Sponsor 2
Trend Mövzular
Ata-ananın borcu övladlarına, hər şeydən əvvəl, vicdanlı olmağı öyrətməkdir.
Аvаm, divаnə və sərхоş аdаmlаrın söhbətindən bаcаrdıqcа uzаq gəzməli.
Ata-ananın övlada məhəbbəti sövq-təbii, övladların ata-anaya məhəbbəti isə şüurludur.
İnsanın xşbəxtlik və bədbəxtlik açarı, kamillik və naqislik sükanı onun ağıl və iradəsinin ixtiyarına verilmişdir.
Düzgün yol məqsədə çatmaq üçün ən yaxın yoldur.
Yaxşı iş görməkdə əziyyət çəksən, əziyyət keçəndən sonra yaxşılıq qalar; pis iş görüb ləzzət çəksən, ləzzət gedər, pislik qalar.
Divarı uçurmazdan əvvəl o tərəfdə səni nə gözlədiyini öyrən.
Xörəyi səhhət üçün yeyərlər, kef üçün yeməzlər.
Xoşa gələn adətlərdən biri budur ki, olana sevinəsən, itənə təəssüf etməyəsən. Belə olduqda insan həmişə şad və xoşbəxt yaşayar.
Dеyəcəyi fikri bеynində bişirməmiş dilə gətirməməli, еhtiyаc оlmаdаn sözü təkrаr еtməməli, еhtiyаc üçündən təkrаr lаzım оlduqdа tərəddüd göstərməməli;
Bаşа düşməyən аdаmа incə və üstüörtülü söz dеməməli.
Alicənablıq ona deyilir ki, nəfs bu dünyadakı şan-şöhrət, eyş və işrət kimi şeylərə aludə olmaya, onların varlığı ilə şadlanıb, yoxluğu ilə kədərlənməyə, hətta ölümdən də qorxmaya.
Mətanət ona deyilir ki, nəfsin bədbəxtlik, ələm, kədər və ağır günlərə dözmək müqaviməti sarsılmaz ola, belə vəziyyət yarandıqda məğlubiyyətə uğramaya.
Qadını gözəlliyi xatirinə almaq doğru deyildir. Gözəlliklə iffət az halda bir yerdə olar, çünki gözəl qadına gözü düşən çox olar, ağıllarının zəifliyindən davam gətirə bilməyib gönü siya verərlər. Belə evlənmələrin aqibəti ya qeyrətsizliklə yaşayıb rüsvayçılıqla ölmək, hər iki dünyada biabır olmaqla, ya da mal-dövlət sərf edib müxtəlif tədbirlərə əl atmaq, qəm və kədərə batmaqla nəticələnər.
Bir adam cavanlığın ilk çağlarında nəfsini şəhvətdən qoruya bilsə, qəzəbinin qarşısını ala bilsə, dilini saxlaya bilsə, özünü ələ almağa adət etsə, belə adam üçün bu cür tərbiyə çətin olmaz, dəlilərin çənginə keçməkdən qorxmaz, nalayiq söz və söyüşlərə məhəl qoymaz, cürbəcür təhqiramiz tənələrə dözüb özündən çıxmaz, əksinə, belə danışıqlara gülər, onları zarafata salıb üstündən keçər.
Tərbiyənin birinci şərti budur ki, uşağı onun təbiətini korlaya biləcək adamlarla və şeylərlə oturub-durmağa, oynamağa qoymayasan, çünki uşaq nəfsi sadə olar, ətrafdakıların xasiyyətini tez götürər. Uşağı mehribanlıq və məhəbbət doğuran kəramətlərlə tərbiyə etmək lazımdır, xüsusilə ağıla, şüura, idraka təsir edən başa salmaq yolu ilə; pul vermək, şirnikləndirmək kimi əsil-nəsəbə aid olan şeylərlə yox.
Uşaqda təmiz, idrakı qüvvələrdən ən əvvəl utanmaq, həya əlamətləri özünü göstərir. Deməli, diqqət edilməli, fikir verilməlidir: əgər uşaq həyalıdırsa, əksər halda başını aşağı salıb sırtıqlıq etmirsə, bu, onun nəcibliyinə sübutdur; bu, o deməkdir ki, onun nəfsi çirkin əməllərdən ikrah edib, gözəl işlərə meyl göstərir, bu əlamət həmin istedadın uşaqda olduğuna dəlalət edir. Belə isə həmin uşağın tərbiyəsinə xüsusi fikir verməli, heç bir şeyi əsirgəməməli, istedadın sönüb getməsinə yol verilməməlidir.
Çox yemək, çox içmək, bahalı, dəbli paltar geyməyi onun gözündən salmalı; qarınqululuq, əyyaşlıq, modabazlıq və başqa bu kimi xasiyyətlərin onun qəlbinə yol tapmasına imkan verilməməlidir. Başa salmaq lazımdır ki, bəzək-düzəkli paltarlar qadınlar üçündür, ağıllı kişilər, böyük adamlar həmişə sadə geyinirlər.
Dövlət quşunun girən yeri dar olar, çıxan yeri gen.
Mənəvi zövq əmək, zəhmət, iradə və fəaliyyət nəticəsində əldə edilir.
Elmlərin cilovunu əldən buraxmayın, elmlər şahlıq quşuna oxşarlar, bəzən başa qonarlar, bəzən başdan uçurlar.
Niyyət elm ilə əməl arasında bir vasitədir.
Elm sahiblərini elmlərinin çoxluğu ilə deyil, əməllərinin faydalılığı, əxlaqlarının saflığı və özlərinin xeyirxahlığı ilə sınaqdan keçir.
Ömrümüz boyu öyrəndik, axırda onu bildik ki, heç nə bilmirik.
Bunların (yəni, canlı varlıqların) hərəsi də ona görə belə kamil yaradılmışdır ki, bütün ağıllı adamları heyran qoysun və onlar öz yaradıcılarının hikmət və qüdrətinə əhsən desinlər.
Dünyanın var-dövləti elm adamlarının gözündə əhəmiyyətsiz və dəyərsizdir. Elm adamları dünyagir olmazlar, çünki dünyagirliyin sonu görünməz, insan bir arzuya çatdımı, başqa arzu eşqinə düşər... Mən rahat ölürəm, çünki ömrümü xeyrə, xalqımın xeyrinə, elmin xeyrinə həsr etmişəm.... Xeyrə həsr edilməmiş həyatı hədərə getmiş hesab et..