-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Cəmiyyət Haqqında Aforizmlər, Camiyyətə Aid Sözlər

cemiyyet-haqqinda-aforizmler-kitablar-insanlar-elm-ve-exlaq-oyretmek



Bir cəmiyyətə hər şeydən əvvəl elm və əxlaqı öyrətmək lazımdır.

- Epiktet


Hər həyat bir tablodur. Valideynlər o tablonun materialı olan kətanını, tale çərçivəsini, Cəmiyyət rəngini verir. Çəkmək isə bizim öhdəmizdədir

- Rövşən Abdullaoğlu


Bir cəmiyyətin millət ola bilməsi üçün mütləq müəllimlərə ciddi ehtiyacı var: onlar cəmiyyəti həqiqi bir millət halına gətirirlər.

- Mustafa Kamal Atatürk 


Ağıllı insanlar cəmiyyətin qan damarıdır.

- Daniel Defo


Ağıllı insan təkcə özü üçün deyil, cəmiyyət üçün də çalışır.

- Samuel Smayls


 Cəmiyyətin xoşbəxtliyi fərdin xoşbəxtliyindən daha əhəmiyyətlidir.

- Platon


 Cəmiyyətin xoşbəxtliyi üçün çalışanın özü də xoşbəxt olar.

- Samuel Smayls


 Öz xoşbəxtliyimə yox, cəmiyyətin xoşbəxtliyinə sevinirəm.

- Samuel Smayls


 Həyatda ən böyük arzum yaxın adamlarıma sədaqətli olmaq, cəmiyyətə xidmət etmək və qocalara yardım əli uzatmaqdır.

- Konfutsi


 Bütün kainatda hər şeyin yaradıcısı və sahibi olan bir Tanrı var... İnsan cəmiyyətinin ən yaxşı idarə tərzi də tək bir varlıq tərəfindən həyata keçirilir.

- Tomas Mor


İnsan cəmiyyətin bir parçası olduğu üçün cəmiyyətdə həm təsir edən olur həm də təsirə məruz qalan. Cəmiyyətlə insan arasında görünməz bir qarşılıqlı əlaqə vardır.

- Səbuhi Quluzadə


İnsanpərvəlik insan cəmiyyətini, insan nəslini həyatını qoruyub saxlamaq üçün zəruridir. 

- Pol Anri Holbax



 Hər kəs öz işini görsə, cəmiyyətin bütün işləri düz gedər.

- Yohann Volfqanq Höte


Böyük şəxsiyyətlər tarixin sütunlarıdır. Onlar nə qədər möhkəm olsa, cəmiyyətin inkişafı da bir o qədər dayanıqlı olar. 

- Əbu Turxan.


 Millət dili olan cəmiyyətdir.

- Onore de Balzak


Bir cəmiyyətin mədəniyyət, incəsənət və fəlsəfəsini öyrənmək üçün o cəmiyyətin kitablarını oxuyub öyrənməliyik.

- Samuel Smayls


 Mütaliə bir cəmiyyətin gündəlik vərdişinə çevrilsə, həmin cəmiyyət xoşbəxt olar.

- Sokrat


Kitabı müəllif,   onun aqibətini isə cəmiyyət yaradır.  

- Viktor Hüqo


Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.

- Heydər Əliyev 


Cəmiyyət o zaman çiçəklənər ki, onun zənginləri maarifpərvər olsun. - Əbu Turxan.


Cəmiyyətin gələcəyi, anaların əlindədir.

Onore de Balzak 


Cəmiyyət qadınları savadsız olduğu müddətcə uğur qazana bilməz.

- Xalid Hüseyni


Qadınlar kişisiz cəmiyyətdə solur, kişilər isə qadınsız cəmiyyətdə axmaqlaşır.


İnsanı əxlaqi yox, (ancaq) intellektual səviyyədə tərbiyə etmək, cəmiyyət üçün təhlükə yaratmaq deməkdir.

- Teodor Ruzvelt


Cəmiyyət əxlaqlı olsa, qanunları daha asan tətbiq etmək olar.

- Molyer


Tərbiyə bir milləti ya hürr, müstəqil, şanlı, ali bir cəmiyyət halında yaşadır, ya da onu əsarət və səfillik içərisində qoyur.

- Mustafa Kamal Atatürk


Bir cəmiyyətin musiqisi pozulubsa, o cəmiyyətdə bir çox şey pozulmuşdur.

- Konfutsi


Cəmiyyət insanlara düzgün təhsil-tərbiyə vermədiyindən onların çoxu həyatda öz yerini tapa bilmir və məhv olurlar.

- Deni Didro

Cəmiyyətin iki düşməni var. Bunlardan biri qanunları tapdalayanlar, digəri qanunları kor-koranə tətbiq edənlərdir.

-Alfred Kapus.



Hansı millətdə insana dəyər verilmirsə,o cəmiyyətdən dəyərli insan çıxa bilməz.


Ədalət dövlətin məqsədidir. Vətəndaş Cəmiyyətin məqsədidir. Ədalət üçün daim mübarizə ediləcək.


Bu gün şüurlarda əsən xəfif meh sabah bütün cəmiyyəti sarsıdan qasırğaya çevrilə bilər. 

