-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Uşaqlar Haqqında Aforizmlər Və Gözəl Sözlər

 Uşaq, dünyanın ən böyük səadətidir.
- Fyodor Dostoyevski

Övlad qovusu, Cənnət qoxusudur. 

Uşaqlar bugünün sabahı,. Sabahın ümididir.

Uşaq xəyalların,arzuların ümid tumurcuğu,ailə qalasının misilsiz sevinc qaynağı,cənnətin qoxusunu dünyada yayan yeganə gül,millətin övladı və ilahi əmanətdir. 
- Füyuzat jurnalı

Hər uşaq bir tərəfdən dahi, və hər dahi bir tərəfdən uşaqdır. 
- Artur Şopenhauer 

Uşaqları sevən həyatı da sevər.
-  Fyodor Dostoyevski

Uşaqlar olmasaydı insanlığı bu qədər sevə bilməzdik. 
- Fyodor Dostoyevski

Uşaqlar torpağın canlı çiçəkləridir.
- Maksim Qorki
usaqlar-haqqinda-aforizmler-usaqlara-aid-aile-usaq


Qadın elə bir mələkdir ki bizi uşaq ikən qoruyur, gənc ikən xoşbəxtliyimiz üçün çalışır, qocalanda isə təsəlli verir.
- Avreli Avqustin

Uşaq öz məhəbbətini yalnız o adama bağlayır ki,o adam öz məhəbbətini uşağa işlə sübut edir. 
- Vissarion Belinski

İlk vaxtlar ana tərbiyəsi çox vacibdir çünki, əxlaq uşaqda bir hiss kimi həkk olunmalıdır 
- Georq Vilhelm Fridrix Hegel.

Ana, Ata yaxşı tərbiyə almışlarsa, uşaqlar da tərbiyəli olar. 
-Yohann Volfqanq Höte

Tərbiyə ana qucağından başlar.
Körpəyə söylənən hər kəlmə, onun şəxsiyyət 
binasına qoyulan bir kərpicdir.
- Namiq Kamal

Dayça at olanda at rahatlayır, uşaq adam olanda ata rahatlayır.
- Mahmud Kaşğarlı

Yaxşı örnək uşaq üçün ən yaxşı tərbiyədir.
- Lev Tolstoy

Uşaqlarınıza dərs vermək istəyirsinizsə, özünüzü nümunə göstərin. Amma sizin kimi olmaları üçün deyil, sizin kimi olmamaları üçün.
- Corc Bernard Şou

Ataların günahını, anaların fəzilətini uşaqların simasında görmək olur.
 - P. Burje.

Uşağın tərbiyəsinə onu tanımaqla başlamalıyıq.
- Jan Jak Russo

Uşaqlar çox vaxt böyüklərdən daha ağıllı və daha səmimi olurlar.
- Maksim Qorki


 Kiçik uşaqların dərdini kiçik görməməli.
- Əbülqasım Firdovsi

Tərbiyənin birinci şərti budur ki, uşağı onun təbiətini korlaya biləcək adamlarla və şeylərlə oturub-durmağa, oynamağa qoymayasan, çünki uşaq nəfsi sadə olar, ətrafdakıların xasiyyətini tez götürər. Uşağı mehribanlıq və məhəbbət doğuran kəramətlərlə tərbiyə etmək lazımdır, xüsusilə ağıla, şüura, idraka təsir edən başa salmaq yolu ilə; pul vermək, şirnikləndirmək kimi əsil-nəsəbə aid olan şeylərlə yox.
- Nəsirəddin Tusi

Tərbiyə – uşaqda yeni imkanların, bacarıqların yaradılması deyil, onda mövcud olan imkanların qidalandırılmasıdır. 
- Cüzeppe Madzini

 Uşaqlarına susmağı öyrət, danışmağı onlar özü də öyrənə bilər.
- Bencamin Franklin

Yetkin hər insanın içində oynamaq istəyən bit uşaq vardır.- Nitsşe 
Ən mükəmməl qadın, uşaqlarına atalarının yoxluğunda ata ola biləcək qadındır.
- Yohann Volfqanq Höte

Atalarınızla yaxşı rəfdar edin ki, uşaqlarınız da sizinlə yaxşı rəfdar etsin. 
-İbn Sina

Ata olduqdan sonra görəcəksiniz ki, öz xoşbəxtliyinizdən çox, uşağınızın xoşbəxtliyi ilə xoşbəxt ola bilərsiniz. 
-Onore de Balzak

Uşaqlarınıza verə biləcəyiniz ən qiymətli töhfə ağıldır, qalan şeyləri özləri də əldə edə bilərlər.
- İmmanuel Kant

Xarakterin formalaşması uşaqlıq illərindən başlayır və insan dünyasını dəyişənə qədər davam edir.
- Eleanora Ruzvelt

Bir uşağı tərbiyə edərkən ilk düşüncən onun namuslu bir insan olmasıdır. Bunun üçün də əvvəlcə gözəl ürək, sonra zəkalı baş lazımdır.
- Deni Didro

