Xarakter davranışımızın nəticəsidir.
- Aristotel
Bir insanın xarakteri onun kimlərlə oturub-durması, kitabsevərin xarakterini isə onun oxuduğu kitablar əsasında öyrənmək olar.
- Samuel Smayls
Hər bir insanın xarakteri əhatəsində olduğu mühitin və həyat şəraitinin təsiri altında inkişaf edir.
- Dmitri Pisarev
Düşüncələrinizə diqqət edin,
duygularınıza çevrilər...
Duygularınıza diqqət edin, davranışlarınıza çevrilər...
Davranışlarınıza diqqət edin,
vərdişlərinizə çevrilər...
Vərdişlərinizə diqqət edin,
dəyərlərimizə çevrilər...
Dəyərlərinizə diqqət edin,
xarakterinizə çevrilər...
Xarakterinizə diqqət edin, taleyimizə çevrilər...
- Mahatma Qandi
Xarakter ağac isə, şan və şərəf o ağacın kölgəsi kimidir; biz həmişə kölgəni düşünürük halbuki gerçək olan ağacın özüdür.
- Avraam Linkolni
Taleyiniz xarakterinizdədir.
R.Akutaqava
İnsanın xoşbəxt ya da bədbəxt olması, taleyin olduğu qədər xarakterinin də əsəridir.
- Fransua de Laroşfuko
İnsanın inamını onun xasiyyəti formalaşdırır, kimliyindən asılı olmayaraq, çox şey həyatda düşdüyün şəraitlə bağlıdır.
- Uilyam Qoldinq
Yaxşı bir xarakteri əmələ gətirən parçalar sədaqət və mərhəmətdir.
- Karl Hilti
Xarakteri yaxşı olan adamın həyatı da qaydasında olur.
- Demokrit
Xoş xasiyyət insanın qanadlarıdır.
- Epiktet
Xarakter – prinsiplərlə hərəkət etməyi bacarmaqdır.
- Immanuel Kant
Xarakterin ən mühüm yardımçısı əzm və iradədir.
- Teodor Ruzvelt
Xarakter insanın öz üzərində, istedad isə – başqaları üzərində hakim olmasıdır.
- Vasili Klyuçevski
Cəsarət insan xarakterinin ən vacib xüsusiyyətlərindən biridir. Xarakterin digər xüsusiyyətləri cəsarətin sayəsində inkişaf edir.
- Uinston Çörçill
Qabiliyyət, sükunət içində ortaya çıxır. Xarakter isə dünyanın fırtınaları içində.
- Yohann Volfqanq Höte
İnsanda əsas olan ağıl yox, xarakter, ürək, xeyirxah hisslər, qabaqcıl ideyalar kimi onu idarə edən xüsusiyyətlərdir.
- Fyodor Dostoyevski
Əxlaq insanın xarakterində olmalıdır.
- İmmanuel Kant
Ağıl və sevgi xasiyyəti yumşaldır.
- Klod Adrian Helvetsi
Xarakterin formalaşması uşaqlıq illərindən başlayır və insan dünyasını dəyişənə qədər davam edir.
- Eleanora Ruzvelt
Uşağın tərbiyəsinə onu tanımaqla başlamalıyıq.
- Jan Jak Russo
Yaxşı əsərlər kimi, yaxşı xarakterlər də ilk tanışlıqdan yox, sonradan tanınar.
- Volter
Əhəmiyyətli olan sözlər deyil, davranışlardır. Sevdiyini deyən biri yerinə, sevgisini göstərən birinə inanın.
-Erix Fromm
Xarakterləri və həyata olan baxışları uyğun gəlməyən insanların evliliyi xoşbəxt bir evlilik ola bilməz.
- Çarlz Dikkens
Əgər evlənənlər nigaha girməmişdən qabaq bir-birinin xasiyyətlərini, vərdişlərini və xarakterlərini bilmirlərsə, belə nigahı xoşbəxt saymaq olmaz.
- Onore de Balzak
Gözəl qadın insanın gözlərinə, gözəl xasiyyətli qadın isə ruhuna dinclik gətirir.
