Dünyaya Aid Sözlər Və Aforizmlər

 

 Dünya bir teatrdır, insanlar isə onun aktyorlarıdır.
- Şekspir

Dünyada insan olmaq ən şərəfli vəzifədir.
- Maksim Qorki

Dünyada xeyir iş görməyən insan əbəs yerə yaşayır.
- C.Fuller

Dünya əhalisi artdıqca, insan sayı azalır.
- Çak Palanik

 Dünyada hər pislik daim cəhalətdən doğar.
- Alber Kamyu

Bu dünyada həqiqəti deməkdən daha çətin və yalan danışmaqdan daha asan heç nə yoxdur.
- Dostoyevski

 Dünyada ölüm və vergi qədər real bir şey yoxdur.
- Bencamin Franklin

 Dünya başdan-başa əsli olmayan bir nağıldan başqa bir şey deyildir.
- Əbülqasım Firdovsi

Gülsən, bütün dünya səninlə birlikdə gülər. Ağlasan, təkbaşına ağlayarsan...
- Oldboy filmi
dunya-haqqinda-dunyaya-aid-yalan-dunya-heyat-insan-insanlar-teatr

Ola bilsin ki, bu dünyada sən sadəcə insansan, amma kimin üçünsə sən –bütün dünyasan. 
 -Qabriel Qarsia Markes

Bu dünya bir qızıl kuzəyə bənzər,
Suyu gah şirindir, gah da ki zəhər.
- Məhsəti Gəncəvi

 Bu dünya tələdir, yemi isə istəkdir.
- Mövlana Cəlaləddin Rumi

 Yaşamaq müqavimət göstərməkdir. Sevmək güvənməkdir. Bunu unutma, insan çox vaxt dünyanın hakimi, bəzən də kiçik bir ürəyin əsiridir.
- Mövlana Cəlaləddin Rumi

İnsan düşünmək, öyrənmək və daha da önəmlisi sevmək üçün dünyaya gəlmişdir.
- Səbuhi Quluzadə

dunyaya aid sozler,dunyaya aid,Dünya haqqında sözlər,dünya haqqinda aforizmler,dunya haqqinda
 Dünyada ən xoşbəxt insan - istər kral olsun, istər kəndli - evində rahat olandır.
- Yohann Volfqanq Höte

İnsanlar sevilmək üçün yaradıldılar, əşyalar isə istifadə edilmək üçün.
Dünyadakı xaosun səbəbi: əşyaların sevilməsi, insanların isə istifadə edilməsidir.
- Cəmil Meriç

 Dərdi dünya olanın, dünya qədər dərdi vardır.
- Yunus Əmrə

Dünyanın ən yoxsul insanı, puldan başqa heç bir şeyi olmayandır.
- Anonim

 İki adam öldü və dünyadan həsrət getdi: biri yığdı yemədi, digəri bildi eləmədi.
- Sədi

Mən ölüncə bir əlimi tabutumun xaricinə atın. İnsanlar görsünlər ki, padşah olan Qanuni belə bu dünyadan əli boş getmişdir.
- Qanuni Sultan Süleyman

 Dünya gözəl olsaydı, doğularkən ağlamazdıq. Yaşayarkən təmiz qalsaydıq öləndə yuyunmazdıq.
- Nəcib Fazil Qısakürək

 Bu dünya, bəlkə də bir başqa planetin cəhənnəmidir.
- Oldos Haksli

 Öz nəfsinə hakim olan, dünyaya hökm edə bilər.
Volter

 Özünü idarə edə bilsən, dünyanı idarə edəcək gücə malik ola bilərsən.
- Platon

 Dünyaya qalib çıxmaq istəyirsənsə, əvvəl özünə qalib ol.
- Fyodor Dostoyevski

 Dünya malına səcdə etmə, əlindən çıxanda kədərlənərsən.
- Sokrat

 Ruhunu itirən dünyanı qazansa nə çıxar?
- Viktor Hüqo

Yaşa ki, dünyaya işıq verəsən,
Torpağa göz dikmə ilan kimi sən.
- Nizami Gəncəvi

 Yaxşı da, yaman da, keçər dünyada, Çalış yaxşılıqla düşəsən yada.

Özümüz üçün etdiklərimiz bizimlə birlikdə ölər. Başqaları və dünya üçün etdiklərimizsə sonsuza qədər yaşayar.
- Albert Payk

Dünyanı dərk etmək üçün elm,   dünyanı duymaq üçün poeziya var.
- Əbu Turxan

Dünyada çiçəkləməyən otlar, meyvə verməyən çiçəklər var!
- Konfutsi

Qorxuram dünyada elə bir zaman  gələ, insanlar yaşaya insanlıq ölə.
- Bəxtiyar Vahabzadə

Dünya; pislik edənlər deyil, tamaşaçı qalıb heç bir şey etməyənlər üzündən təhlükəli bir yerdir.
- Albert Eynşteyn

 Dünyadakı ən saf insan olduğunu iddaa edənlər, əslində şeytana məsləhətçilik edə biləcək ağıldadırlar. Unutmayın.
- Çarlz Bukovski

Qanunsuz və ədalətsiz dünyada yaşayan insan yırtıcı heyvandan da təhlükəlidir.
- Aristotel

 İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir.
- Volter

 Qəbirdəkilərin peşman olduqları şeylər üçün, dünyadakılar bir-birlərini yeyirlər!
- Yohann Volfqanq Höte

Dünya bir qonaq otağıdır. Bu otaqdan hamı ilə vidalaşıb, borclarını ödəyib, layiqincə, nəzakətlə ayrılmağı bacarmaq lazımdır.

 Dünya hər kəsə çatacaq böyüklükdədir. Ona görə də başqasının yerini qapmaqdansa, çalışaraq öz yerinizi tapın.
- Çarli Çaplin

Dünyada görmək istədiyin dəyişikliyin bir parçası ol.
- Mahatma Qandi

Hər zaman bir-birinizi bütün qəlbinizlə sevin. Dünyada sevgidən savayı demək olar ki, heç nə yoxdur. 
- Viktor Hüqo
Daha yeni Daha eski