Döyməklə uşağı yalnız korlamaq olar.
- Aristotel

Uşağa gözəl ad qoymaq lazımdır ki,bütün ömrü boyu xəcalət çəkməsin 
- Nəsirəddin Tusi

Hər kəsə ki uşaqlıqda ədəb və tərbiyə verilməsə, böyüklükdə onun nicatı olamaz. Yaş ağacı hər tövr istəsən əymək mümkündür, lakin quru ağacı ancaq od ilə düzəltmək mümkün olur...
- Əli bəy Hüseynzadə

Saxsıdakı bir çiçək belə, yaşamaq üçün diqqət və sevgiyə ehtiyac duyduğu halda, bir uşağın sadəcə qarnının tox olması, isti bir evinin olması sağlam şəkildə böyüməsi üçün yetərlimidir?
- Naşide Gökbudak

Bütün millətin rifah halı uşaqların tərbiyəsindən asılıdır.
- Con Lokk 

Bu vətən uşaqlarımız və nəvələrimiz üçün cənnət edilməyə layiqdir.
- Mustafa Kamal Atatürk

Analar bir əlləriylə uşaqını,digər əli ilə dünyanı yelləyərlər. 
- Napoleon Bonapart

Heykəltəraş mərmər üçün hansı rolu oynayırsa, müəllim də uşağın həyatında həmin rolu oynayır.
- Josef Addison 

Sağlam uşaqlar yetişdirmək, pozulmuş yetişkinləri düzəltməkdən daha asandır.
- Fyodor Dostoyevski

Təhsilin əsas məqsədi, uşaqların öz bacarıqlarını kəşf etməsinə kömək etməkdir. 
- Erix Fromm

Uşaqdakı utanma halı ondakı ağıl nurunun əlamətidir.
 - Əbu Hamid əl-Qəzali

Uşaqlar üçün mənalı şeirlər


Uşaqda təmiz, idrakı qüvvələrdən ən əvvəl utanmaq, həya əlamətləri özünü göstərir. Deməli, diqqət edilməli, fikir verilməlidir: əgər uşaq həyalıdırsa, əksər halda başını aşağı salıb sırtıqlıq etmirsə, bu, onun nəcibliyinə sübutdur; bu, o deməkdir ki, onun nəfsi çirkin əməllərdən ikrah edib, gözəl işlərə meyl göstərir, bu əlamət həmin istedadın uşaqda olduğuna dəlalət edir. Belə isə həmin uşağın tərbiyəsinə xüsusi fikir verməli, heç bir şeyi əsirgəməməli, istedadın sönüb getməsinə yol verilməməlidir.
- Nəsirəddin Tusi

Böyük müəllimlər uşaqlara öyrənməyi öyrədirlər.

Uşaq beyni ayna kimidir.Siz ona nə göstərsəniz,o da sizə onu gostərər.
- Səbuhi Quluzadə

 Ağlından nələr keçdiyini çox vaxt hiss etmədiyim bir uşaq necə olur ki, məni açıq kitab kimi oxuyurdu?
- Xalid Hüseyni

İnsanlar uşaqkən daha xoşbəxt olurlar, çünki hər zaman olduqları kimi davranırlar.
- Platon 

Bekarçılıq - uşaqların xoşbəxtliyi və qocaların bədbəxtliyidir.
- Viktor Hüqo

Kim ki, heç vaxt uşaq olmayıb, heç vaxt böyük də olmayacaq. 
- Çarli Çaplin

Bir insandan oğurlanan ən dəyərli şey onun uşaqlığı olsa gərək...
- Əmrah Özdəmir 

Azadlığı əlindən alınan uşağa böyük deyirlər..
- Özdəmir Asaf

Vaxt lazımdır sadəcə, unudacaqsan! Necə unutdunsa uşaqlığını, qırılan oyuncaqlarını. Qırılan ürəyini də elə unudacaqsan.
- Camal Süreya

Uşağın həyatında iki şey problem yaradır:olması gərəkli olan amma olmayanlar;olması gərəksiz olanlar amma olanlar.
- Anonim

Övladlarınızı dövrünüz üçün deyil,onların dövrü üçün yetişdirin 
- Hz.Əli 

Hər bir uşaq dahi rəssamdır. Çətinlik ondadır ki , uşaqlıq dövründən çıxandan sonra da rəssam kimi qalsın. 
- Pablo Pikasso.

Ən sərt adamın da içində bir uşaq yatır; sadəcə onu oyatmaq lazımdır.
- Fərabi 

Əsl kişinin xarakterində oynamaq istəyən bir uşaq xisləti gizlənir. Qadınlar, kişilərdəki bu uşağı tapın!
- Fridrix Nitsşe

Uşaqların xəyal gücü böyüklərinkindən daha böyükdür... Eləcə də hər şeyə olan maraqları.
- Anonim

Kitab dövrümüzün həyatıdır.Hamının-qocanın, cavanın,iş adamının,işi olmayanın da, habelə uşaqlrın da ona ehtiyacı var.
 - Vissarion Belinsk

Kitabsız böyüyən uşaq, susuz böyüyən ağaca bənzər.
- Çin atalar sözü

Əgər bizim uşaqlar əsil təhsil almaq istəyirlərsə, onlar mütaliə ilə təhsil almalıdırlar.
- Nikolay Çernışevski

