Sevgi ruhun gözəlliyidir.
Sevgi bir vergidir Allahdan gələn.
Uduzmaz heç zaman ürəkdən sevən.
Hər bir insan öz sevgisi qədərdir. - Əbu Turxan
Sevgi Sözləri 2024 |
Gördüyünü hər kəs sevər. Sən onda heç kimin görmədiyini tapmalısan. Əgər əsl sevgini istəyirsənsə, üzə deyil, qəlbə toxunmalısan. -Bob Marli
Sevdiyimiz insanların sevgisini hiss etmək, həyatımıza həyat verən günəş kimidir. - Pablo Neruda
Həyatda bir sevinc var: sevib-sevilmək. - Jorj Sand
Sevgi Sözləri 2024
Kəşf edilməmiş, oxunmamış bir şeir kimisən..Mənalı, İncə və gözəl...
Sevgili kimdir bilirsənmi?
Dərdinə ortaq olan ,sirrini qoruyan, varlığınla var olan, səni sevib dəyər verən..
Sənsən sevgilim mənim, təkcə bugün deyil, Hər gün...
Hər an...
Şübhəsiz ki, Allah hər şeyi bilir, səni necə sevdiyimi də... -İlhan Bərk
Namaza bənzəyəcək biraz da sevgin...
Niyyət etdikdən sonra ətrafa baxmayacaqsan. - Hikmet Anıl Öztekin
Ürəyi gözəl insanların ürəyində olmaq gözəldir...
Ürəkmi insana sev deyən, yoxsa təklikmi? - Şəms Təbrizi
Səbəbsiz sevməkdir eşq, səbəbi olmadan bağlanmaq birinə. Hətta qucaqlaya bilməməkdir utancdan, çünki utanmaqdır sevmək əslində.- Can Yücəl
Bütün dünya üçün yalnız bir adam ola bilərsən, lakin bəziləri üçün sən bir dünyasan.- Qabriel Qarsia Markes
Dünyanın ən gözəl ritmi, onun sənin üçün döyünən ürəyidir. - Bob Marli
Toxuna bilməyəcək qədər uzaq olsam belə, sevəcək qədər yaxınam sənə…
Darıxmaq nədir bilirsən?
Birinin xəbəri olmadan ondan uzaqda bir yerdə onu düşünmək..
"Darıxmaq" gəl deməkdir.
Kimin üçünsə darıxmaq kədərli hislərdən ən gözəlidir.
Gələcəksə gözlənilən, gözləmək gözəldir. Darıxacaqsa darıxılan, darıxmaq gözəldir. Və sevəcəksə sevilən; O həyat hər şeyə əvəzdir. - Özdəmir Asaf
Uzaqlıq deyib də dərd etdiyin nədir ki, ey sevgili. Biz yaradanı görmədən sevmədikmi..?
Xəyallar deyirəm yaxşı ki var...
Yoxsa bu qədər məsafədən necə sarılacaqdım sənə ? ...
Sevdiyin adamın həsrətini çəkmək nifrət etdiyin adamla yaşamaqdan qat-qat asandır. - Jan de Labrüyer
Qəlbinin gözəlliyi gözlərindən görünür sevgilim.
Mən o gözlərdən dünyanı gördüm, özümü gördüm.
Yenə gözlərin gözümə dəysin, məndəki sevginin gözəlliyini görsün istərdim...
Bizi biz edən unutmadığımız xatirələrdir.- Rememory
Darıxdıqca daha çox sevdim...
Sevdikcə daha çox darıxdım...- Səbuhi Quluzadə
Sevgilisini aylarla görə bilməyən aşiqin onun üçün axıtdığı göz yaşı belə gözəldir. -Cövdət Anday
Tək bir adam üçün darıxarsınız və hər yer kimsəsiz gələr.
- Alfons de Lamartin
Dostunu ehtiyatla sev, ola bilər ki, bir gün sənə düşmən kəsilsin; düşməninlə dəehtiyatla davran, ola bilər, bir gün səninlə dost olsun. Əli bin Əbu Talib
Əhəmiyyətli olan sözlər deyil, davranışlardır. Sevdiyini deyən biri yerinə, sevgisini göstərən birinə inanın. -Erix Fromm
İzahı mümkünsüz olan Duyğular vardır...
Sözlərə belə sığmayan Sevgilər vardır...
Dünyadan da böyük Eşqlər vardır...
Bizim sevgimiz kimi.
Sanki bütün dünya sevgililərin sevincinə şərik olur. - Əbu Turxan
Günləri yox, anları xatırlayarıq.- Çezare Paveze
İnanın ki, insanın taleyini sevgi müəyyən edir.-Uilyam Şekspir
Həm sevib, həm də sevilmək ikiqat xoşbəxtlikdir. Əbu Turxan
Bəzi sevgilər sözlərlə ifadə edilməyəcək qədər böyük və dərindir...
Bax mənim sənə sevgim də belədir. Bəlkə ifadə edə bilmirəm, amma bil ki sevirəm, dəyər verib güvənirəm.
Sevən qadının fədakarlığı ölçüyə gəlmir. - Alfons Dode.
Küskünlük üzr istəyincə deyil, darıxınca keçər...
Yuxunda görürsənsə onu; darıxmısan.... Yuxunda görmək üçün yatırsansa, sevmisən deməkdir...- Can Dündar
Ən çox xətrinə dəydiklərimiz, əslində ən çox sevdiklərimiz olması nə qəribədir...- Milan Kundera
Qaranlıq gecələr olmasaydı, gözləri oxşayan ulduzlar bunca sevilməzdi. - Hüseyn Cavid
Gözəl bir gülü, gözəl bir gecəni, gözəl bir dostu hər kəs istər. Əhəmiyyətli olan gülü tikanıyla, gecəni sirriylə, dostu bütün dərdiylə sevə bilməkdir.
