-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Azadlıq Haqqında Aforizmlər,Azadlığa Aid Sözlər

Sponsor 2

Trend Mövzular

azadliq-musteqillik-azad-olmaq-musteqil-tarix-aforizmler


Azadlıq, tarixin itməyən tək dəyəridir.
- Alber Kamyu

İnkişaf və tərəqqi azad düşüncədən başlayır. 
- Anonim 

 Azadlıq gözəl yaşamaq üçündür
- Cəfər Cabbarlı

 Yaşamaq - bir ağac kimi tək və azad və bir meşə kimi qardaşcasına.
- Nazim Hikmət

 Allah hamını azad yaradıb, təbiət heç kimi qul yaratmayıb.
- Alkimdamant

Öz ehtiraslarının əsiri olan adam heç vaxt azad ola bilməz.
- Pifaqor

 Arzularına sərhəd qoymayan insan azad ola bilməz.
- Epiktet

Azadlığın nə olduğunu bilməyən azad olmağa layiq deyildir.
- Səbuhi Quluzadə

Malik olduğun pul sənə azadlıq verir, dalınca qaçdığın pul – səni kölə edir.
- Jan Jak Russo 

 Kişilər azad və bərabər olaraq doğularlar, ancaq daha sonra bəziləri evlənər.
- Anton Çexov

Var-dövlətə görə evlənən öz azadlığına "əlvida" deyir.
- Corc Herbert

Oxumaq azadlıqdır.
- Aliya İzzetbeqoviç

Azadlıq, cahanşumul bir fikirdir. Bir tək əsir insan, bir tək əsir millət qaldıqca, dünya həqiqi azadlıq və əmniyyət üzü görə bilməz!
- Məmməd Əmin Rəsulzadə

Azadlığın təməli azad düşüncədir.Yəni azad düşüncənin olmadığı yerdə azadlıqdan söz gedə bilməz.İnkişaf və tərəqqi azad düşüncədən başlayır.
- Səbuhi Quluzadə

Azadlıq ifrat dərəcəsinə çatdıqda özbaşınalığa çevrilir.
- Mahatma Qandi 


 Azad olmadığı halda özünü azad sananlar qədər kölə yoxdur.
- Yohann Volfqanq Höte

Ancaq hər şeyini itirdikdən sonra, hər şeyi edəcək qədər azad olursan.
- Fight Club

  Bir insana sirrinizi verdiyiniz zaman azadlığınızı da verərsiniz.
- Elif Şəfəq

 Vərdişləriniz nə qədər çox olsa, azadlığınız da bir o qədər az olar.
- İmmanuel Kant

 Qanun kölələr üçün məcburiyyətdir, azadlar üçün ehtiyac.
- Demand

İnsanlar azadlıqlarını birdən-birə deyil yavaş-yavaş itirilər.
- Devid Yum

 Azad insanın ölümdən daha az düşündüyü bir şey yoxdur.
- Benedikt Spinoza

Heç bir şey insanın təxəyyülü qədər azad deyil.
- Devid Yum

Bilgi ilə yüklənmiş bir zehin azad ola bilməz.
- Jiddu Krişnamurti 

 Yazıçı, sənətini böyük edən bu iki vəzifəsini yüklənməlidir; gerçəyi və azadlığı.
- Alber Kamyu

Azadlığın dəyərini bilməyən kölə olmağa layiqdir.
- Səbuhi Quluzadə

 Köləlikdən azad olmaq istəyirsinizsə, həqiqəti həmişə yanınızca gəzdirin.
- Blez Paskal

Azadlıq ifrat dərəcəsinə çatdıqda özbaşınalığa çevrilir.
- Mahatma Qandi 

 Müvəqqəti təhlükəsizlik üçün öz azadlığını qurban verənlər nə azadlığa layiq olar, nə dəki təhlükəsizliyə...
- Bencamin Franklin

 Bir ölkə, yarı qul, yarı azad insanlardan meydana gəlsə yaşaya bilməz.
- Avraam Linkoln

Vətən azadlıq olmadan, azadlıq fəzilətsiz, fəzilət isə vətəndaşsız mövcud ola bilməz. Əgər siz vətəndaş yetişdirsəniz, tərbiyə etsəniz, o zaman sizin hər şeyiniz olacaq, əks təqdirdə hamı, hətta dövlət başçısı belə miskin bir kölə olacaq.
- Jan Jak Russo

Başqalarının azadlığını əlindən alanların özlərinin azad olmağa haqqı yoxdur.
- Avraam Linkoln

 İnsana nə üç qarış torpaq, nə də malikanələr lazım deyil. Ona bütün Yer kürəsi, bütün təbiət lazımdır ki, bu geniş aləmdə özünün azad ruhunun bütün mahiyyət və xüsusiyyətlərini aşkara çıxara bilsin.
- Anton Çexov

 Azadlığı və həqiqəti sevməyən adam güclü ola bilər, amma heç vaxt böyük adam ola bilməz.
- Volter

Öz vətənini, öz azadlıq və istiqlaliyyətini sevən bir xalqın ruhunu məhv edəcək bir qüvvə yoxdur. 
- M.İ.Kalinin

Azad olmaq hər kəsin haqqıdır amma insanın azadlığını əlindən almaq ancaq Tanrı'nın haqqıdır!
- V for Vendetta

>
To Top