-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Karl Marks - Tarixdə İz Qoyan Sözləri

bilgideryasi

Daxili təmizlik və vicdanı saflıq insan üçün ən böyük bir vüqardır.


Əmək həyat lampasına yanacaq tökür, düşüncə isə onu yandırır.


Əgər insan yalnız özü üçün işləyirsə, onun məşhur alim, böyük mütəfəkkir, yaxşı şair olmasına güman var, amma heç bir zaman o, əsl kamil və böyük adam ola bilməz.


Yalnız özünü düşünən adam heç vaxt, həqiqətən, mükəmməl və böyük adam ola bilməz.


Tarix o adamları böyük adamlar hesab edir ki, onlar bəşəri məqsəd üçün çalışmış, özləri isə alicənab adamlar olmuşlar.


Cəhalət, imtiyazlı sinfin ustaca istifadə etdiyi bir silahdır.

karl-marks-sozleri-cehalet-cahillik-kapitalizm-kommunizm-silah-marx


Əgər insana şəkil verən yaşadığı şəraitdirsə,

onda bu şərait ən bəşəri şəkildə formalaşdırılmalıdır.


1) Sarayda yaşayan birisi, daxmada yaşayan birisindən fərqli düşünür..

2) Sarayda yaşayan başqa cür , daxmada yaşayan bir başqa düşünür.


Lüks, təbbi ehtiyaclara zidd olan bir şeydir.


Bir işə yaramayan gərəksiz əşyaların istehsalı, işə yaramaz insanların çoxalmasına səbəb olur.


Kapitalizm, kölgəsini sata bilmədiyi ağacı kəsər.


Fikir, mənfəətdən ayrı tutulduğu hər vaxt ürək ağrıdan bir müvəffəqiyyətsizliyə uğramışdır.


Kitablarım, onları yazarkən içdiyim tütünün belə pulunu qarşılamadı.


İdeyasız yaşamaq məqsədsiz yaşamağa bənzəyir və insanı bir şəxsiyyət kimi mənəvi cəhətdən yoxsullaşdırır.


İnsanın özünə yad olması, kapitalist cəmiyyətin  əsas pisliyidir.


İnsan təbiətə nə qədər yad olsa,bir o qədər  sosiallaşar və sosiallaşdıqca da özünə yad olar.


Təkcə dirilərdən deyil, ölülərdən də çəkəcəyimiz var.


Hər şeyə qənaət etmək son nəticədə vaxta qənaət etməyə çevrilir.


Bir adama balıq satsanız, yalnız bir gün yeyə bilər. Amma balıq tutmağı öyrətsəniz, onda mükəmməl bir biznes fürsətini məhv edərsniz.



Yoxsulluğu azaltmadan zənginliyi artıran və cinayət törətmə baxımından say artımının olduğu cəmiyyət modelində əlbət çürümüş nəsə vardır.


Kapitalist istehsalın ən böyük əngəli, elə sərmayənin özüdür.


Asacağımız son kapitalist, çox güman ki, bizə asma kəndirini satan adam olacaq.


Kommunistlərin nəzəriyyəsi bir cümlə ilə izah edilə bilər: Özəl mülkiyyətin ləğv edilməsi.


Heyvan kimi olmaq istəyirsənsə, əlbəttə ola bilərsən. Bunun üçün insanlığın ağrı-acılarına arxanı dönmən və diqqətini yalnız öz vəzifənə vermən bəsdir.


Özəl mülkiyyətin hakim olduğu yerdə, insanlar arasındakı əlaqə və kişi-qadın münasibətləri ticarətə çevrilir.


Başqalarını azad edə bilmək üçün, gərək öncə özün azad edəsən.


Tarixin təkəri həmişə irəliyə və yaxşıya doğru dönər.


Tarix özünü təkrarlayır: öncə tragediya, sonra komediya şəklində.


Görünən, gerçək olsaydı elmə gərək qalmazdı.


Filosoflar dünyanı yalnız müxtəlif formalarda şərh etmişlər; halbuki problem onu dəyişdirməkdir.


Dünyanı anlamaq yetməz, onu dəyişdirmək lazımdır.

 

>
To Top