Sənət insanın təbiəti, təbiət – Allahın sənətidir.
- Beyli
Təbiət hər səhifəsi məna dolu bir kitabdır.
- Yohann Volfqanq Höte
Təbiət musiqi mənbəyi, şeir, sənət guşəsi, ilham çeşməsidir. Təbiət ən gözəl müalicə vasitəsi, ən gözəl loğmandır.
- Həsən Əliyev
Təbiət bir müəllimdir. O, gözləri açır, zehni işıqlandırır və ürəyi təmizləyir.
- Alfred Nobel
Təbiət-incəsəntin əbədi nümunəsi, insan isə təbiətin ən mükəmməl əsəridir. - Vissarion Belinski
Sənətin vəzifəsi, təbiəti kopiya etmək deyil, təbiəti ifadə etməkdir.
- Onore de Balzak
Eşqdir hər iki dünyaya ziynət,
Eşq ilə dolanır bütün təbiət.
- Füzuli
Təbiəti sevən, təbiətlə daima təmasda olan insan heç zaman nankor, rəhmsiz, vicdansız ola bilməz.
- Həsən Əliyev
Xoşbəxtliyin birinci və hamının qəbul etdiyi şərti təbiətlə insanın vəhdəti, yəni açıq səma, günəş şüaları altında, təmiz havada insanın torpaqla, çiçəklərlə, heyvanlarla ünsiyyətidir.
- Lev Tolstoy
Təbiətin öz dünyası var və vaxtilə insan da onun bir hissəsi olmuşdur. Amma indi o, təbiəti özünün bir hissəsi etməyə çalışır.
- Tur Xander.
İnsan yaradıcılığı təbiətin təqlididir.
- Hobbs
Təbiətə uyğun olaraq yaşamaq lazımdır.
- Mark Tulli Siseron
İnsan həqiqəti öyrənmək üçün təbiətin dilini öyrənir.
- Əbu Turxan
Təbiət qədər insanın diqqətini cəlb edə biləcək və araşdırma mövzusu olmağa layiq başqa bir şey yoxdur. Onun nəhəng mexanizmini dərk etmək, yaradıcı qüvvələrini kəşf etmək və onu idarə edən qanunları bilmək insan ağlının ən böyük məqsədidir.
- Nikola Tesla
Təbiət insanı zülmətlə dövrələyir və onu daim işığa doğru getməyə məcbur edir. Bu işıq isə elmdir.
- Yohann Volfqanq Höte
İnsan təbiəti əlimizdəki yeganə elmdir. Yenə də bu günə qədər ən çox laqeydlik edilmiş olandır.
- Yohann Volfqanq Höte
Sevgi Təbiətin ikinci günəşidir.
- Corc Çapmen
Gözəllik duyğusu təbiətin insanı yenidən öz ağuşuna almaq əzmidir.
- Əbu Turxan.
Bizi Təbiətlə doğmalaşdıran ilkin təbii başlanğıcımızdır. Təbiətsə hərdən öz gözəlliyini göstərməklə aramızda ruhani bir bağlantı da olduğunu yada salır.
İnsanların sevgiyə olan ehtiyacı təbiətin günəşə olan ehtiyacı qədərdir.
- Alfons Dode
Dünyanın misli bərabəri olmayan varlığı, yaranışın əsl möcüzəsi anadır. Təbiətin ən böyük möcüzəsi anadır.
- İohann Volfqanq Höte
İnsan təbiətdən öyrənir, onun havası ilə pərvəriş tapır, ağıla dolur, zənginləşir, təzələnir, təmizlənir.
- Heydər Əliyev
Təbiətin dəyişməz qanunlarını daha çox dərk etdikcə, möcüzələr bizim üçün daha inanılmaz olur.
- Çarlz Darvin
Təbiət ancaq qaydalardan ibarət olsaydı, darıxdırıcı olardı. İnsanın hərdən bir möcüzələrə də ehtiyacı vardır.
- Əbu Turxan
Elm Təbiət kitabını oxuyur və öyrəndiklərini təbiətin öz üzərində sınaqdan keçirir.
- Əbu Turxan
Təbiətin bizə bəxş etdiyi ən qiymətli sərvəti torpaqdır.
- Həsən Əliyev
Torpaq aldığını artıqlaması ilə geri qaytarır.
-Mark Tulli Siseron
Sənətkar – Təbiətin aşiqidir: yəni onun həm köləsi, həm ağası.
- Rabindranat Taqor
Şeir elə bir orkestrdir ki, bütün təbiətin və insanların səsini əks etdirir.
- Viktor Hüqo
Təbiətin kitabı riyaziyyat dilində yazılmışdır.
- Qaliley
Riyaziyyat, təbiət öyrənməyə yaxşı və hətta yeganə girişdir.
