-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Tərbiyə Haqqında Aforizmlər,Tərbiyəyə Aid Aforizmlər


Tərbiyə xoşbəxt günlərində insanın bəzəyi, bədbəxt günlərində sığınacaq yeridir.
 - Demokrit


Tərbiyə böyük işdir, insanın taleyini o həll edir.
- Vissarion Belinski

Tərbiyə hamının həmişəlik (əbədi) sərvətidir.
- Tofiq Hüseynzadə

Ata-ananın mehriban münasibəti övlad üçün ən yaxşı tərbiyədir.
- Demokrit

Ana, Ata yaxşı tərbiyə almışlarsa, uşaqlar da tərbiyəli olar.
-Yohann Volfqanq Höte

İlk vaxtlar ana tərbiyəsi çox vacibdir çünki, əxlaq uşaqda bir hiss kimi həkk olunmalıdır
- Georq Vilhelm Fridrix Hegel.

Bir uşağı tərbiyə edərkən öncə onun namuslu bir insan olması düşünülməlidir.. Bunun üçün də əvvəlcə gözəl ürək, sonra zəkalı baş lazımdır.
- Deni Didro

Yaxşı atanın verdiyi tərbiyəni heç bir məktəb verə bilməz.

Ata-ananın ən dəyərli mirası tərbiyədir.

 Qız üçün ən gözəl cehiz ana-atadan öyrəndiyi tərbiyə və təcrübədir.

Heç bir insan,dünyaya yaxşı tərbiyə olunmuş ailə qədər önəmli bir miras qoya bilməz.

Əsl ananın ən şərəfli bəzəyi ədəbli, tərbiyəli cocuqdur.
- Mirzə Ələkbər Sabir.

Ən yaxşı tərbiyə yaxşı örnək olmaqdır.
- Lev Tolstoy
terbiyeye-aid-aforizmler-terbiye-haqqinda-aforizmler-ata-ana


Terbiye haqqinda aforizmler terbiyeye aid sozler

Tərbiyənin alət və vasitəsi məhəbbət, qayəsi isə insanpərvərlik olmalıdır. -
Vissarion Belinski

Tərbiyə bədəni və ruhu gözəlləşdirməlidir.
- Platon

Tərbiyə – uşaqda yeni imkanların, bacarıqların yaradılması deyil, onda mövcud olan imkanların qidalandırılmasıdır.
- Cüzeppe Madzini

 Düzgünlük hər yerdə, xüsusən də tərbiyədə başlıca şərtdir.
- Lev Tolstoy

 Uşağın tərbiyəsinə onu tanımaqla başlamalıyıq.
- Jan Jak Russo

Tərbiyə ana qucağında başlayır, hər deyilən kəlmə isə uşağın şəxsiyyətini formalaşdıran bir kərpicdir.
- Namiq Kamal

 Hər kəsə ki uşaqlıqda ədəb və tərbiyə verilməsə, böyüklükdə onun nicatı olamaz. Yaş ağacı hər tövr istəsən əymək mümkündür, lakin quru ağacı ancaq od ilə düzəltmək mümkün olur...
- Əli bəy Hüseynzadə

Pis tərbiyə almış adamı yenidən tərbiyələndirməkdən çətin şey yoxdur.
 - Y. Komenski.

 Tərbiyənin birinci şərti budur ki, uşağı onun təbiətini korlaya biləcək adamlarla və şeylərlə oturub-durmağa, oynamağa qoymayasan, çünki uşaq nəfsi sadə olar, ətrafdakıların xasiyyətini tez götürər. Uşağı mehribanlıq və məhəbbət doğuran kəramətlərlə tərbiyə etmək lazımdır, xüsusilə ağıla, şüura, idraka təsir edən başa salmaq yolu ilə; pul vermək, şirnikləndirmək kimi əsil-nəsəbə aid olan şeylərlə yox.
- Nəsirəddin Tusi

Məni ancaq xalqımın xoşbəxtliyi, onun varlığı maraqlandırır. Xalqımın inkişafı üçün əsil şərt onun tərbiyə və təhsilidir.
- Hacı Zeynalabdin Tağıyev

Tərbiyəli adam vəzifəcə özündən aşağıdakılarla təkəbbürsüz, özündən yuxarıdakılarla isə hörmətlə və sərbəst danışmağı bacarar.
- Filip Dormer Çesterfrild

Tərbiyə ilə təhsil ayrılmazdır. Bilik vermədən tərbiyə etmək olmaz. Hər cür bilik isə tərbiyəvi təsirə malikdir.
- Lev Tolstoy

Tərbiyəsiz istedad heyifdir, istedadsız tərbiyə isə mümkün deyildir.
-  Sədi Şirazi

İnsanı əxlaqi yox, (ancaq) intellektual səviyyədə tərbiyə etmək, cəmiyyət üçün təhlükə yaratmaq deməkdir.
- Teodor Ruzvelt

Tərbiyə vermək yuxudan oyatmaq deməkdir. -
Qotlib Teodor Hippel

Tərbiyə – nəfslə, təhsil – biliklə bağlıdır. İnsan yetkinləşdikcə bu iki proses bir-birini tamamlayır.
- Viktor Hüqo

Şəxsiyyəti valideyn, ruhu isə müəllim tərbiyə edir.
- Nikolay Qoqol

Dilini tərbiyə etmədən əvvəl ürəyini tərbiyə et; çünki söz ürəkdən gəlir, dildən çıxır.

 Kişinin də, qadının da tərbiyəsi bir-birləriylə müzakirə etdikləri zaman müəyyən olar.
- Corc Bernard Şou

Bir insanın necə güldüyündən tərbiyəsini, nəyə güldüyündən ağıl səviyyəsini anlarsan.
- Mövlana
Tərbiyə Haqqında Aforizmlər,Tərbiyəyə Aid Aforizmlər

Dünyada dərd qədər yaxşı tərbiyəçi yoxdur.
- İohann Volfqanq Höte.

Qanunun qadağan etmədiyi bəzi şeyləri tərbiyə hissi qadağan edir.
- Seneka

Mənəvi tərbiyəni düzgün quran millət həqiqi mənliyə sahib olacaqdır”.
- Füyuzat jurnalından

Tərbiyə bir milləti ya hürr, müstəqil, şanlı, ali bir cəmiyyət halında yaşadır, ya da onu əsarət və səfillik içərisində qoyur.
- Mustafa Kamal Atatürk

Deyirlər: "Qadın evdən çölə çıxmayıb uşaq tərbiyə etməlidir.
Qəribədir, elm və maarifdən xəbərsiz bir insan uşağını necə tərbiyə edə bilər?

Cəmiyyət insanlara düzgün təhsil-tərbiyə vermədiyindən onların çoxu həyatda öz yerini tapa bilmir və məhv olurlar.
- Deni Didro


>
To Top