Həyat bir nəfəsdir - aldığın qədər..
Həyat bir qəfəsdir - qaldığın qədər..
Həyat bir həvəsdir - daddığın qədər..
- Mövlana
Kədər ağıllı adamların müəllimidir.
- Corc Bayron
İnsan, zamanı dayandırmaq istədiyi yerə aiddir.
- Amelie filmi
Sevgiyə bağlı qalıb yaşamağa qərar verdim.
Çünki, nifrətlə yaşamaq çox ağır bir yükdür.
- Martin Lüter Kinq
Öyrəndik ki, yaraları sağaldan zaman deyil, sevgiymiş..
- Can Yücəl
Mənalı Sözlər
Çiçək açmaq üçün, öncə kök atmaq gərək..
Gözələ baxmaq deyil, gözəl baxmaq səvabdır.
Hər kəs dünyanı öz könül pəncərəsindən izlər...
- Yedi Güzel Adam filmi
Həyat bəzi dərsləri yeddi saniyəyə, bəzi dərsləri isə yeddi ilə öyrədir.
- Coşqun Kərimov
İlk üzr istəyən ən cəsur, ilk bağışlayan ən güclü, ilk unudan ən xoşbəxtdir.
- Oşo
Qəlb insanın qibləsidir. Qırmayın..
- Yunus Əmrə
Sükut - dünyanın ən uzun cümləsi.. - Nuri Pakdil
Dünən tarixdir, sabah müəmmadır, bu gün isə bir hədiyyədir.
- Anonim
Arzular həyata məna verir.
- Anatol Frans
Mal sahibi, mülk sahibi,
Hanı bunun ilk sahibi.
Mal da yalan, mülk də yalan,
Al bir az da sən oyalan.
- Yunus Əmrə
Mən əminəm ki, biz həyata əylənmək üçün deyil, öyrənmək üçün gəlmişik.
- C. Robertson
İnsan eşitdikləri və dedikləri ilə deyil, zəhməti və yaradıcılığı ilə kamilləşər.
- Albert Eynşteyn
Məhz çətinliklər sayəsində insan möcüzələr yaradır.
- Joze Saramanqo
Mənim arzu və qorxularım var idi. Arzularımın vasitəsilə qorxularıma qalib gəldim.
- Robin Şarma
Səsini deyil, sözünü yüksəlt! Yağışlardır yarpaqları böyüdən, göy gurultuları deyil.
- Mövlana Cəlaləddin Rumi
Bəlkə də çox gözəl bir zəkaya sahib olmaq xoş bir şeydir. Amma əsas böyük hədiyyə, gözəl bir qəlbi kəşf etməkdir.
- A Beautiful Mind
Ruhun gözəlliyi bədənin gözəlliyi qədər asanlıqla görülməz.
- Aristotel
Sükut - dünyanın ən uzun cümləsi.. - Nuri Pakdil
Mən həyat yoldaşımla tanış olduğum gün, bütün qadınların cənazə namazını qıldım.
- Sami Yusuf
Uşaqlar boyama kitabı deyil, onları istədiyiniz rəngə boyaya bilmərsiniz.
- Xalid Hüseyni
Ancaq ürəklərində öz sirri olanlar bizim ürəklərin sirlərini anlamağa qadirdir.
- Cübran
Görünüşünüz necə olursa olsun, nəzakət sizi dünyanın ən gözəl insanı edər.
- Nizami Gəncəvi
Neçə insan gördüm ki,əynində libası yox,
Neçə libas gördüm ki,içində insan yox...
- Mövlana
Ey oğul, 3 insana yazığın gəlsin:
1. Alimlərin arasında qalan Cahilə.
2. Varlıların içində kasıb durumunda olana.
3. Hörmətli birisi ikən hörmət və izzətini itirənə.
- Şeyx Ədəbalı
Nə qəribədir ki, cəmiyyət olaraq ağlı yavaş olana deyil də, ayağı yavaş olana, ürəyi kor olana deyil də gözü kor olana yazığımız gəlir.
- Cübran
Gerçək həyatdan qaçan və mənasız mövzuları işləyən kimsə, saman kimi mənasızca yanmağa məhkumdur.
- Nazım Hikmət
Heç kim bir başqasını tənqid edəcək qədər qüsursuz deyildir. Amma bəziləri bunu edəcək qədər həddini bilməzdir.
- Karl Qustav Yunq
Heç kim kiminsə dərisinin rənginə, keçmişinə ya da dininə nifrət edərək dünyaya gəlmir! İnsanlar nifrət etməyi sonradan öyrənirlər.
Və əgər nifrət etməyi öyrənə biliriksə, sevməyi də öyrənə bilərik.
- Nelson Mandela
Alov, başqa şeyləri işıqlandırdığı qədər işıqlandırmaz özünü. Müdrik də belədir.
- Fridrix Nitsşe
Ayın gecəyə səbir etməsi onu açıq-aydın bir hala gətirir. Gülün tikana səbir etməsi də onun gözəl ətirli olmasına səbəb olur.
- Mövlana Cəlaləddin Rumi
Biz bu torpağa sevgidən başqa heç bir toxum əkmərik.
- Mövlana Cəlaləddin Rumi
Yaxşı müəllim susuz torpağa can verən yağışdan da qiymətlidir, yağışla torpaq dirçələr, müəllimlə bütün bəşəriyyət.