- Volter
Qadının xasiyyəti pul yoxkən, kişinin xasiyyəti isə pul çoxkən aydınlaşır.
- Corc Bernard Şou
Tərbiyənin birinci şərti budur ki, uşağı onun təbiətini korlaya biləcək adamlarla və şeylərlə oturub-durmağa, oynamağa qoymayasan, çünki uşaq nəfsi sadə olar, ətrafdakıların xasiyyətini tez götürər. Uşağı mehribanlıq və məhəbbət doğuran kəramətlərlə tərbiyə etmək lazımdır, xüsusilə ağıla, şüura, idraka təsir edən başa salmaq yolu ilə; pul vermək, şirnikləndirmək kimi əsil-nəsəbə aid olan şeylərlə yox.
- Nəsirəddin Tusi
Övladı tərbiyə etmək yalnız onu bəsləməkdən və böyütməkdən yox, eyni zamanda onun ürəyini, ağlını istiqamətləndirməkdən ibarətdir. Bunun üçün isə ananın xarakteri, elmi, inkişafı, bütün insani maraqların mövcudluğu gərək deyilmi?
- Vissarion Belinski
Pis insanlarla yoldaşlıq etmə, sonra xəbərin olmadan sənin xasiyyətin onların xasiyyətindən pis şeylər oğurlayar.
- Platon
Əsl kişinin xarakterində oynamaq istəyən bir uşaq xisləti gizlənir. Qadınlar, kişilərdəki bu uşağı tapın!
- Fridrix Nitsşe
Qısqanclıq bəzən insanın xarakterini tamamilə dəyişdirir.
- Artur Konan Doyl
Xasiyyəti pis olan adam elə bir düşmənin əlinə keçmişdir ki, hara getsə də canını onun əlindən qurtara bilməyəcəkdir.
- Sədi Şirazi
Xarakter zəkadan daha üstündür... Dahi qəlb yaşamağa güclü olacaqdır, həmçinin düşünməyə də.
- Ralf Uold Emerson
Gözəl bir düşüncə, güclü bir xarakterlə birləşdikdə möcüzələr ortaya çıxar.
- Höte
Biz insanların qəlbini, heyvanlarla rəftarına əsasən öyrənə bilərik.
- İmmanuel Kant
Nümunəvi insanlar yumşaq xasiyyətlidir Və hirslənməkdən qaçınarlar.
Yalan danışmaqdan çəkin. Çünki hər kəs sənin bu xasiyyətini bilərsə, doğru sözünə də inanmaz.
- Abbasqulu ağa Bakıxanov
Əgər xasiyyət bütünlükdə yaxşıdırsa, onda bəzi qüsurları bağışlamaq olar.
- Şarl Lui Monteskyö
Pal-paltar təkcə zahiri yox, xasiyyəti də dəyişir.
- Volter
Bir insanın üzündə göstərdiyi ifadə, əynində gəzdirdiyi paltardan daha dəyərlidir.
- Deyl Karnegi
Zəif xarakterli adamlar səmimi ola bilməzlər.
- Fransua de Laroşfuko
Şəxsiyyətli olmaq, heç kim görməyəndə də doğru olanı etməkdir.
J. C. Watts
Nankor İnsan hər şeyin qiymətini bilən, lakin heç nəyin dəyərini bilməyəndir.
- Oskar Wilde
İnsan xarakterinə xas olan əlamət: əldə edə bilmədiyi şeyi hər şeydən üstün tutmaq və istəmək.
- Ziqmund Freyd
Anlamaq üçün dinləmirik, cavab vermək üçün dinləyirik.
Ən böyük problemimiz də budur.
- Anonim
Doğuşdan kor ola bilərsən və ya kar ola bilərsən. Anadangəlmə gözəl və ya çirkin ola bilərsən. Gözəl və ya pis doğula bilərsən, hətta zəngin və ya kasıb doğula bilərsən, ancaq doğuşdan xaraktersiz ola bilməzsən. Çünki xaraktersiz olmaq insanın öz seçimidir!
- Yusuf Tandoğan