-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Cəsarət Haqqında Atalar Sözləri

bilgideryasi

 

cesaret haqqinda atalar sozler Cəsarət Haqqında Atalar Sözləri cəsarətə aid sq369 cəsarətli

Cəsarət səadətin yarısıdır. - Başqırd atalar sözü 

Qorxaq olduğunu bilməyən hər kəs cəsurdur. - Alman atalar sözləri

Mərd igid tək qalmaqdan qorxmaz.- Atalar Sözü

Cəsur olana çomaх da silahdı.- Atalar Sözü

Meşəyə girən ayıdan qorxmaz.- Atalar Sözü

Balıq tutan islanmaqdan qorxmaz.- Atalar Sözü

Yağış vurmuşun damcıdan nə qorxusu?- Atalar Sözü

Ac it, dəyənəkdən qorxmaz.- Atalar Sözü

Ən iti qılıncı cəsur əsgərə verirlər. - Çin atalar sözü 

Cəsur adam yıxılar, amma təslim olmaz. - Latın atalar sözü 

Uzaq bir məsafədən cəsur görünmək asandır. - İngilis atalar sözü 

Heç bir şeyə cəsarət etməyən, heç nə qazanmaz.- Atalar Sözü

Qorxaq gündə yüz yol ölər, igid ömründə bir yol. - Atalar Sözü

Cəsarətdi hücum qələbənin yarsına bərabərdi.- Atalar Sözü

Qala divarlarının ardında cəsur olmaq asandır. - Uels atalar sözü

Fikrin dibi dənizdir, düşərsən və batarsan; cəsarət qayıqdir, minərsən və üzüb keçərsən. -Qaraqalpaq atalar sözü

Cəsur bir adamın baxışı düşməni qorxaq adamın qılıncından daha çox titrədir.- Atalar Sözü

Cəsarətin bitdiyi yerdə əsarət başlayır.- Atalar Sözü


>
To Top