları tanıya bilən ağıllı ozünü tanıya bilən ziyalıdır.
- Zao Tszi
agil-haqqinda-aforizmler-agilli-insanlar-agila-aid-agilsiz-beyin-kamal


Ağıllı insan düşündüyü hər şeyi deməməlidir. Amma dediyi hər şeyi düşünmelidir.
- Aristotel

Ağıllı adamlar söyləməyə sözləri olduğu üçün, axmaqlar isə danışmağa məcbur olduqları üçün danışırlar.
- Plato

 Ağıllı adam ağlından istifadə edər, daha ağıllı adam başqalarının da ağıllarından istifadə edər.
- Corc Bernard Şou

Hər şeyə əsəbiləşən, boş yerə hay-küy salan insan ya lovğadır, ya da ağılsız.
- Aleksandr Pop

 Ürəyi olub da ağılı olmayan bir qadın, ağılı olub da ürəyi olmayan bir qadın qədər bədbəxtdir.
- Fyodor Dostoyevski

Bəsit qadın; gözəl olmağı ağıllı olmaqdan üstün tutur. Çünki bəsit kişidə zəkanı anlayacaq baş yox, gözəlliyi görəcək göz var.
- Anton Çexov

Əsl gözəllik suətdə deyil, ağıl və kamaldadır.
-Firudun Köçərli

 Uşaqlarınıza verə biləcəyuniz ən qiymətli töhfə ağıldır, qalan şeyləri özləri də əldə edə bilərlər.
- İmmanuel Kant

Bir insanın necə güldüyündən tərbiyəsini, nəyə güldüyündən ağıl səviyyəsini anlarsan.

 Hər kəsin diş fırçası var, amma dişlərini fırçalamır bəziləri. Ağıl da belədi; hamımızda var, amma bəziləri istifadə etməməkdə qəti qərarlıdı...
- Çak Palanik

Öz axmaqlığını görmürsənsə-axmaqsan, görürsənsə-ağıllısan, görüb qarşısını alırsansa-dahisən.
- Volter

Ağıllı öz uğursuzluqlarının səbəbini özündə, nadan isə başqalarında axtarır.
- Konfutsi
agil-haqqinda-aforizmler-agilli-insanlar-agila-aid-agilsiz-beyin-kamal

Ağıllı insanlar başqalarının problem və çətinliklərindən ibrət alırlar, axmaq insanlar isə heç öz səhvlərindən də nəticə çıxarmaq istəmirlər.
- Bencamin Franklin

Xoşbəxt adamın bədbəxtə   ağıl verməsindən asan nə ola bilər. 
- Esxil

 Əgər bir az ağılın varsa; xoşbəxtlik üçün istədiyin şərtləri tapa bilməyəndə, tapdığın şərtlərdə xoşbəxt olmağı bilməlisən.
- Qabriel Qarsiya Markes

 Biz yalnız ağıl və biliyimiz sayəsində yaxşı və ya pis, xoşbəxt ya bədbəxt oluruq.
- Epiktet

 Tez yatıb taz qalxmaq, insanı sağlam, varlıqlı və ağıllı edər.
- Bencamin Franklin

Axmaq qabaqda durur ki hamı onu görsün. Ağıllı arxada durur ki,o hamını görsün.

 Kimsə sizin qarşınızda özünü ağıllı göstərir? Sən də özünü axmaq kimi göstər. Sonra isə əsl axmağı keyflə seyr et.
- Çarli Çaplin

 Özünü ağıllı kimi göstərən axmaqdan daha təhlükəli adam yoxdur.
- Yohann Volfqanq Göte

Ağıl sonradan ah çəkmək üçün deyil, əvvəlcədən düşünüb tədbir görmək üçündür
- Mövlana

Axmaqlar ağıllılardan çox az şey öyrənərlər. Amma ağıllılar axmaqlardan çox şey öyrənərlər.

Ağıllı olmaq bir şey deyil, mühüm olan ağlından istifadə etməkdir.
- Rene Dekart

Pul ağıllı adam üçün vasitə, axmaqlar üçünsə məqsəddir.
- Adrian Dekursel

Ağılsızlar oğruların ən zərərliləridir. Zamanınızı və sevincinizi oğurlayarlar. - İohann Volfqanq Göte

 Tamah zəncirini ancaq sağlam ağıl qıra bilər.
- Xaqani Şirvani

 Hər kəsi qınamaq və hər kəsi tərifləmək, ağılsızların edəcəyi şeylərdir.
- Bencamin Franklin

Görünən odur ki, insana dünyada ən ədalətlə paylanmış nemət ağıldır. Çünki heç kəs öz ağlından gileylənmir.
- Mari Monteqyu
ğıla aid,agila aid aforizmler,agil haqqında,ağıllı insan

Ağıl Haqqında Aforizmlər

Ağıllılar döyüşmədən qazanarlar, cahillər qazanmaq üçün döyüşərlər.

Ağılı kamilləşdirmək üçün öyrənməkdən çox, düşünmək lazımdır.
- Rene Dekart

Başqalarının bilgisiylə bilgili olsaq belə, ancaq öz ağılımızla ağıllı olarıq.
- Mişel de Monten

 Həyatda müvəffəqiyyətli olmaq üçün ağılsız görünməli, amma ağıllı olmalıyıq.
- Şarl Lui Monteskyö

İnsan yalana vərdiş etdikdə, ağıl və istedad onu tərk edir.
- B.Q.Belinski

Həyatın ən böyük faciəsi tez qocalmaq deyil, gec ağıllanmaqdır.
- Bencamin Franklin

İnsan zaman selində itməyə məhkumdur, amma ağılı bu sonsuzluqda bir ulduz kimi parlayacaq.
- Əhməd Hamdi Tanpınar

Fitri ağıl hər hansı bir təhsili əvəz edə bilər, amma heç bir təhsil fitri ağlı əvəz edə bilməz.
- Artur Şopenhauer

 Ağılsız köpəklər ulduza hürər.
- Səməd Vurğun

Ən ağıllı flosoflar da sarsaq suallara cavab verməkdə çətinlik çəkirlər.
- Hilon

 Ağıllılar həmişə şübhə içindəykən axmaqlar həyasızca özündən əmindir.
- Bertran Rassel

 Ağıllı insan təkcə özü üçün deyil, cəmiyyət üçün də çalışır.
- Samuel Smayls
agil-haqqinda-aforizmler-agilli-insanlar-agila-aid-agilsiz-beyin-kamal

Ağıllı insanlar cəmiyyətin qan damarıdır.
- Daniel Defo

 Bir millətin böyüklüyü, əhalisinin çoxluğu ilə deyil, ağıl və fəzilət sahibi insanlarının sayıyla müəyyən olur.
- Viktor Hüqo

Cəmiyyətin düşüncəsi ülgüc kimidir: gücsüzlər ondan qorxar, savadsızlar onunla əlini kəsər, ağıllılar isə istifadə etməyi bacarar.
- Con Milton
>
To Top