Ədalət Haqqında Aforizmlər



 Ədalət kainatın ruhudur.
- Ömər Xəyyam

 Ədalət qütb ulduzu kimi yerində dayanar və qalan hər şey onun ətrafında dönər.
- Konfutsi

Ədalət ancaq həqiqətdən, səadət ancaq ədalətdən yarana bilər.
- Anatol Frans

Haqq ədalətdən, ədalət mərhəmətdən yüksəkdir.
- Əbu Turxan

 İnsan xeyirxah, təmiz, ədalətli, namuslu olmaq üçün doğulur.
- Viktor Hüqo

 Ədalətin olmadığı yerdə əxlaq da yoxdur.
- Mişel de Monten
edalet-haqqinda-aforizmler-edalete-aid-edaletli-edaletsiz-haqsizliq

edalet-haqqinda-aforizmler-edalete-aid-edaletli-edaletsiz-haqsizliq

 Ədalət olmayan yerdə insan həyatı heç nədir.
- İmmanuel Kant

Ədalət də sevgi və şərab kimi ürəklərin pasını silər.
- Xaqani Şirvani

 Zülmə nifrət edib ədaləti sevənə hamı ürəkdən bağlı olar.
- Qətran Təbrizi

Yaxşı olmaq asandır, çətin olan ədalətli olmaqdır.
- Viktor Hüqo

 İnsan üçün xoşbəxtlik qapısını ədalət açır.
- Platon

 Ədalət olmadan nizam olmaz.
- Alber Kamyu
edalete aid,Ədalət haqqında,ədalətə aid,edalete aid sozler,edalet haqqinda statuslar,



 İnsanlara ən ədalətli şəkildə paylanan nemət ağıldır. Çünki heç kim ağlından şikayətçi deyildir.
- Lev Tolstoy

Ədalətin dəyirmanı yavaş dönər, lakin yaxşı dönər.
- Corc Herbert

Bir insana edilən ədalətsizlik hamı üçün həddədir.
- Şarl Lui Monteskyö

Ədalətsizliyin üç növü var: adi zorakılıq, qanun adıyla pərdələnən zorakılıq, bir də qanunun öz qəddarlığı.
- Frensis Bekon

Qüvvətə söykənməyən ədalət aciz, ədalətə söykənməyən qüvvət zalımdır.
- Blez Paskal

Ədalət güclü, güclülülər isə ədalətli olmalıdır.
- Blez Paskal
edalet-haqqinda-aforizmler-edalete-aid-edaletli-edaletsiz-haqsizliq

 Ən böyük ədalətsizlik adil olmayıb adil adam kimi görünməkdir.
- Platon

Ədalətsizlik – mərdin ibadət məqamında namərdin əlinə qılınc verməkdir.
 - Əbu Turxan

Ədalətsizliklə ədaləti bərpa etmək olmaz.
- Heydər Əliyev

 Ədalətdən kənarda olan bilik müdriklik deyil, dələduzluqdur.
- Sokrat

Pisliyə ədalətlə, yaxşılığa yaxşılıqla cavab ver.
 - Lao Tzu

 Qanunsuz və ədalətsiz dünyada yaşayan insan yırtıcı heyvandan da təhlükəlidir.
- Aristotel

Bütün ədalətsizliklər arasında ən dözülməzi qanun adı altında törədilən ədalətsizlikdir.
- Aristotel

İnsanların öldüyü heç bir savaş ədalətli deyildir.
- The Pianist

Ancaq elm bəşəriyyəti həqiqətə,   ədalətə və xoşbəxtliyə apara bilər.   
- Emil Zolya

Təhsilli insanlar əvvəlcə ədalətə dəyər verər. Təhsilli insanlar ədalət olmadan cəsarət sahibi olarsa üsyankar olarlar. Kiçik insanlar ədalət olmadan cəsarət sahibi olarsa quldur olarlar.
- Konfutsi

 Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət
 Yer üzünün fatehi ədalətdir, ədalət!
- Nizami Gəncəvi

Ədalət dünyada əlvan gül açsın;
 Səadət günəşi nurunu saçsın.
 - Məmməd Rahim.
Daha yeni Daha eski