Niyə uşaqlar belə ağıllı, böyüklərsə belə axmaqdı? Ola bilər problem təhsildədir.
- Aleksandr Düma

Uşaqlar məktəbdə öyrənmək üçün deyil,qiymət almaq üçün oxuyurlar.
Nəticədə zehni çöp bilgiylə doldurulmuş 'savadlı' gənclər öyrəndiklərinin mində birini belə həyatda istifadə edə bilmir.
- Səbuhi Quluzadə 

Artıq məktəblərin əsas məqsədi uşaqları həyata deyil, sistemə hazırlamaqdır. Bir insan kimi deyil, bir kölə kimi yetişdirməkdir.
- Səbuhi Quluzadə

Yüksək əqli imkanlara və bacarıqlara malik uşaqlar var, lakin onların dəcəlliyi və inadkarlığı üzündən hamı onları inkar edir, yararsız hesab edir. Bu uşaqlara düzgün yanaşmanı tapıb tərbiyyə etsək, onlar dahi olaraq böyüyərlər. 
- Yan Komenski

Uşaqlar boyama kitabı deyil, onları istədiyiniz rəngə boyaya bilmərsiniz.
- Xalid Hüseyni

Tanrı heç bir uşağı pis olsun deyə yaratmaz! Onu pis edən pis təhsil və tərbiyədir.
Pis ana-ata, pis ətraf və pis idarə etmək bir bataqlıq kimidir; yazıq uşaqları da özünə çəkib məhv edər.

Əgər siz uşaqlarda dəcəllik hissini öldürsəniz, heç vaxt müdrik insan yetişdirə bilməyəcəksiniz.
- Jan Jak Russo

Uşağın ağlaması ilə gülüşü arasında məsafə çox kiçikdir. İnsan böyüdükcə bu məsafə də böyüyür və birindən o birinə keçid çətinləşir.
- Əbu Turxan

Uşaqların qorxularına qalib gəlmə üsulu budur: yatmaq.
- Xalid Hüseyni

İçimizdəki uşağı öldürən qorxu və nifrətdir.

Bir uşağın gülüşü qədər saf və təmiz qalsa bəşər övladı...
-  Nurhan İşkın

Nə vaxtsa olduğun və hələ də daxilində mövcud olan uşağın səsinə qulmaq asmaq lazımdır. O, sehirli anlara çatmağa Səbəb olur. Bəli, biz onun hönkürtüsünü kəsə bilərik, amma onun səsini boğmaq - əsla.
- Paulo Koelyo

Uşaqlara və heyvanlara yazığı gəlməyən bir insana yas tutulmaz. 
- Karl Hilti

Əxlaqsız münasibətlərdən uşağa qul kimi olan münasibət ən əxlaqsızıdır.
G.V.F. Hegel 

Uşağı bütə döndərmək olmaz, yoxsa böyüyəndə qurbanlar tələb edər.
- Üzeyir Hacıbəyli

İnsanlar daima pis oyuncaqların dalınca qaçan uşaq kimidir.

Uşaqkən; hər şeyin sahibi olmaq üçün böyümək istəyirdik. Böyüdük; indi hər şeydən uzaq olmaq üçün həmişə uşaq qalmaq istəyirik.

 Necədə qəribədir. Uşaqkən sabah nələr oynaya bilərik deyə düşünərdik. İndi isə sabah həyat bizə nələr oynayacaq deyə düşünürük.
- Can Dündar

  Uşaq olsam yenidən.. Bir tək düşdüyüm üçün ağrısa içim, və ürəyim; Çox qaçdığım vaxt döyünsə sadəcə.
- Camal Süreya

Heç kim mənlə oynamır deyə ağlayan uşaq, sən böyü hələ, bax nə oyunlar oynayacaqlar sənlə.
- Cəmal Sürəyya 

Əfqanıstanda uşaq var ama uşaqlıq yoxdur.
- Xalid Hüseyni

Uşaqlarınızın göz yaşını qoruyun ki, qəbrinizin üstündə axıtmağa göz yaşı qalsın.
- Pifaqor

Heç bir ideologiya, bir uşağın göz yaşlarına dəyməz.
- Albert Kamü

Bir yerdə günahsız uşaqlar ölürsə, orda ölən yalnız uşaqlar deyil, həm də insanlıqdır.
- Səbuhi Quluzadə 

Mən istəyirəm: 
Buludlar ağlasın, uşaqlar ağlamasın;
Analı, ya anasız..
           ***
Mən istəyirəm:
Güllər açılsın, güllələr açılmasın;
Amanlı, ya amansız..
- Rəsul Rza 

Biz doğrudan da bütün dünyada sülh istəyiriksə, uşaqlardan başlamalıyıq.
 - Mahatma Qandi

Bir uşaq, bir müəllim, 
bir kitab və bir qələm bütün dünyanı dəyişə bilər.
- Məlalə Yasəfzay 
usaqlar-haqqinda-aforizmler-usaqlara-aid-sozler-aile-usaq-usagin

>
To Top