Mənim yalnızlığım insanlarla doludur.
Baxmayın ətrafımda çox insan dolandığına, başdan-ayağa təkəm əslində.
İnsanlarla təmasdan qaçmıram. İnsanla insan arasındakı hədsiz uzaqlıq məni tənhalığa qovur
- Fridrix Nitsşe.
İnsanlardan nifrət etmirəm. Lakin onlar ətrafımda olmadığında özümü daha yaxşı hiss edirəm. - Çarlz Bukovski
Təklik, insanın ətrafında insan olmamasına demək deyil. İnsan özünün əhəmiyyət verdiyi şeyləri başqalarına çatdıra bilmədiyi ya da başqalarının qeyri-mümkün tapdığı bəzi görüşlərə sahib olduğu zaman özünü tək hiss edər.
- Karl Qustav Yunq
- Cahid Zərifoğlu
Tənhalıq Və Təklik Haqqında Aforizmlər |
Təklik paylaşılmaz. Paylaşılsa təklik olmaz
Tənhalığa Aid statuslar
Nə qədər çox yaxşı kitabla tanış olsan, birlikdə olmaqdan zövq aldığın insanların sayı o qədər azalacaq.
- Lüdviq Feyerbax
Ağıllı bir insan təklikdə, düşüncələri və təxəyyülü ilə mükəmməl bir əyləncəyə malikdir.
- Artur Şopenhauer
Kişi də, qadın da Tək qanadla yaranır. Pərvazlanıb uçmaq üçün qanadların qoşalaşması lazımdır.
Təklik Allaha məxsus, hər canlı bir yoldaş axtarar, Daşın ürəyi yox, amma onu belə yosun sarar.
Bilin ki , cəmiyyətdən qaçan hər insan 'özünə qapanmış' deyildir. Bəziləri gördükləri saxtakarlığa dözə bilmədikləri üçün yalnız olmağı seçər.
Ürəkmidir insana sev deyən, yoxsa təklikmi?
- Şəms Təbrizi
Sevəcəksənsə, tək qaldığında ağılına gələni deyil, heç ağılından çıxmayanı sevəcəksən.
Dünyaya tək olaraq gəlir, tək olaraq gedirik. Doğumla ölüm arasındakı qısacıq ömürümüzdə də tək mi yaşayaq?
Tale insana qarşı nə qədər qəddar olsa da, insan nə qədər tərk edilmiş və tənha olsa da, hər zaman, bəlkədə ona məlum olmayan, lakin qəlbinin harayına cavab vermək üçün açıq olan, onu sevən bir qəlb tapılar.
- H.Lonqfello
Sevgi birliyə, eqoizm Təkliyə aparar.
İnsanlar körpü salmaq əvəzinə hasar çəkdikləri üçün Tənha qalırlar.
Tənhalıqdan qorxmursansa, evlən.
- Anton Çexov.
Xoşbəxt olmayan birgəlikdənsə, hüzurlu bir təklik yaxşıdır.
- Kaan Erkam
Təklik tək söz, söylənişi nə qədər asan. Halbuki yaşanması o qədər çətindir ki.
- İohann Volfqanq Höte.
Əgər öz ad-sanına hörmət edirsənsə yaxşı keyfiyyətli adamla otur-dur çünki, Tək olmaq pis dostluqdan yaxşıdır.
Axmaqlarla oturub-durmaqdansa, kitabla Tənha oturmaq yaxşıdır.
Həmişə qorxarıq təklikdən amma bil ki təksənsə; Yalançı yoldaşların, ikiüzlü dostların və gedəcək bir sevgilin olmaz.
-Duqlas Noel Adams
Təkəm deyə kədərlənmirəm. Çünki bilirəm, Tək insanın xəyanət edəni də olmaz...
Tək olmaq, səhv bir ürəkdə olmaqdan yaxşıdır.
Təzyiq və şiddət təklikdən doğulur, xarakter dünyanın fırtınaları və dalğaları arasında şəkil alır.
Kiminə görə təklik, xəstə adamın qaçışıdır; kiminə görə də, xəstə kəslərdən qaçışdır.
- Fridrix Nitsşe
Bağışlayanda yorular insan, Tək qaldığında bir də, amma insanı ən çox yoran şey xəyal qurmaqdır, olmayacağını bildiyi halda.
Əgər insan dünyada Tək olsaydı, ölüm haqqında heç bir təsəvvürü olmazdı.
Əslində, tənha ikən tənha olmursan.
- Fridrix Şiller
Dağ da Tək olanda qəribsəyir.
Ona görə də çox vaxt silsilə şəklində olur.
Dağlar zirvədə Tənha olsalar da, təməlləri birdir.
Tənhalıq mənəvi yolla gedənin ən yaxşı müəllimidir.
Ey dostum! Doğan günəş sənin böyük qəlbini şəfəq söküləndə tənha dağın qarlı zirvəsi kimi işıqlandırmışdır.
- Rabindranat Taqor
Bacardığım hər şeyi tənhalığıma borcluyam.
- Franz Kafka
Tənhalıqda ağıl daha kəskin olur. Düşünmək və icad etmək üçün böyük bir laboratoriyaya ehtiyac yoxdur. İdeyalar xarici şərtlərin ağıla təsir göstərməməsi şəraitində yaranır. İxtiraçılığın sirri tənhalıqdadır. İdeyalar tənhalıqda yaranır.
- Nikola Tesla
Dahi insanlar yüksəklərdə uçurlar və qartallar kimi əlyetməz ucalıqda yuva qurub tənha yaşayırlar.
- Artur Şopenhauer
1.Birinə haqsızlıq edib 100 adamı ətrafına yığmaqdansa, ədalətli olub tək qalmaq daha yaxşıdır.
2.Ədalətsizlik edib bütün insanların sənin arxanca gəlmələrindənsə, ədalətli davranıb tək-tənha qalmaq yaxşıdır.
- Mahatma Qandi