-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Güc Haqqında Atalar Sözləri


guce-ayid-atalar-guc-haqqinda-Atalar-sozleri-guclu-gucsuz-.jpg
El gücü, sel gücü.

Elin gücü, tufan gücü.

Elin gücü, yelin gücü, selin gücü – Güclü olar.

Güc birlikdədir.

Elin gücü bir olsa, düşməni dara çəkər.

Birləşən güc yenilməz.

Elsiz adam gücsüz оlar.
guce aid atalar sozleri,gücə aid atalar sözləri,Atalar Sözləri,atalar sozu,Güc haqqında atalar sözləri



Su suya qarışanda güclü olar.

Sel gücü, damcıdandır.

Birləşmiş qüvvə daha güclüdür.

Dostu çox olanın gücü çox olar.

Ağlı olan ərinməz, güclü olan sürünməz.

At gücünü karvanda gör, mərd gücünü meydanda.

Atın gücü yerişi, mərdin ərliyi işi (sayılır, hesaba gəlir).

Gec olar, güc olar.

Özündən güclü ilə vuruşma.

Gücənməsin biləyin, tükənməsin gücün.

Gücü var, təpəri yox.

Gücün çatmayan daşı qaldırma, zərbə düşərsən.

Ulağa gücü çatmır, acığını palanına tökür.

Ayı gücünə inanar, insan - ağlına.

Qurdun gücü dişindədir.

Filin gücü xortumundadır, dəvənin gücü dizində.

Siçanın aləmində pişikdən güclü heyvan yoxdur.

İnsanın dəlisi daşa güc eylər, öküzün dəlisi başa.

Güc əyir, güc də düzəldir.

Güclü gücsüzdən qisas almaz.

Uşaq atasından güclüsünü bilməz.

Qadının gücü göz yaşındadır.

Arvad nə qədər ağıllı olsa, ailə o qədər güclü olar.

Nəzakət kobudluqdan, haqlı haqsızdan güclüdür.

Tikmək güc aparır, yıxmaq asandır.

Qonaq güclü olsa, ev yiyəsini evdən qovar.

Qovanın gücü varsa, qaçanın da Allahı var.

Düşmən gücsüz də olsa, ehtiyatı əldən vermə.

Güclü olub ehtiyatlı olmayan çox yaşamaz.

İki yumruq bir başa gücdür.

Qolu güclü olan birinə üstün gələr, ağlı güclü olan çoxuna.

Elmin gücü,
Yıxar bürcü.

Qələmin ucu, qılıncın gücü.

Gücünə bax, şələni bağla.

Dilə güc vermə.

İgid səsinə güc verməz.

Hər kişi gücünə görə yük tutar.

Kasıb işi güc-qüvvətlə görər, varlı - mal-dövlətlə.

Sərf olunmayan güc get-gedə azalar.

İstəyin güclü olmasa oğul, gücün istəkli olsun.

Qoca güclü də olmasa, ağıllıdır.

Cavanın güc qoyduğu yerə, qoca çalışar ağıl qoysun.

Qartalın gücü caynağındadır.

İyirmisində - gözəl, otuzunda güclü, qırxında - ağıllı və əllisində varlı olmayandan heç nə gözləmə.

Torpaqda güclülər də çürüyür.

Güclü göy gurultusundan sonra güclü yağış olmur.

Həqiqəti ya güclü deyər, ya da axmaq.

Həm suçlu, həm güclü.

Zəifləri incidəni güclülər incidər.

Güc Haqqında Atalar Sözləri (Şəkilli)

guc-haqqinda-atalar-sozleri-guc-atalar-sozleri-guclu-guce-aid

guc-haqqinda-atalar-sozleri-guc-atalar-sozleri-guclu-guce-aid

Güc haqqında atalar sözləri,guc haqqinda atalar sozleri,


Güclü yanında gücsüz günahkar.

Güclü güc işlədər, zəif biclik.

Gücü gücümdən çox, ağlı ağlımdan az.

Ayı gücünə güvənər, tülkü hiyləsinə.

Aslan gücünə tülki neyləsin?

Güclüləri həya yıxar, zəifləri - qorxu.

Güc yiyəsi haqlı deyil, düz yiyəsi haqlıdır.

Qanun gücsüz olan yerdə dərd qadirdir.

Vicdan əzabı qamçıdan güclüdür.

Biləyi güclü birini yıxar, biliyi güclü minini.
guce-aid-atalar-guc-haqqinda-Atalar-sozleri-bilik-savad.jpg


Cavanlıqda qocalığa güc saxla, pullu gündə pulsuz günə  pul saxla, savaşanda barışmağa üz saxla.



>
To Top