- Anonim
Təhsil beyni inkişaf etdirməkdir, başı doldurmaq deyil.
- Mark Tven
Oxuyub anlamaq, bilmək gərəkdir.
Çünki insan, ən çox bilmədiyinə düşməndir.
- Cəmil Meriç
Bu günü anlamaq üçün keçmişi bilməlisiniz.
- Karl Saqan
Dünyanı anlamaq yetməz, onu dəyişdirmək lazımdır.
- Karl Marks.
Böyük beyinlər fikirləri, orta beyinlər hadisələri, kiçik beyinlər insanları müzakirə edər.
- Anonim
Həqiqi dahi o adamdır ki, ürəyi hamı üçün döyünür.
- Romen Rollan
Birləşmək başlanğıcdır, Birliyi davam etdirmək inkişafdır; Birlikdə işləmək müvəffəqiyyətdir.
- Anonim
Çətin olduğu üçün cəsarət edə bilmədiyimiz şeylər, əslində biz cəsarət edə bilmədiyimiz üçün çətindir.
- Ernesto Çe Gevara
21-ci əsrin cahilləri oxuma-yazma bilməyənlər deyil, öyrənməyən, öyrəndiyi səhvlərdən imtina etməyən və yenidən öyrənməyənlər olacaq.
- Alvin Toffler
Təsirli söz əbədi, dəyərsiz söz isə fanidir.
- Sokrat
Ən böyük Müdriklik özünə hakim ola bilməkdir.
- Evripid
Bir insan ümidini itirər və məqsədsiz qalarsa, sırf can sıxıntısı belə onu bir heyvana çevirə bilər.
- Fyodor Dostoyevski
Qorxunun qulu olmaq köləliyin ən dəhşətli növüdür.
- Corc Bernard Şou
Menali Sozler
Yalana fəlsəfədə "cəfəngiyyat", ədəbiyyatda "metafora", siyasətdə "təbliğat", ticarətdə "reklam", jurnalistikada "xəbərlər" deyilir.
- Ducanə Cündioğlu
Bir toplum, gerçəklərdən nə qədər uzaqdırsa, gerçəyi söyləyənlərə də bir o qədər nifrət edər.
- Corc Oruell
Gerçəyi bilməyən yalnız axmaqdır. Lakin gerçəyi bilən ancaq yenə də yalan deyən, günahkardır.
- Bertolt Brext
Əxlaqlın ən böyük düşməni duyğusuz olmaqdır.
- Albert Şveytser
Yanlış üslub doğru sözün cəlladıdır.
- Sədi Şirazi
Sizə qarşı heç bir tənqid və mühakimə yoxdursa, çox böyük ehtimal, sizin hər hansı bir müvəffəqiyyətiniz də yoxdur.
- Malkolm X
Bəşər tarixi dahilərin və böyük əclafların tərcümeyi halından ibarətdir.
- Sevrus
Tarixdən öyrənməyənlər onu təkrar etməyə məhkumdurlar.
- Uiston Çörçill
Əgər hər hansı bir məqsəd üçün ayaqda deyilsinizsə, hər zərbə sizi yerə sərə bilər.
- Malkolm X
Düşməninizin nədən qorxduğunu anlamaq üçün, sizi nə ilə qorxutduğuna baxın.
- Erik Hoffler
Düşünməmək üçün çox şey düşünülüb.
- K.Çapek
Siyasətçilər uğurlu cinayətkarlar,cinayətkarlar uğursuz siyasətçilərdir.
Azad olmadığı halda özünü azad sanan insanlar qədər kölə olanı yoxdur.
- Yohann Volfqanq Höte
Belə məsəl çəkmiş aqil bir insan:
Qurd girməz sürüyə yatmasa çoban.
- Nizami Gəncəvi
Müvəqqəti təhlükəsizlik üçün öz azadlığını qurban verənlər nə azadlığa layiq olar, nə dəki təhlükəsizliyə...
- Bencamin Franklin
Zülməti yenmənin yolu, onu daha böyük bir zülmətə salmaq deyil, aydınlatmaqdır... - Sevda Kuşun Kanadında serialı
Zülmətə zülmətlə qalib gələ bilmərsən -
Bunu ancaq nur edə bilər.
Nifrətə nifrətlə üstün gələ bilmərsən -
Bunu ancaq sevgi edə bilər.
- Martin Lüter Kinq
Nifrəti sevgi ilə, yalanı həqiqətlə, şiddəti səbirlə dəf et.
- Mahatma Qandi
Mübarizə etməkdən imtina edənlər, mübarizə edənlərdən daha ağır yaralanacaq..
- Corc Oruell
Haqq ədalətdən, ədalət mərhəmətdən yüksəkdir.
- Dədə Turxan
Azad olmaq hər kəsin haqqıdır amma insanın azadlığını əlindən almaq ancaq Tanrı'nın haqqıdır!
- V for Vendetta
Bizi bunlar yox edə bilər:
prinsipsiz siyasət, vicdan hissindən məhrum əyləncə, işsiz zənginlik, bilgili amma xaraktersiz insanlar , əxlaqsız biznes, insanlıqdan uzaq elm və fədakarlıq etməyən din...
- Mahatma Qandi
Bir çiçəklə bahar olmur, amma bahar bir çiçəklə başlayır.
- Nəcməddin Ərbakan