Sponsor 2
Trend Mövzular
Bir kərə yüksələn bayraq, bir daha enməz!
Sən bizimsən, bizimsən durduqca bədəndə Can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!
(Şeirin müəllifi Əmin Abid Gültəkin, səslləndirən Məmməd Əmin Rəsulzadə)
Türkəm bu cəhətdən özümü xoşbəxt hiss edirəm!
Ah, Azərbaycan! Biz sənin haqqını tələb etmək deyil, yalnız adını söyləmək üçün nə qədər məruzələrə rast gəldik, nə qədər töhmətlərə məruz qaldıq!
Azərbaycan muxtariyyəti diyorduq: soldan və sağdan hər növ hücuma məruz qalırdıq.
İman, iman! İştə bu günün ən qüvvətli müdafei, ən qüvvətli amili budur.
Diləkləri öz dilində diləmək, istədiklərini öz dilində istəmək, ağzından çıxan sözlərin nə mənada sözlər olduğunun özünü də bilmək bizcə daha məqbul görünüyor. Duaların mənalarını anlamaqla xalqda islamın ruhunu, fikrini anlamaq daha da irəlilər... Bu gün islam aləmində olan zahiri birlik o zaman ruhi və mənəvi birliyə mübəddəl olar.
Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq!
Tanınmış ideya və şəxsiyyətləri çürütmək qeyrətilə meydana atılanlar, bilərək və ya bilməyərək, böyük davanı kiçildənlərdir.
Qalibiyyət günəşi qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə yenidən doğacaq. Buna qətiyyən şübhə etməyin.
İnsanlara hürriyət, millətlərə istiqlal!
Azadlıq, cahanşumul bir fikirdir. Bir tək əsir insan, bir tək əsir millət qaldıqca, dünya həqiqi azadlıq və əmniyyət üzü görə bilməz!