-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Eşqə Aid Sözlər,Eşqə Aid Aforizmlər

esq-haqqinda-statuslar-esqe-aid-sozler-esqin-dunya
esq-haqqinda-statuslar-esqe-aid-sozler-esqin-dunya-esqsiz-sevgi

Eşq sözə sığmaz. Eşq dibi görünməyən dənizdir.
- Mövlana

Eşq bir günəşə, aşiq olmayan isə bir könül də sərt daşa bənzər.
- Yunus Əmrə

Eşqdir hər iki dünyaya ziynət, Eşq ilə dolanır bütün təbiət.
 - Füzuli

Varlıq eşq üzərində qərar tutur.
- Nizami Gəncəvi

Göylər yaransaydı eşqdən azad,
Düşün, olardımı yer üzü abad?
- Nizami Gəncəvi

Eşq körpü qurmaqdır. İnsanlar körpü quracaqları yerdə, divar hördükləri üçün tək qalarlar.
- İsaak Nyuton

Qadını dirçəldən, onu uçurumun dibinə qədər düşməkdən qoruyaraq həyata yenidən bağlanmasını təmin edən yeganə qüvvə eşqdir.
- Fyodor Dostoyevski

Həyatın mənşəyində duyğular vardır, duyğulanmanın da təməli eşqdir.
- Ziqmund Freyd

Eşq şimşəyi çaxanda bütün dünya işıqlanır.
- Əbu Turxan

Eşq çadırının
qurulduğu yerdə məntiq axtarma.
- Sədi Şirazi

İnsan nə qədər böyük ruhlu olsa, eşqi o qədər dərin bir şəkildə eşidər.
- Leonardo da Vinçi

Eşq; hər kəsi ona oxşadıb, heç kimi onun yerinə qoya bilməməkdir.
- Can Yücəl

Bəlkə də eşq, Ona "səni çox sevirəm" demək deyil də, özünə "birini çox sevirəm" deyə bilməkdir.
- Duqlas Noels Adams

Sırf sevgilinin üzü gülsən deyə, bəzən axmaqlamağı gözə almaqdir eşq.
- Can Dündar

Deyirlər ki, eşq birinə səni məhv etmə qüdrəti verib, bunu istifadə etməyəcəyinə güvənməkdir.
- Murat Menteş

 Hər eşq, bitki adlarıyla başlayıb, heyvan adlarıyla sona çatır.
- Çak Palanik

Əslində biz nə etdiksə özümüz etdik. Çünki kiçik bir əlaqəni eşq, iki söz danışanı özümüzə dost sandıq.
- Bob Dilan

 Diqqətlə bax; Böyük eşqlər ya sonsuzdur ya da onsuz.
- Çak Palanik

Bəlkə eşq sevgilini qazanmaq deyil, onda özünü itirməkdir.
- Əlif Şəfəq

Heç toxunmadığın birinə aşiq ola bilirsənsə, sən eşqi yaşamağa layiqsən.
- Can Dündar

Külək atəş üçün necədirsə, ayrılıq da eşq üçün elədir: Kiçik eşqləri söndürür, böyük eşqləri isə alovlandırır.
- Mövlana

Ədalət də eşq və şərab kimi ürəklərin pasını silər.
- Xaqani Şirvani

Ağıl da, qəlb də eşq atəşinin qığılcımlarıdır.
- Məhəmməd İqbal

Eşqdən başqa bir şey könlümə yaddır,
Ömrümün quşuna sevgi qanaddır.
-  Nizami Gəncəvi

Eşqsiz insan tək ölümdən yox, həyatdan da qorxur.
- Əbu Turxan

Eşqsiz olsaydı xilqətin canı,
Dirilik sarımazdı böyük cahanı.
- Nizami Gəncəvi

Eşq bəzən yeni çıxan bir filmin fraqmenti kimidir. Görə biləcəyin bütün gözəlliklər sadəcə təqdimatda verilir.
 -Bob Dilan

Bizimkisi bir eşq hekayəsi deyildi. Eşq idi bizimkisi, gerisi hekayə idi.
- Can Yücəl

Hər insan məğlub olar, amma ancaq sevməyən imtina edər. Bil ki, eşq, məğlub olduğunda deyil, imtina etdiyində bitər əslində.
- Paulo Koelyo

Kim nə deyirsə desə desin, tək bir gerçəyi vardır eşqin; Qarşındakının adam olub olmadığını, aşiqkən deyil ayrılarkən anlarsan.
- Ece Ayhan

Getmə zamanı gəlmişsə "dayan" demənin; vaxt keçmişsə "dön" demənin; və eşq bitmişsə "yenidən" demənin heç bir mənası yoxdur.
- Qabriel Qarsia Markes

Heç bir eşqin ardından "keçmiş olsun" deyilməz. Çünki həqiqətən eşqsə zatən keçməz.
- Camal Sürəyya

Şərqdə idrakın işığı eşq işığının kölgəsində qalır, Qərbdə – əksinə.
- Əbu Turxan

Eşqin zirvəsini duman örtəndə kədərə çevrilir.
- Əbu Turxan

 Əvvəllər eşqindən yataqlara düşənlər varıydı, indi də eşq deyə yatağa düşənlər var.
- Yılmaz Ərdoğan

Eşq saqqızdan çıxan sözlər qədər sadə olmağa davam etdikcə, insanlar da onu çiynəyib tüpürməyə davam edəcəklər.
- Sunay Akın

Dünyaya qatılanların həzzi və qəzəbi, dünyanın fövqünə qalxanların eşqi və kədəri olur.
- Əbu Turxan

 El-aləm şərab içər sərxoş olar, biz eşq əhliyiz içmədən sərxoş olmuşuq..
- Şəms Təbrizi

 Şeytanda insandakı xüsusiyyətlərin biri xaric hamısı vardır. Şeytanda əskik olan tək nemət eşqdir. Şeytanın insan dözə bilməməsi eşqsizliyindəndir.
- Şəms Təbrizi

Qəribə deyil mi? İnsan həmişə eşq ağrısı çəkməkdən şikayətlənər əslində, yaxşı heç mi eşq ağrısı çəkdirən yox aramızda.
- Çingiz Aytmatov

Ey Könül! İndi soruşuram səndən, hansı eşq daha böyükdür? Anlatılaraq dilə düşənmi, anlatmayıb ürək dələnmi?
- Şəms Təbrizi

Eşq sevməsini bilən üçün vardır və qarşılıqsızdır. 'Nə qədər sevsən o qədər sevərəm' kimi düşünmək eşq deyil, ticarətdir!
- Can Dündar

Əvvəlki kimi olsa eşqlər.. Qız, sevdiyi kişinin əlini tutmağa utansa. Kişi sevdiyinin gözlərinə baxmağa qıya bilməsə.
- Can Dündar

İnsanlar eşq axtarmır, eqoist duyğularına kölə axtarır. Kölə tapır amma eşqi tapa bilmir.
 - Şəms Təbrizi.

Bəyəndiyiniz bədənlərə, xəyallarınızdakı ruhları qoyub, eşq sanırsınız.

- Şekspir

>
To Top