-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Siyasət Haqqında Aforizmlər Və Sözlər

bilgideryasi

siyaset-haqqinda-aforizmler-siyasete-aid-sahmat-siyasetci-yalan-ve-qorxu

Siyasət elmdən çox bir sənətdir. Siyasətçi isə sənətkar - qorxunun və yalanın  sənətkarı...


İdeya və iradə müəyyən sosial bazaya yiyələnəndə siyasətə çevrilir.

 - Tur Xander (Dədə Turxan) 


Siyasət – həyatın bir parçasıdır: əgər insan ona qarışmırsa, deməli, həyata qarışmır.

- Rahid Ulusel


Dürüstlük ən yaxşı siyasətdir.

- Miquel de Servantes 


Əsl siyasətçi susaraq nə isə deməyi və danışaraq heç nə deməməyi bacarmalıdır.

- Dədə Turxan


Siyasət qılıncdan güclüdür.

- Napoleon Bonapart


Siyasətçi ağa olmaq üçün xidmətçi roluna girir.

- Şarl de Qoll


Siyasət, onu siyasətçilərə etibar etmək üçün həddindən artıq vacib bir şeydir.

- Şarl de Qoll


Siyasət lax yumurtadır.

- Aleksandr Suvorov


Siyasətçinin ən mühüm keyfiyyəti gələcək hadisələri düzgün qiymətləndirib vaxtında tədbir görməsidir. 

- Uinston Çörçill


Uşaqlığımda mənim üçün üç şey varıydı. Riyaziyyat, tarix və siyasət. Amma riyaziyyat onsuz da hamısını izah edən şey idi.

 - Cahid Arf


Arxeoloqlar torpaqdan siyasətçilərin basdırdıqları tarixi qazıb çıxarırlar. 

- Qabriel Laube


Siyasət və sənət dünyanın nizamsız düzəni qarşısında baş qaldırmanın iki ayrı üzüdür.

- Alber Kamü


Böyük siyasət aparmaq üçün bilik, təcrübə lazımdır.

- Heydər Əliyev


Qulların bədəni güclü olur. Ona görə də onları müxtəlif işlərdə işlətmək olar. Azad olanların isə belləri bükük olmur və onlar qulların gördüyü işi görə bilmir, amma siyasi fəaliyyət üçün yararlı olurlar...

- Aristotel


Siyasətçilər ortaq məxrəci diplomatik məcrada tapırlar.

- Rahid Ulusel


Siyasətdə bir sözün deyilməsini istəyirsinizsə, kişiyə müraciət edin. Yox əgər hansısa işin görülməsini istəyirsinizsə, qadına müraciət edin.

- Marqaret Tetçer


Böyük siyasətdən bixəbərlərin bu siyasət aləminə atılmaları faciələr doğurur.

- Heydər Əliyev


Siyasətdə eləməli olmadığın şeyləri eləməli olursan. 

- Teodor Ruzvelt


Siyasətçiyə sual vermə, çünki yalan danışacaq.

-  R.Ayres


Siyasətçilər uğurlu cinayətkarlar,cinayətkarlar uğursuz siyasətçilərdir.

- Oşo 


Böyük siyasəti kiçik hissələrə, xırda mənfəətlərə bağlamaq olmaz. 

- Heydər Əliyev.


Siyasətdə düzlük, oğurluqda uğurluq olmaz. 

- Anonim


İnam və səmimiyyətdən sui-istifadə siyasətdə – məharət, mənəviyyatda – rəzalət sayılır.

- Dədə Turxan


Yalana fəlsəfədə "cəfəngiyyat", ədəbiyyatda "metafora", siyasətdə "təbliğat", ticarətdə "reklam", jurnalistikada "xəbərlər" deyilir.

- Ducanə Cündioğlu


Siyasətdə meyar əxlaq və qanun deyil, Qələbədir.

- Sveyq


Siyasət və əxlaqı fərqli ələ alanlar, hər ikisini də əsla anlaya bilməzlər.

- Jan Jak Russo


Əxlaqdan məhrum siyasətdə qanunlar nə iş görə bilər ki?

- Bencamin Franklin


Çirkli əllərlə təmiz işlər görülmür. Siyasətdə əllərdən çox şey asılıdır.

- Əli Abşeroni


Stalinizm siyasət, iqtisadiyyat, sosial və mənəvi həyat və mədəniyyət üzərində mütləq bir diktaturadır.

-  Dmitri Volkoqonov


Müasir siyasi Cəmiyyət, insanları bədbəxtliyə salma maşınıdır.