Aclığa səbr edərsən adı oruc olar, ağrıya səbr edərsən adı mətanət olar, insanlara səbr edərsən adı nəzakət olar, arzuya səbr edərsən adı dua olar, duyğulara səbr edərsən adı gözyaşı olar, darıxmağa səbr edərsən adı həsrət olar, Sevgiyə səbr edərsən adı eşq olar.- Mövlana Cəlaləddin Rumi
Hər qadına sahib olmağa çalışan adam bir qadına həsrət qalar! Bir qadına sahib olan adam; hər qadını özünə heyran buraxar.
- Viktor Hüqo
Qadın sevəndə hamıdan zəif, seviləndə hamıdan güclü olur. - Erix Osterfeld
Eyni gündə dörd mövsümə şahid olmaq kimi bir şeydir bu.Əvvəl darıxıram, sonra ağlayıram, axşamlar küsürəm, gecələr çox sevirəm.
- Özdəmir Asaf
Hər ürək sevə bilsəydi əgər, ayrılıq heç olmazdı. Hər sevən ürəkli olsaydı onsuz da 'eşq' bu qədər sadə olmazdı! - Can Yücel
Sevgiyə səbəb gözəllik deyil, əksinə, sevgi bizi gözəlliyi görməyə vadar edir.- Lev Tolstoy
Sev ki, görülməyəni görə biləsən, İşıq saç ki, istədiyin yerə gedə biləsən. - Nüaymə.
İnsan qəlbinin dərin qatları düşüncə ilə yox, sevgi ilə işıqlanır.
Əgər səma bəyaz bir kağız , dəniz bir mürəkkəb olsaydı yenə də sənə olan duyğularımı yazmağa yetməzdi.
Sevgi ilə məharət bir araya gələndə, sənət incisi yaranar.
Zaman və məkanı aşa bilən tək şey sevgidir.
- İnterstellar filmi
Əgər birini həqiqətən sevirsənsə, haraya getsən belə ondan uzaqlaşa bilmərsən.
- We Bought A Zoo filmi
Sevgilisini aylarla görə bilməyən aşiqin onun üçün axıtdığı göz yaşı belə gözəldir. - Cövdət Anday
Bu şəhəri sevməyimin səbəbi; Küncü dönəndə səninlə qarşılaşma ehtimalımdır -Lorens Darrell
Hamını" ona bənzədirsənsə, aşiqsən deməkdir. Əgər onu "hamıya" bənzədirsənsə, artıq təksən deməkdir. - Can Yücəl
Zaman keçdikcə sevgi atəşi səngisə də, xatirə qığılcımları onu hər dəfə yenidən alovlandırır. - Əbu Turxan.
Hər kəs hər kəsi eyni sevə bilməz dostlarım.. Kimiləri qürurunun çatdığı qədər sevər, kimiləri də ömürünün çatdığı qədər.- Çarlz Bukovski
Bir-birinizi sevin, amma məhəbbəti buxova çevirməyin. Qoy o, könüllərinizin sahilləri arasında axan dəniz olsun. - Cübran.
Sevdiyini mərdcəsinə sevən insan, pərvanə kimi atəş üçün darıxar. Sevib də yanmaqdan qorxan insanın, nağıl danışmaqdır peşəsi.
- Ömər Xəyyam
Ey sevginin sirlərindən xəbərsiz yaşayanlar! Bilin ki, bütün varlığın əsas qaynağı sevgidir, sevgi... - Ömər Xəyyam.
Dünya nəfslərin, axirət ürəklərin, Allah isə sirlərin sevgilisidir. - Əbdülqədir Gilani
Yağışı sevdiyini söyləyirsən, amma yağış yağınca çətiri açırsan, günəşi sevdiyini söyləyirsən, amma günəş çıxanda kölgəyə qaçırsan, küləyi sevdiyini söyləyirsən külək başlayanda pəncərəni örtürsən.
Bax bundan qorxuram, çünki məni də sevdiyini söyləyirsən.- Şekspir
Uşaqlar olmasaydı insanlığı bu qədər sevə bilməzdik. - Fyodor Dostoyevski
Ürəyində sevgi və mərhəmət yoxdursa digər şeylərdən danışmağın da bir mənası yoxdur. - Nürhan Işkın
Heç vaxt həqiqi şövqlə sevməmiş insan həyatının yarısını, həm də gözəl yarısını yaşamamışdır. - Stendal
Ömürün ilk yarısı; ikinci yarısını gözləməklə, ikinci yarısı da; ilk yarısının həsrətiylə keçər. - Nəcib Fazil Qısakürək
Hamını sev, seçdiyinə etibar et, heç kimə pislik etmə.- Şekspir
Sədaqət, məhəbbət qalib gələn yerdə hər şey məğlub olur.- Nazim Hikmət.
Məhəbbətdir işıq saçan, onsuz aləm bir zülmətdir,
Zülmətdə gördüklərin , sanma ki, bir həqiqətdir. - Əbu Turxan
Hərkəsin bir-birini sevirmiş davrandığı ancaq çox az insanın sevgini anladığı bir dövrdə yaşayırıq...- Əli Ural
İnsanlar sevilmək üçün, əşyalar isə istifadə edilmək üçün yaradılıb. Dünyadakı xaosun səbəbi; əşyaların sevilməsi, əşyaların isə istifadə edilməsidir.- Cəmil Meriç
Axtarış sözləri: sevgili ucun sozler,sevgiyə aid sözlər,menali sevgi sozleri,Sevgi sözləri,sevgiye aid sozler,sevgi statuslari,sevgi haqqında sözlər,sevgi haqqinda gozel sozler,sevgi sozleri 2024