- Əbu Turxan


Cəmiyyətlər öhdəsindən gələ bilməyəcəkləri problemləri gündəmə gətirməzlər.



Şair hər şeydən əvvəl yaşadığı Cəmiyyətin problemlərinə, getdikcə bütün dünyaya qarşı cavabdehdir.



Sənət, ictimai bir fəaliyyətdir; Cəmiyyətdən gəlir, Cəmiyyətə dönür. Lakin gələnlə gedən eyni şey deyil.


 Əgər hamının mənafeyinin kəsişdiyi nöqtə olmasaydı, cəmiyyət haqqında danışmağa lüzum olmazdı.

- Jan Jak Russo


Cəmiyyət həyatı üçün fərdi azadlıq və müstəqillik şərtdir.



Fikir cəmiyyətə çıxan kimi sahibini unudur: kim onu daha yaxşı mənimsəyərsə, – onun olur. 

- Əbu Turxan


Cəmiyyət üzərində sözlər yox, yalnız ideyalar hökmranlığa malikdir.

 - Vissarion Belinski.


 İnsan ancaq öz təkəbbüründən əl çəkdikdən sonra cəmiyyətlə ayaqlaşa bilər.

- Konfutsi


Qərb Cəmiyyəti ürək çatışmazlığından, 

Şərq Cəmiyyəti ürək ifratından əziyyət çəkir.

- Əbu Turxan


Şərqin idealı – insanın kamilləşməsi, 

Qərbin idealı – Cəmiyyətin təkmilləşdirilməsidir.

- Əbu Turxan


Əgər bütün insanlar eyni məntiqlə düşünməsəydilər, nə Cəmiyyət, nə dövlət, nə də sivilizasiya olardı.

- Tur Xander


Bütün üzvləri eyni cür düşünən cəmiyyət inkişaf edə bilməz. 


Nə qəribədir ki, cəmiyyət olaraq ağlı yavaş olana deyil də, ayağı yavaş olana, ürəyi kor olana deyil də gözü kor olana yazığımız gəlir.

- Cübran 


Müasir siyasi Cəmiyyət, insanları bədbəxtliyə salma maşınıdır.

- Albert Kamü 


Cəmiyyətin düşüncəsi ülgüc kimidir: gücsüzlər ondan qorxar, savadsızlar onunla əlini kəsər, ağıllılar isə istifadə etməyi bacarır.

-Con Milton


Cəmiyyət sürülər şəklində idarə olunur və yönləndirilir.

Fərd əgər düşünmə qabiliyyəti əldə etməyibsə onda düşüncəsiz sürünün arxasınca getməyə məhkumdur.Əgər sürüdə bir fərd düşünməyə başlasa onda o sürüdən uzaqlaşdırılır.Düşünən  fərdlər demək olar ki sürü şəklində hərəkət etmir.Onlar daha çox sürüyə ya yön verir, ya da kütlədən kənara çəkilib yalnız qalır.

Sürü üzvləri sürüdə özlərini daha rahat hiss edir, daha təhlükəsiz olurlar.

- Səbuhi Quluzadə


İmperializmin, xüsusilə zəngin tarixi təcrübəsi və mədəni keçmişi olan köklü cəmiyyətlərdə gördüyü ilk iş, mövcud nəsli tarixindən ayırmaq olmuşdur. İmperializm bu işdə o qədər müvəffəqiyyətli olmuşdur ki, uyğun cəmiyyətlərin islahatçıları keçmişlə bütün əlaqələrini kəsdilər və keçmişlərini tanımaz oldular. 

- Əli Şəriəti


Mədəniyyət mənim cəmiyyətimin, tarixin varlığı olan quruluşun təcəllisidir, əks olunmasıdır; lakin xüsusi şərtləri olan özünə xas tarixi dövrdə iştirak edən, fərqli mənşəyi olan, maddi, iqtisadi və ictimai quruluşun meydana gətirdiyi xüsusi dərdlərə, düşüncələrə, anlayış və meyllərə alışmış bir cəmiyyətdə bir sıra saxta taktikalar, o cəmiyyətin mədəniyyətini zehnindən silir. Sonra başqa bir zamana və tarixi dövrə, başqa bir iqtisadi sistemə, başqa sosial və siyasi bağlara aid olan mədəniyyəti mənim mədəniyyətimin yerinə yerləşdirir. Artıq mən özümü düşünmək istədiyim zaman, başqa bir cəmiyyətin mədəniyyətini öz mədəniyyətim olaraq düşünürəm, o zaman özümə aid olmayan dərdlərə həmsöhbət oluram. Mənim mədəni, fəlsəfi və ictimai həqiqətimlə uyğunlaşmayan problemlərdən ötəri fəryad edirəm. Nəticədə o cəmiyyətə və o cəmiyyətin sosial, iqtisadi, siyasi və tarixi şərtlərinə aid olan, lakin mənə aid olmayan ideallar və iztirablarla qarşılaşıram. O dərdləri, iztirab və idealları öz dərd, iztirab və ideallarım olaraq görməyə başlayıram.

- Əli Şəriəti

>
To Top