- Alber Kamü 


Əgər zorakılıq varsa, bu, siyasətin sağ, hiylə varsa, sol əlidir.

- Pyer Büast


Siyasət üçün yaradılmadım. Çünki rəqibin ölümünü istəməkdən ya da qəbul etməkdən acizəm.

 - Alber Kamü


Siyasət də müharibə kimi maraqlıdır. Amma daha təhlükəlidir. Müharibədə sizi yalnız bir dəfə öldürə bilərlər, siyasətdə isə dəfələrlə.

- Uinston Çörçill


Savaşda bir dəfə ölürlər, siyasətdə hər gün ölürlər. 

- Uinston Çörçill


Böhtan və yalan - meşşanların qanun şəkli almış siyasət metodudur.

- Maksim Qorki


İnsanlığını itirib siyasət meydanında qalib cıxdaqdansa, məğlub olaraq ayrılmaq daha şərəflidir.

- Anonim


Kim öz nəfsi ilə siyasət apararsa, (onun ağası və rəhbəri olarsa) xalq üzərində də siyasət yürütmək məqamına çatar. 

- Əli bin Əbu Talib.


Hökmdar öz ordusu ilə siyasətlə davranmazdan əvvəl, özü ilə siyasətlə davranmalıdır. 

- Əli bin Əbu Talib


Səbri olmayan və hirsini boğa bilməyən adamdan siyasətçi olmaz.

- Stendal


O heç nə bilmir, ancaq fikirləşir ki, hər şeyi bilir: onun soyunda siyasətçi olmaq yazılıb. 

- Corc Bernard Şou


Din və məzhəb hər kəsin öz vicdanından doğan bir işdir. Heç kəs heç kimi nə bir din, nə bir məzhəbi qəbul etməyə məcbur edə bilməz. Din və məzhəb heç bir zaman siyasət aləti kimi istifadə edilə bilməz.

- Mustafa Kamal Atatürk


Siyasət əyləncə sektorunun bir parçasıdır.

 - Frenk Zappa.


Ermənistanın siyasi elitası və ideologiyasını özü deyil, tabe olduğu mərkəz formalaşdırır.

- Vəfa Quluzadə


Siyasətdə boşboğazlıq dövləti məhv edə bilər.

- Pyer Büast 


Son illər siyasət elə bahalı məşğuliyyət olub ki,hətta seçkilərdə məğlubiyyət də böyük pula başa gəlir. 

- B.Eduardz



Dövlət xadiminin siyasi xadimdən fərqi odur ki, siyasətçi gələcək seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri düşünərək fəaliyyət göstərir.

- Uinston Çörçill


Vaxtımı siyasətə və tənliklərə sərf edirəm.Zənnimcə tənliklər daha vacibdir,çünki siyasət yalnız həmin məqam üçün mövcud olduğu halda , tənliklər əbədidir.

- Pifaqor


Bütün siyasətçilər hər yerdə eynidirlər: onlar körpünü elə yerdə tikməyə söz verirlər ki, heç orda çay yoxdur.

 - Nikita Xruşşov


Böyük siyasətçilər bəzən aşkarda axın istiqamətində, alt qatda isə ikiqat sürətlə axına qarşı üzməli olurlar. 

- Dədə Turxan.


Siyasət rol oynarkən, ədəbiyyat susur.

 - Hüseyn Cavid


Nə qədər ki, siyasət Mədəniyyətə müxalifdir, yazıçı da siyasətə müxalif olacaq.

- M. A. Bulqakov 


Əgər siz heç olmasa həftədə iki dəfə əxlaq haqqında əxlaqsızlıqlarla dolu auditoriya qarşısında boşboğazlıq edə bilmirsinizsə siyasət meydanı sizin üçün bağlıdır.

- Oskar Uayld


Siyasətdə keçmişdən bu günə yalanla qələbə qazanılıb. Amma  siyasət meydanındakı ən böyük son zəfər dürüstlüklə qazanılacaq..

- Səbuhi Quluzadə


Biz bilməliyik ki, bütün siyasət sistemlərinin üstündə padşahların Padşahı və rəbblərin Rəbbi var.

- Frederik Çiluba


Bizi bunlar yox edə bilər:

 prinsipsiz siyasət, vicdan hissindən məhrum əyləncə, işsiz zənginlik, bilgili amma xaraktersiz insanlar , əxlaqsız biznes, insanlıqdan uzaq elm və fədakarlıq etməyən din...

- Mahatma Qandi


>
To Top