-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

İntiqam, Qisas Haqqında Sözlər və Aforizmlər

Sponsor 2

Trend Mövzular


qisas-intiqam-bohtan-yalanci-yalan-ikiuzlu-saxtakar-aforizmler



Əzablar əksər hallarda insanı xırdaçı və qisas arzusunda olan bir şəxsə çevirir.

- Uilyam Somerset Moem


Başqa cəhətləri bilmirəm, amma qisas və eşqdə qadın kişidən qat-qat üstündür...

- Fridrix Nitsşe


Zülm küləyi əsən dənizdən intiqam buxarı qalxar. 

- Hind Atalar Sözü


Böhtan qorxaqların intiqamıdır.

- Samuel Conson


Ən amansız qisas, qisas almaq imkanına məhəl qoymamaqdır.

- Onore de Balzak


Yalnız özünə bərabər olandan qisas almaq alicənablıqdır.

- Fukidid


Düşməndən qisas almağın ən düzgün yolu ona oxşamaqdır.

- Mark Avreli 


Səhvi bağışlamaq mədəni şəkildə intiqam almaqdır.

- Deyl Karnegi 


Ən nəcib və şirin qisas bağışlamaqdır.

- Pyer Büast


Bəzən ala biləcəyin ən böyük intiqam bağışlamaqdır və bəzən də veriləcək ən yaxşı cavab gülüb keçməkdir.

- Viktor Hüqo 


Bağışlamaq və unutmaq yaxşı insanların intiqamıdır.

- Viktor Huqo


Qisas alan adam bəzən etdiyi hərəkətə görə peşman olar, bağışlayan adam isə heç vaxt.

- Aleksandr Düma


İntiqam hissi ilə yaşayanların yaraları həmişə təzədir.

- Bencamin Franklin 


Cinayətin ən böyük mükafatı cəzasızlıqdır.

-  Mark Tulli Siseron


Cəzalandırılmış cinayətkar bütün canilər üçün ibrət dərsidir, günahsız məhkum edilmiş şəxs isə bütün namuslu adamlar üçün vicdan tənəsidir.

- Jan de Labrüyer


Türklər elə bir millətdir ki, həyatda bir dənə belə qalsa, dövlət qurub intiqamını alar! 

- Adolf Hitler 


İnsana ən böyük mükafatı da   vicdanı verir, ən böyük cəzanı da.    

- Vovenarq


Qisas qiyamətə qalmaz.

- Atalar Sözü


Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək.

- Füzuli 


Qisas almağa başlamazdan əvvəl iki qəbir qaz.

- Çin Atalar Sözü


İnsanlar şərin haqqını ödəməyə daha çox hazırdırlar, nəinki minnətdarlığın, axı minnətdarlıq - yük, qisas isə həzzdir.

- Q.K. Tasit 


Doğrudanmı bu gözəl dünyada, saysız-hesabsız ulduzlu səma altında yaşamaq insanlara dar gəlir? Doğrudanmı bu gözəl təbiətin qoynunda yaşayan insan ruhunda qəzəb, qisas hissi və özü kimilərini məhv etmək ehtirası qala bilər?

- Lev Tolstoy


Biz yaxşıları   mükafatlandırmaqla pisləri cəzalandırırıq.  

-  Didro


Bütün əzabkeşlərə tövsiyə edirəm ki, düşünsünlər: bəlkə onların amalları intiqam hissindən yaranıb.

- Fridrix Nitsşe


El gücü-sel gücüdür, hər an çəkin bu seldən,

Yataqda da can alar qisas oxu qəfildən.

Xalqa divan tutanı divan gözlər hər yanda,

Məzlumların fəryadı qorxuludur cahanda.

- Nizami Gəncəvi 

>
To Top