-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Cəmil Meriç - Tarixdə İz Qoyan Sözləri Və Sitatları

bilgideryasi

Yaşamaq, yaralanmaqdır.


Səmimiyyət elə bir dildir ki, kor da görər, kar da eşidər.

cemil-meric-sozleri-kitablar-haqqinda-kitab-turk-yazar-yasamaq


Sənsiz gülmək, sənsiz hüzur mənə xəyanət kimi gəlir.


İnsanlar daim pis oyuncaqların dalınca qaçan uşaq kimidir.


Kitab bir limandı mənim üçün. Kitablarda yaşadım və kitablardakı insanları küçələrdəkindən daha çox sevdim.


Mənim yerim kitabxanadır.

Mən, işığı arayan, aydın olmağa və dünyanı aydınlatmağa çalışan bir insanam.


Mən susuzam - bilgiyə susamışam, sevgiyə susamışam.


İnsanlar pis idi, kitablara sığındım.


Kitab, zəkanı nəzakətli edir.


Nəzakətdən məhrum birisi qışqıraraq, mədəni insan isə danışaraq söylər.


Namuslu olmağın bədəli yalnızlıqdır 


Bir kitabı öncə dadına baxmaq üçün oxuyurlar. Daha sonra isə tənqid üçün..


Kitap - Məchula açılan bir qapıdır.

Məchula, yəni hekayələrə, sirlərə və sonsuzluğa..


Günəş ölkələri aydınladır, sözlər milləti...


Söz - iki sonsuzluq arasında bir çırpınış...


Ulu şam ağacları, fırtınalı diyarlarda böyüyür...


Dilə uzanan əl namusa uzanmış kimidir.


Səhvini qəbul etmək, yeni bir həqiqətin fəthiylə zənginləşməkdir.


Ağıllı və yetkin insanlar, ancaq əbədi olan dəyərlərdən və mənəviyyatdan həzz duyarlar. Axmaqlar şəhvət və digər hakimlərinin əsiridirlər..


Vətənini yaşanmaz durumda hesab edənlər, elə vətənini yaşanmaz hala salanlardır.


Düşünmək, düşünənlərin düşüncələrini fikirləşməlidir.


İnsan məcbur qalmadıqca düşünməmişdir.


Düşünmək savasmaqdır : 

Bir nəsil uğruna, bir millət və bir mədəniyyət uğruna savaşmaq...


Hər əsr əsas bir neçə insan düşünür. Digərləri isə onların düşündüyünü düşünür.


Ziyalıların aydın edə bilmədiyi xalq, təlxək və yaltaqlar tərəfindən idarə edilər..


Tarixin memarı isyandır: Kədərə, zaman, insana olan üsyan..


Kitabxana bütün dövrlərə və bütün ölkələrə aid ölümsüzlərlə doludur.


Oxuyub anlamaq, bilmək gərəkdir. 

Çünki insan, ən çox bilmədiyinə düşməndir.


Kitablardan deyil, kitabsız olmaqdan qorxmalıyıq..


Fikri söyləyərkən adamların xoşuna gəlib-gəlməyəcəyini düşünməyin.


Düşüncə təzadları ilə bütündür.


Bu məmləkətdə sağçı və solçu, müasir və mürtəce yoxdur. Bu məmləkətdə sadəcə namuslu insanlar və namussuzlar vardır.

Siz namus insanlardan olun.


Zülmün olduğu yerdə, tərəfsiz qalmaq şərəfsizlikdir.


Xronologiya axmaqların tarixidir.


Qanla qazanılan zəfərlər, qanla silinirdi..


İnsan zəkası, ətrafındakı mühitdən iyrəndiyi üçün sənətə və fəlsəfəyə sığınar.


Günümüzün insanı köklərindən qopmuş   bir ağacdır. Həm özünə yad olubdu, həm təbiətə.  


İnsan, ilk dəfə torpağın ətrafını hasarlayaraq "Burası mənimdir."  dediyi gündən başlayaraq doğru yoldan uzaq olmuşdur.

 O gündən bəri cinayət və faciə dolu günlər  bir-birini qovalamışdır.

Sonrasında isə sivilizasiya adlanan bu süni düzən qurulmuşdur.

İnsanlar sevilmək üçün yaradıldılar, əşyalar isə istifadə edilmək üçün. 

Dünyadakı xaosun səbəbi: əşyaların sevilməsi, insanların isə istifadə edilməsidir.


>
To Top