- Dmitri Pisarev
Təbiət ancaq o adama tabe olur ki, o təbiətin dili ilə danışır.
- Frensis Bekon
Dil insanlar arasında, elm insanla təbiət arasında ünsiyyət vasitəsidir.
- Əbu Turxan
Həkim xəstəliyi müalicə edir, təbiət isə sağaldır.
- Hippokrat
Ekologiya yaxın gələcəkdə bütün elmləri bir-biri ilə əlaqələndirən nəhəng və möhtəşəm bir çinar ağacını xatırladan fundamental, planetar əhəmiyyətli və çox perspektivli elmə çevriləcəkdir. Ekologiyasız başqa elmlərin inkişafı qeyri mümkündür.
- Həsən Əliyev
Ağaclar çoxdur, lakin hamısı meyvə vermir. Meyvələr də çoxdur, lakin hamısı dadlı deyil. Elm də çoxdur, lakin hamısı faydalı deyil.
- Həzrəti İsa
Təbiətlə ünsiyyət vücudumu və ağılımı gücləndirdi.
- Nikola Tesla
Təbiətlə həmahəng ol. - Heraklit.
Göylərin söhbətini dinləmək istəyirsənsə, çadır götürüb dağlara çıx. Əlçatan uzaqlığa get. Yoldaşın həsrət, qonaqların izsiz itən xəyallardan başqa kimsə olmasın. Əlinə qələm alma, danışma. Təbiət danışırsa, sən sus!
- Xudu Məmmədov
Əgər insan Allahın iradəsinə tabedirsə, onda o, təbiətlə həmahəngdir.
- İmmanuel Kant.
Həyat da, ölüm də eşqin təzahürləridir.
Bizim Təbiətə sevgimiz həyat eşqidir.
Təbiətin bizə sevgisi bizi yenidən
əbədiyyətə qaytarmaq əzmidir. - Əbu Turxan
Dahi insanların dili təbiətin özünün dili qədər sadədir. ...
- Vovenarq
Təbiət öz gözəlliyninin tərənnümündə şairlərə , yazıçılara borclu olduğu kimi, yazıçı və şairlər də bir çox cəhətdən təbiətə borcludurlar.
- Valter Skott
Şeir elə bir orkestrdir ki, bütün təbiətin və insanların səsini əks etdirir.
- Viktor Hüqo
Sənətin vəzifəsi, təbiətin surətini çıxarmaq deyil, təbiəti ifadə etməkdir...
- Onore de Balzak
Təbiət heç vaxt bizi aldatmır, biz özü-özümüzü aldadırıq.
- Jan Jak Russo
Təbiət kitabı nağıl dünyasını xatırladır; axırıncı otağa çatanda, yenə qırx qapı açılır. -
Əbu Turxan.
Təbiətinə görə insanlar bir-birinə yaxın, vərdişlərinə görə isə bir-birindən uzaqdırlar.
- Konfutsi
Ruhun sirləri təbiət elmlərinin metodları ilə açılmalıdır.
- Husserl
Biliyimizin hüdudu yoxdur, çünki dərketmə obyekti olan təbiət sonsuzdur.
-Blez Paskal
Yaradıcılıq qabiliyyəti təbiətin böyük hədiyyəsidir. Yaradıcılıq aktı Yaradanın ruhunda böyük bir sirdir. Bir dəqiqəlik yaradıcılıq, böyük ibadətin bir dəqiqəsidir.
- Vissarion Belinski
İnsan qanunlarına qarşı çıxa bilərsiniz, ancaq təbiət qanunlarına qarşı çıxa bilməzsiniz.
- Jül Vern
Təbiətdə "pis" olaraq xarakterizə edilə biləcək heç bir hadisə olmaz.
- Benedikt Spinoza
İnsan təbiətə nə qədər yad olsa,bir o qədər sosiallaşar və sosiallaşdıqca da özünə yad olar.
- Karl Marks
Günümüzün insanı köklərindən qopmuş bir ağacdır. Həm özünə yad olubdu, həm təbiətə.
- Cəmil Meriç
Sanki müasir insanın əsas məqsədi - əvvəlcə Yer kürəsini yararsız hala salmaq və nəhayət özünü məhv etməkdir".
-J.B.Lamark
Təhlükəli bir dövrdə yaşayırıq, insan özünə hökm etməyi öyrənmədən təbiətə hökm etməyi öyrəndi.
- Albert Şveyster
Doğrudanmı bu gözəl dünyada, saysız-hesabsız ulduzlu səma altında yaşamaq insanlara dar gəlir? Doğrudanmı bu gözəl təbiətin qoynunda yaşayan insan ruhunda qəzəb, qisas hissi və özü kimilərini məhv etmək ehtirası qala bilər?
- Lev Tolstoy