-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Yaradıcılıq Haqqında Aforizmlər Və Sözlər

bilgideryasi
Yaradıcılıq Haqqında Aforizmlər Və Sözlər yaradiciliq


Sevgi – xeyirxah, ali, güclü, isti və işıqlı olan hər şeyin yaradıcısıdır. 

- F.Dzerjinskiy


İnsan yaradıcılığı təbiətin təqlididir.

 - Hobbs


Həyatın bütün sevinci yaradıcılıqdadır.

- Romen Rollan


Ancaq yaradıcılıq məqamları sözün həqiqi mənasında həyatdır.


İnsan yaratdıqca ucalır, ucaldıqca daha yaxşı yaradır.

- Dədə Turxan


Yaradıcılıq sənətkardan, sənətkar isə yaradıcılıqdan qaynaqlanır. 

- Haydegger.


Bir birinə heç bənzəməyən əsər yaratmaq mümkün deyil. Allah da insanı yaradanda onu uydurmayıb, öz timsalında yaradıb.

- Aleksandr Düma


Ancaq yaradıcılıq məqamları sözün həqiqi mənasında həyatdır.


Yaradıcılıqdan həzz alanlar üçün digər həzzlər mövcud deyil.

- Anton Çexov 


Əmək yaradıcı insanın qüdrəti və sevincidir. 

- Romen Rollan


Qabiliyyətli adam işləyir, dahi yaradır.

 - R. Şuman.


Gözəlliyi görə bilənlərin öz Yaratdıqları da gözəl olur.

- Dədə Turxan


İnsan eşitdikləri və dedikləri ilə deyil, zəhməti və yaradıcılığı ilə kamilləşər.

- Albert Eynşteyn


Yaradılmışlardan ən gözəli gözəl tərbiyə almış insandır.


Yaradıcı fəaliyyət valideynlikdən daha uca, daha şərəflidir. Belə ki, bu halda passiv ideyanın bölünməsi deyil, canlı ideyanın təcəssümü ilə rastlaşırıq.

- Dədə Turxan


Qəhrəman o adamdır ki, həyat yaradır, ölümə qalib gəlir.


Sənətkar ancaq müəyyən bir məqama yüksələrkən yarada bilir. 

- Dədə Turxan


Sınaq-səhv metodu elm üçündür. Sənət əsərləri sınaq-səhv metodu ilə yaradıla bilməz, çünki qəlblərə ünvanlanmışdır.

 - Dədə Turxan


İnsan beyni yaradıcılıq aktını həyata keçirən kimi artıq heç kimə və heç nəyə bu prosesin qarşısını almağa imkan verməz.

 - Toynbi.


Şair – xalqın yaradıcı gücünün ifadəçisi, ruh aləmində baş verənləri əql dünyasına ötürən, fikir dünyasında baş verənləri bilik xəzinəsinə toplayan bir bələdçidir.

-  Cübran


Poeziya varlığın sözlə yaradılmasıdır. 

- Haydegger


Poeziya sözlərdə gözəlliyin ritmik yaradılmasıdır.


Mən rəssamam. Fikrimi, düşüncəmi yazmaqdan daha çox fırça işlətməyi sevirəm. Bütün yaradıcılığımı səni - doğma diyarı tərənnüm etməyə həsr etmişəm. Bunu böyük iftixar hissi ilə deyirəm. Bundan sonra yüz ömrüm olsa da yenə də səni vəsf etməyə həsr edərəm. 

- Səttar Bəhlulzadə


Dahilərin bioqrafiyası qısa olur; çünki onların bütün həyatı yaradıcılığındadır. 

- Emerson.


Yaradıcılıq, lider olmaq və izləyən olmaq arasındakı fərqdə gizlidir. 

- Stiv Cobs


Mənəvi güc özünü yaradıcılıqda və xilaskarlıq missiyasında biruzə verir.

 - Dədə Turxan.


Alimin yaradıcılığı universal zəkanın məhsuludur, filosofun yaradıcılığı isə onun öz məninin açılışıdır. 

- Dədə Turxan


Fəlsəfi yaradıcılıqda iki tərəf iştirak edir: filosof və dil; ikisindən biri zəif olanda, yeni fikir doğula bilmir.

- Tur Xander 


Mənəvi güc özünü yaradıcılıqda və xilaskarlıq missiyasında biruzə verir.

 - Əbu Turxan.


Xəyal insan yaradıcılığının müqəddiməsi, yaradıcı aktın başlanğıcıdır. 

- Mejelaytis


Xəyal qanadlarında uçan  elm möcüzələr yaratmağa qadirdir.    

- Faradey


Yalnız ağıl və idrakın hökmünə tabe edilən istedad, həqiqətən gözəl əsərlər yarada bilər. 

- Bualo


Yaradıcılığı ortaya çıxaran fikir müxtəlifliyidir.

- Aldous Huxley


Yaradıcı, ağıllı bir insan güc arxasınca qaçmaz. Ağıllı insan başqaları üzərində hakimiyyət qurmaqla maraqlanmaz. Onun maraqlandığı mövzu, özünü bilməkdir.

- Oşo


İnsanı aşağı çəkən qüvvələr sərvət və şəhvət, insanı ucaldan yaradıcılıqdır.

- Dədə Turxan


Zəhmətin qızıl əlləri dünyada ən gözəl şah əsərləri yaratdı. 

- Məhəmməd Hüseyn Şəhriyar


Tarixdə qalacaq yalnız yaradan.

 - Səməd Vurğun.

>
To Top